Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3798/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh2 qarşı kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 10000 ( on min) manat və X4 təklif etdiyi 10000 ( on min) manat məbləğində kompensasiya verilməklə X3, İddiaçı və X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün : rzəmisində yerləşən 19 saylı 3.9 kv.m sahili, 20 saylı 6.0 kv.m sahəli, 21 saylı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlardan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə həmin otaqlardan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1/3 hissəsini təşkil edən 2,3,4,5,6,19,20,21 saylı yaşayış otaqları X3 və İddiaçı adına 11.09.2013-cü il tarixdə, 1,7,8,22 saylı köməkçi otaqları 1/3 hissədə isə X5 adına 06.06.2006-cı il tarixdə daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onların mülkiyyətindədir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-657 saylı, 07.10.2020-ci il tarixli qətnaməsi ilə X12 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və Səbail rayon İcra Hakimiyyəti Başçısının 25 X.2020-H il tarixli 109 saylı sərəncamıa əsasən İddiaçıXalıq qızı bacısı X12 üzərində qəyyum təyin edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-656 saylı, 23.07.2020-ci il tarixli qətnaməsi ilə X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və Səbail rayon İcra Hakimiyyətinin 23.11.2020-ci il tarixli 108 saylı sərəncamıa əsasən İddiaçıXalıq qızı bacısı X9 üzərində qəyyum təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2006-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 savlı 3.9 kv.m sahili, 20 saylı 6.0 kv.m sahəli, 21 saylı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlara Cavabdeh1 Tofik oğlunun və X6 istifadə hüquqlarının tanınması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1/3 hissəsini təşkil edən X3, İddiaçı və X5 xüsusi mülkiyyətində olan mənzildən istifadə hüquqları tanınsa da, cavabdehin həmin mənzildə qeydiyyatda qalaraq, orada yaşaması iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb olduğunu bildirmişdir. Bu səbəbdən, cavabdehlərə məhkəmə qaydasında kompensasiya ödənilməklə istifadə hüquqları itirilməli və Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 saylı 3.9 kv.m sahili, 20 saylı 6.0 kv.m sahəli, 21 saylı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlardan çıxarılmalıdırlar. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, X6 cavabdeh qismində işə cəlb edilməsi, cavabdehlər Cavabdeh1 və X8 təklif etdiyi 10000 ( on min) manat məbləğində kompensasiya verilməklə X3, İddiaçı və X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 saylı 3.9 kv.m sahəli, 20 saylı 6.0 kv.m sahəli, 21 saylı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlardan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə həmin otaqlardan çıxarılması, Əliyev X2 verilmədən X3, İddiaçı və X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 saylı 3.9 kv.m sahili, 20 saylı 6.0 kv.m sahəli, 21 saylı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlardan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə həmin otaqlardan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X13 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 100/40 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 203.05 kv.metrdir. 13 yaşayış otağından ibarətdir. X9, İddiaçı, X10 11.09.2013-cü il tarixdə qeydiyyata alınmışlar. Payları 1/3 hissədə tanınmış, 2,3,4,5,6,19,20,21 nömrəli yaşayış otaqları və 1,7,8,22 nömrəli köməkçi otaqlardan ibarətdir. X10 15.08.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Payı 10,11,12 nömrəli yaşayış otaqları və 13,14,15 nömrəli köməkçi otaqlardan ibarətdir. X11 15.08.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Payı 9 nömrəli yaşayış otağı və 16,17 nömrəli köməkçi otaqlardan ibarətdir. X14 09.03.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Payı 18,24 nömrəli yaşayış otaqlarından və 23 nömrəli köməkçi otaqdan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11.09.2013-cü il tarixli, 11/4295 inventar nömrəli texniki pasportundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 100/40 ünvanında yerləşən fərdi yaşayış evi 1900-cü ildə tikilmişdir. Fərdi yaşayış evi 13 yaşayış otağından ibarətdir. Ümumi sahəsi 203,05 kv.metrdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin 29.04.2019-cu il tarixli arayışına əsasən müəyyən edilir ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 100/40 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin 29.04.2019-cu il tarixli arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 100/40 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Apellyasiya Məhkəməsinin mülki işlər üzə Məhkəmə Kollegiyasının 20 aprel 2006-cı il tarixli qətnaməsindən görünür ki, Yasamal rayon məhkəməsinin 24 may 2005-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal rayon məhkəməsinin 24 may 2005-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 100/40 saylı evin 1-ci mərtəbəsində yerləşən 5 saylı, 10,3 kv.m sahəli, 6 saylı 11,5 kv.m sahəli, 7 saylı 9,9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 saylı, 3,9 kv.m sahəli, 20 saylı 6,0 kv.m sahəli, 21 saylı 10,7 kv.m sahəli, 22 saylı 7,8 kv.m sahəli otaqlara Cavabdeh1 və X6 istifadə hüquqları tanınmış, qarşılıqlı iddianın 40000 ABŞ dolları ödənilməsi hissəsi rədd edilmişdir. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti Başçısının 109 saylı 23.11.2020-ci il tarixli və 108 saylı 23.11.2020-ci il tarixli sərəncamlarından müəyyən olunur ki, vətəndaşlar X12 və X9 üzərində İddiaçı qəyyum təyin edilmişdir. İş materiallarında olan 15.09.2020-ci il tarixli, 199 nömrəli Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 58 saylı MKİS tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Səbail rayonu T.Elçin küçəsində yerləşən 7 nömrəli evin 24 nömrəli mənzilinin 3 mərtəbəsində 47 kv.metr sahəsi olan 3 otaqlı 5 mərtəbəli binada yaşayır. Mənzilin icarədarı İddiaçıdır. İddiaçı, Məlikov Zamiq, Hüseynova Afət və Hüseynova Sevinc mənzildə daimi qeydiyyatdadırlar. İş materiallarında olan 13.05.2019-cu il tarixli Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 58 saylı MKİS tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Səbail rayonu T.Elçin küçəsində yerləşən 7 nömrəli evin 24 nömrəli mənzilində qeydiyyatındadır. Məhkəmə, iş üzrə sübutların məcmusuna qiymət verməklə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 100/40 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X9, İddiaçı, X12, X10, X11 və X7 xüsusi paylı mülkiyyətindədir. Fərdi yaşayış evinin 2,3,4,5,6,19,20,21 nömrəli yaşayış otaqları və 1,7,8,22 nömrəli köməkçi otaqlar hər birinə 1/3 hissə olmaqla X9, İddiaçı, X5 mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, X13 və Cavabdeh2 fərdi yaşayış evində qeydiyyatdadırlar və iddiaçının izahatına əsasən uzun müddətdir ki, həmin evdə yaşayırlar. Məhkəmə, cavabdehlər Cavabdeh1 və X8 10000 ( on min) manat məbləğində kompensasiya verilməklə X3, İddiaçı və X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 saylı 3.9 kv.m sahili, 20 saylı 6.0 kv.m sahəli, 21 savlı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlardan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə həmin otaqlardan çıxarılması tələbi ilə bağlı qeyd edir ki, istifadə hüququnun xitamı zamanı, elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Cavabdehlərə kompensasiya verilməklə həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi əsaslı tələb olsa da, təklif olunan kompensasiyanın məbləği qənaətbəxş olmadığından iddia hazırki əsaslarla təmin edilə bilməz. Belə ki, qeyd olunan kompensasiya məbləği ümumiyyətlə cavabdehlərin eyni şəraitə malik mənzildə, əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını istisna edir. Göründüyü kimi, təklif olunan məbləğ cavabdehlərə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə iddia tələbinin, cavabdeh Əliyev X1 verilmədən X3, İddiaçı və X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 saylı 3.9 kv.m sahili, 20 saylı 6.0 kv.m sahəli, 21 savlı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlardan istifadə hüquqlarına xitam verilməsi və cavabdehin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə həmin otaqlardan çıxarılması tələbi dair iddia tələbinin də təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iddiaçı məhkəmə iclasında izahatında cavabdehlərin iki ayrı ailə olmalarını və onların iddiaçının nənəsinin yaşadığı müddətdən, yəni uzun müddətdən orada yaşamaları və hal-hazırda da yaşamalarını qeyd etmişdir. İddiaçı, cavabdeh Əliyev X15 iddia ərizəsində istifadə hüququna xitam verilməsi və cavabdehlərin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə həmin otaqlardan çıxarılmasını xahiş etsə də, bu hüququn yaranması (ümumiyyətlə yaranıb-yaranmaması, yarandığı təqdirdə hansı tarixdən yaranması) və onun aradan qaldırılması üçün mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin mənzilə istifadə hüququnun yaranması vaxtı müəyyən olunmadığından, istifadə hüququnun yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə mübahisəli hüquq münasibətinin yaranması vaxtını və buna uyğun tətbiq edilməli olan maddi hüquq normasını müəyyən edə bilmir. İddiaçı cavabdehin qeyd edilən otaqlardan istifadə hüququna xitam verilməsi və otaqlardan ailə üzvləri ilə birlikdə çıxarılma barədə iddia tələbi ilə müraciət etsə də, cavabdehlərin hansı otaqlarda və ailə üzvləri olaraq kimlərlə yaşamaları məhkəmə araşdırmasında müəyyən edilə bilmədi. Məhkəmə qeyd edir ki, digər cavabdeh Əliyev X15 çıxarılmış məhkəmə qətnaməsində adının qeyd edilməməsi istifadə hüququnun olmaması kimi qiymətləndirilə bilməz və onun istifadə hüququna kompensassiyasız xitam verilməsi üçün əsas deyildir. İstifadə hüququ məhdud əşya hüququ olduğundan, bu hüquq əşya ilə bağlı olduğundan, istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılma üçün iddiaçı tərəf şəxsin istifadə ehtiyaclarının aradan qaldırılmasına dair mötəbər sübutlar təqdim etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə, eyni zamanda qeyd edir ki, sözügedən fərdi yaşayış evi paylı mülkiyyət olduğundan və hansı cavabdehlərin fərdi yaşayış evinin hansı otaqlarında yaşamaları dəqiq müəyyən olunmadığından, digər paylı mülkiyyətçilərin də razılığının alınmasının zəruri olduğu nəticəsinə gəlir. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Belə olan halda, məhkəmə cavabdeh Əliyev X1 verilmədən X3, İddiaçı və X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 saylı 3.9 kv.m sahili, 20 saylı 6.0 kv.m sahəli, 21 savlı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlardan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə həmin otaqlardan çıxarılmasına dair iddia tələbini də əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və X8 10000 ( on min) manat məbləğində kompensasiya verilməklə X3, İddiaçı və X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 saylı 3.9 kv.m sahili, 20 saylı 6.0 kv.m sahəli, 21 saylı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlardan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə həmin otaqlardan çıxarılması, Əliyev X2 verilmədən X3, İddiaçı və X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi ev 100/40 ünvanında yerləşən evin 1-ci mərtəbəsində yerləşən 5 saylı 10.3 kv.m. sahəli, 6 saylı 11.5 kv.m sahəli, 7 saylı 9.9 kv.m sahəli, mülkün zirzəmisində yerləşən 19 saylı 3.9 kv.m sahili, 20 saylı 6.0 kv.m sahəli, 21 saylı 10.7 kv.m sahəli, 22 saylı 7.8 kv.m sahəli otaqlardan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə həmin otaqlardan çıxarılması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3798/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3798/2021
28.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver