Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3817/2025 10.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Yasamal rayon icra Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Yasamal rayon icra Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əsasən müəyyən edilir ki, iddiaçı tərəf şəxsin ölmüş elan edilməsi və miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, qeyd edilən tələblər bir-biri ilə əlaqədar olmayan tələblərdir, araşdırma istiqamətləri, baxılma qaydası və mahiyyətləri fərqlidir, odur ki, hər iki tələb ayrı-ayrı icraat qaydasında məhkəməyə təqdim edilməlidir. Ümumiyyətlə, tələbin 2-ci hissəsi qeyri-müəyyəndir, tələb aydın, anlaşılan deyildir, iddiaçının həmin hissədə nəyi istəməsi müəyyən deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının eyni məzmunlu və formalı iddia ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimləri tərəfindən bir neçə dəfə geri qaytarılmış və müvafiq izahlarlar verilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, nöqsanlar aradan qaldırılmaqla ümumi qaydada ayrı-ayrı tələblər qaydasında müvafiq məhkəməyə yenidən müraciət edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Yasamal rayon icra Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. **********06 nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3817/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3817/2025
10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver