Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3830/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 280 manat və mənəvi zərərə görə 5000 manat, ümumilikdə isə 5280 manat məbləğində pulun və ödənilmiş 73 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının bibisi oğludur. O, yaşadıqları ünvanın həyətyanı ərazisində, yəni məhəllədə dəfələrlə məhəllə camaatının, onun və ailəmsinin gündəlik həyat rifahını, asayişini pozmuş, dava-dalaşlar və məhəllədə səbəbsiz yerə səs-küylər yaratmışdır. Belə ki, Cavabdeh o və ailəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilsədə o, bu xəbərdarlıqların heç birinə məhəl qoymayaraq, özünəməxsus kobud və əxlaqsız hərəkətlərə yol vermiş və məhəllə sakinləri tərəfindən məhəllədən qovulmuşdur. Həmçinin sonuncu dəfə onların məhəlləsinə gəldikdə iddiaçının həyat yoldaşı tərəfindən qovulmuşdur. Qeyd edir ki, xx.xx.2023-cü il tarixində, səhər saat 11-12 radələrində Cavabdeh onaların həyətinə gələrək səs-küy salaraq qardaşı X4 çağırmışdır. Bu zaman o anası ilə mətbəxdə imiş, qardaşı Vüqar isə həmin vaxt yatmışdır. Anası Həmidin səsini eşitdikdən dərhal sonra çölə çıxmışdır. Ona qışqırmamağı və Vüqar yatdığı barədə xəbərdarlıq etmişdir. Anası ona dəfələrlə bu məhəlləyə gəlməməsi barədə xəbərdarlıq etdiyini xatırlatmışdır. Anası onu qovmasına baxmayaraq, lakin Həmid anası ilə mübahisə etməyə başlamışdır. İddiaçı onun səsini mətbəxdən eşidib ona buranı tərk edərək getməsini bildirmişdir. Lakin cavabdeh, onun səsini eşidib daha da hiddətlənmişdir və ona qışqıraraq nalayiq, küçə söyüşləri və qeyri etik ifadələrdən istifadə etməyə başlamışdır. İddiaçı ona birdaha mətbəxdən yüksək səslə buranı tərk edərək getməsini bildirmişdir. Anasının dediyinə görə o anasını qapının ağzından itələyərək içəri daxil olmuş, daha sonra mətbəxdə onun üzərinə hücum etmişdir. Nalayiq söyüşlər söyə-söyə onu sinəsindən itələmişdir. Bu zaman iddiaçı ona yenidən bildirmişdir ki, onunla mübahisə etməsin və çıxıb getsin. Dediklərinə əhəmiyyət verməyərək qəflətən məqsədli və olduqca kobud formada iddiaçının sağlamlığıma zərər yetirəcək dərəcədə üz və baş nahiyəsinə yumruqlarla zərbələr endirərək ağır xəsarətlər yetirməyə başlamışdır. Daha sonra əlində olan şüşə stəkanla üz nahiyəsinə zərbələr endirərək onu yerə yıxmış və o yerdə olan zaman ona təpiklə zərbələr endirmişdir. Sonra mətbəxdən götürdüyü bıçaqla onu başını kəsməklə hədələmişdir. İddiaçı onun əlində bıçağı görüb çox qorxmışdur və hələ də yaşadığı psixoloji travma gözünün qarşısından getmir. Anası bu vəziyyətini görüb qışqırmağa başladıqdan sonra qardaşı Vüqar mətbəxə daxil olmuşdur. Həmidi zorla itələyərək çətinliklə də olsa Həmidi iddiaçıdan uzaqlaşdıraraq evdən çıxartmışdır. Həmid sakitləşməyib yenidən hücum etməyə cəhd etmışdir və onu hədələyərək təkidlə öldürəcəyini bildirmişdir. iddiaçı çətinliklə olsa da, yerdən qalxaraq görmüşdür ki, ona yetirdiyi zərbələr nəticəsində üz nahiyəsindən qan axır və ağır xəsarət izləri yaranmışdır. Qanı gördükdən dərhal sonra təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardımın həkimləri tərəfindən çənəsinə sarğılar qoyaraq qanı dayandırmışlar. İddiaçının başından aldığı zədələri görüb kəllə-beyin travması ala biləcəyimi ehtimal edərək boynuna karset bağlayaraq onu xəstəxanaya aparmışlar. Xəstəxanada onu həmin gün axşamadək saxlamışlar. Xəstaxanada olduğu müddətdə ümumilikdə 280 manat xəstəxana xərci çıxmışdır. Eyni zamanda məhkəməyə maddi sübut kimi cavabdeh tərəfindən ona vurulan xəsarətin fotoşəkilləri də var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyinə dair izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri,Yasamal RPİ 29-cu PŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində AR İXM-nin 158-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi ilə əlaqədar olaraq qərarın surəti 29-cu PŞ-nin müvafiq sahə inspektoruna həvalə edilmişdir. Bakı şəhəri,Yasamal RPİ 29-cu PŞ-nin 1392/23 saylı materialında olan İddiaçı xx.xx.2023-cü il tarixli izahatının məzmunundan görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 4 b-də ailəsi ilə yaşayır. Nə üçün izahat verdiyi ona aydındır. İzahatın elektron formada alınmasına etizarı yoxdur. Barəsində göstərilənlər doğrudur. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində evdə olan zaman bibisi oğlu Həmidin səsini eşidib onun evdə olduğunu görmüşdür. Onunla ara-sıra mübahisə edirmişlər. O onu əvvəllər ziyana saldığı üçün ona əsəbidir və bu gündə onu evdə görüb əsəbi halda onun evdən getməsini tələb etmişdir. Bu zaman o anasını itələyib evə daxil olmuş və onu küçə söyüşləri ilə təhqir etmişdir. Və üstünə hücüm çəkmiş, daha sonra mətbəxdən bıçağı götürərək ona xəsarət yetirmək istəmişdir. Mübahisə nəticəsində o onu sinasəindən vurmuş, daha sonra yumruq ilə başından vurmuşdur və o yerə yıxılmışdır. Daha sonra onu küçə söyüşləri ilə təhqir etmişdir və anasının köməyi ilə evdən çıxmışdır. Sonra o özünü pis hiss elədiyinə görə təcili tibbi yardım və polis çağırmışdır. Xəsarəti var və ekspertizadan keçmək istəyir. Mübahisələri 20 dəqiqə davam etmişdir. Bakı şəhəri,Yasamal RPİ 29-cu PŞ-nin 1392/23 saylı materialında olan Cavabdeh xx.xx.2023-cü il tarixli izahatının məzmunundan görünür ki, o, Yasamal rayonu, 2-ci Alatava ev 101v-də ailəsi ilə yaşayır. Nə üçün izahat verdiyi ona aydındır. İzahatın elektron formada alınmasına etizarı yoxdur. Barəsində göstərilənlər doğrudur. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində adım oğlu Vüqarın evinə getmiş, Vüqarı mebel yığmaq üçün çağırmışdı.Bu zaman Vüqarın bacısı Gülnarə də orada idi. Onların Gülnarə ilə əvvəllər onun dostu Əzimov Telman onları ziyana saldıqlarına görə münasibətləri soyuq olmuşdur. Gülnarə onu onlarda gördükdə onu küçə söyüşləri ilə təhqir etmişdir. Daha sonra üstünə cummuş və stolun üstündə olan stəkanları götürüb yerə çırpmış və ona doğru atmışdır. Onun məqsədi onu əsəbiuləşdirmək imiş. Bu zaman qardaşı Vüqar onları aralamışdır. Mübahisələri 5-6 dəqiqə davam etmişdir. Daha sonra o mübahisənin böyüməyini istəmədiyindən oradan uzaqlaşmışdır. Onun xəsarəti yoxdur. Ekspertdən keçməkdən imtina edir. Gülnarəyə xəsarət yetirmədiyini ifadə edir. Bakı şəhəri,Yasamal RPİ 29-cu PŞ-nin 1392/23 saylı materialında olan X2 xx.xx.2023cü il tarixli izahatının məzmunundan görünür ki, o, Yasamal rayonu, 2-ci Alatavada ailəsi ilə yaşayır. 03.06..2023-cü il tarixdə bibisi oğlu Həmid yaşadığı ünvana gələrək, ona mebel vermək istəyirmiş. O yataq otağında olan zaman mətbəxdə baxısı Gülnarə və bibisi oğlu Həmidin mübahisə etdiyini görmüşdür. Bacısı Gülnarə yerə yıxılmışdır. Bu zaman o onların mübahisələrinin böyüməyini istəmədiyi üçün onları aralamışdır və Həmidi həmin mənzildən kənarlaşdırmışdır. Mübahisə zamanı Həmidin bacısı Gülnarəyə hər hansı fiziki ağrı yetirdiyini görməsədə Həmidin əlində mətbəx bıçağı var imiş. Daha sonra bacısının xəsarəti olduğundan tibbi yardıma müraciət etmişdir. İzahatı özü yazmışdır. Başqa əlavə və düzəlişi yoxdur. Doğruluğunu imzası ilə təsdiq edir. Bakı şəhəri,Yasamal RPİ 29-cu PŞ-nin 1392/23 saylı materialında olan X1 xx.xx.2023cü il tarixli izahatın məzmunundan görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 4 b-də ailə ilə birlikdə yaşayır. Nə üçün izahat verdiyi ona aydındır. İzahatın elektron formada alınmasına etirazı yoxdur. Barəsində göstərilənlər doğrudur. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində evdə olan baldızı oğlu Həmid evdə olduğunu görüb ondan evi tərk etməsini tələb etmişdir. Bu zaman qızı Gülnarə ona öz iradlarını bildirmişdir. Daha sonra Həmid qızının üstünə cumub onu vurmuşdur və küçə söyüşləri ilə təhqir etmişdir. Daha sonra o onu oğlu Vüqarın köməyi ilə evdən çıxardıblar. Həmid qızını vurduğu üçün tibbi yardıma müraciət eləyiblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx.xx.2023-cü il tarixli 642 nömrəli ekspert rəyindən görünür ki, Vət. İddiaçı almış olduğu xəsarətlər- çənənin sağ yarısının səthi əzilmiş yarası, alınan şişkinlik və qançır halında əzilməsi, çənənin və sağ dirsək oynağı nahiyyəsinin sıyrıqları küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Vət. İddiaçı adına KTM-da tərtib edilmiş tibbi sənəddə qeyd olunan “Qapalı kəllə beyin travması” diaqnozunun obyektiv əlamətləri qeyd olunmadığından, onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. Qeyd olunan xəsarətləri vət. İddiaçı özüözünə yetirə bilməsi inkar olunur. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X12” PHŞ-nin xx.xx.2023-cü il tarixli xəstənin tibbi kartoçkasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə poliklinikaya daxil olmuş xəstə X3 “bədənin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 10 fevral 2020-ci il tarixli 1034 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur və ona üzvi mənşəli orta dərəcəli demensiya F02.8 diaqnozu qoyulmuşdur. İ saylı xəstəxana Şua diaqnostika şöbəsinin müayinə protokolundan görünür ki, 30 sentyabr 2019-cu ildə müayinə olunmuş Cavabdeh beyin yarımkürələrində, beyincikdə həcmli patologiya aşkar olunmamışdır. Hazırda, kəskin dövrə aid patoloji görüntü qeyd edilməmişdir. Lakin hər iki beyin yarımkürəsində beyin toxumasının dərin ağ maddəsində çoxsayda postişemik demiylinizasiya və qlioz sahələri izlənilir Kortikal sulcus və girusların dərinliyi və genişliyi artmışdır. Orta anatomik strukturlarda yerdəyişmə təyin olunmamışdır. İİİ - cü və lateral mədəciklər normal qeyd edilmişdir. Sellyar, parasellyar və pineal sahələr genişlənməmişdir. Görmə siniri görmə çarpazı normaldır. Arxa kəllə çuxuru beyin strukturlarında həcmli patologiya aşkar olunmamışdır. Medulla oblonqata mezensefalon bazal sisternlər, İV mədəciyin genişliyi konfiqurasiyası normaldır. Vİİ Vİİİ-ci sinir kompleksi vestibulyar apparat və koxleada patologiya təyin edilməmişdir. X12in xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh hər iki beyin yarımkürəsində periventrikulyar sahələrdə və sentrum semiovaledə milimetrik xronik qliotik ocaqlar izlənilir. Diffuz olaraq serebral atrofiya mövcud olub, atrofiyaya bağlı olaraq beyin şırımları, Silvian fissura dərinləşibdir. Supratentoryal sahədə orta xətdə dislokasiya izlənilmədi. İİİ və lateral ventrikullar normal genişlikdədir. Bazal gangliyaların və talamusların morfologiya və strukturası təbiidir. Supratentorial sahədə bazal, tentorial, pontin və serebellopontin sisternlər açıqdır. Arxa kəllə çuxurunda beyincik yarımkürələrinin və beyin sapının morfologiya və strukturası təbiidir. Dördüncü mədəcik normal forma və lokalizasiyadadır. Daxili qulaq keçəcəkləri simmetrik olub, normal genişlikdədir. Görmə çaprazı və görmə siniri intaktdır. Hər iki göz almasında normal görünümdə olub, intraorbital qanama və ya kütlə izlənməmişdir. Retroorbital piy toxuması açıqdır. Periorbital əzələlərin qalınlığı norma daxilindədir. Müayinə sahəsinə daxil olan sümüklərə aid patoloji dəyişiklik izlənilmir. Paranasal sinusların pnevmatizasiyası pozulmayıb. Burun çəpərində açıqlığı sola baxan əyrilik qeyd olunur. DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən verilmiş, 9 mart 2018-ci il tarixli, 007831 nömrəli əlillik vəsiqəsinin sürətindən göürünür ki, Cavabdeh müddətsiz 1-ci qrup əlillik verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh şəxsi münasibətlər zəminində mübahisə zamanı İddiaçı xəsarətlər yetirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli 642 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, İddiaçı almış olduğu xəsarətlər xx.xx.2023-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir, qeyd olunan xəsarətləri İddiaçı özüözünə yetirə bilməsi inkar olunur. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı xəsarətlər yetirməsi iş materialında olan sənədlərlə, fotoşəkillərlə sübuta yetirilmişdir. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanının ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ona 280 manat məbləğində maddi ziyan vurulması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin mənəvi ziyanının ödənilməsi bağlı hissəsində isə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı cavabdehin təqsirli hərəkətləri ilə əlaqədar sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər –inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlərin yetirilməsinin, bununla əlaqədar iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq, hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 500 manat mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi və 30 (otuz manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3830/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3830/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver