Məhkəmə qərarları › İş №2(004)-3832/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3832/2023

06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3832/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4700 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2021-ci ilin yaz aylarında iş qurmaq adı ilə 5000 ABŞ dolları pul vəsaiti vermişdir. Həmin vəsaitin 300 ABŞ dolları hissəsi cavabdeh tərəfindən qaytarılsa da, 4700 ABŞ dolları hissəsi qaytarılmamışdır. Bu səbəbdən, iddia tələbinin təmin olunması xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın əsassız olmasını bildirmiş və təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəfindən sübut qismində yalnız Xətai RPİ 34-cü Polis Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı təqdim edilmiş, iddia tələbi üzrə iddiaçı tərəfindən başqa hər hansı sənəd, sübut və ya material təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə tərəfindən məhkəmə hazırlıq iclasında iddiaçıya sərəncamında olan sübutların məhkəməyə təqdim edilməsi hüququ izah edilmişdir. İddiaçı isə sərəncamında başqa hər hansı sübutunun olmamasını bildirməklə mülki işin məhkəmə baxışa təyin edilməsinə etiraz etməmişdir. İddiaçının tələbinin hüquqi əsasını Xətai RPİ 34-cü Polis Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı təşkil edir. Məhkəmə Xətai RPİ 34-cü Polis Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarını araşdırarkən müəyyən edir ki, cavabdeh həmin qərara əsasən PŞ-nə verdiyi izahatında 2021-ci ilin yaz aylarında deyil, 1993-cü il tarixdə iddiaçıdan iş qurmaq adı ilə 5000 ABŞ dolları məbləğində pulu almasını, həmin pul ilə qurulmuş biznesin 1996-cı il tarixdə bağlandığını bildirmişdir. Cavabdeh 2021-ci ilin yaz aylarında iddiaçıdan hər hansı pul məbləğini almasını bildirməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı isə cavabdehə əvvəllər də ayrı-ayrı vaxtlarda bir neçə dəfə pul verdiyini, xatırladığı qədər ilə həmin pulların bir hissəsini 2008-2009-cu illərdə verdiyini, lakin hazırki iddia tələbinin əsasını isə məhz 2021-ci ilin yaz aylarında verdiyi 5000 ABŞ dolları pul məbləğinin olmasını bildirmişdir. Məhkəmə iddiaçıya izah edir ki, subyektlər arasındakı hüquq münasibətləri ayrı-ayrı olmaqla hər birinin hüquqi və faktiki əsaslarını fərqli hüquqi əsaslar (delikt, əsassız varlanma, müqavilə münasibətləri və s.) təşkil edə bilər. Odur ki, iddia tələbində iddia olunan 2021-ci ilin yaz aylarında verilmiş pul məbləği əvvəlki münasibətlərdən tamamilə fərqli, yeni hüquq münasibətidir. Bu səbəbdən, sözügedən münasibətin hüquqi və faktiki əsasları (əgər mövcud olmuşsa) iddiaçı tərəfindən sübut edilməlidir. Qeyd olunan hissədə sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbində qeyd oluna xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar