Məhkəmə qərarları › İş №2(004)-3838/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3838/2022

03.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3838/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X11 oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Müstəqil tələb irəli sürən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı MTK-nın cavabdeh “X2 Mərkəzi” MMC-yə və müstəqil tələb irəlisürməyən 3-cü şəxslər Nəsimi Rayon İcra Şöbəsinə və X5 qarşı “hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi”, müstəqil tələb irəli sürən 3-cü şəxs X4 İddiaçı MTK-ya qarşı “maneələrin yaradılmasının dayandırılması və digər tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MTK cavabdeh “X2 Mərkəzi” MMC-yə və müstəqil tələb irəlisürməyən 3-cü şəxslər Nəsimi Rayon İcra Şöbəsinə və X5 qarşı “hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Dağlıq küçəsi 1 ünvanında inşa olunan yaşayış binasında 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracda X1 ilə bağlı tərtib edilmiş YP №-054 saylı, 30 dekabr 2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolunun və onun hüquqi nəticlərinin etibarsız hesab edilməsi baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra 3-cü şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə müstəqil tələblər irəli sürən üçünçü şəxs qismində prosesə cəlb olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X6 cavabdeh İddiaçı MTK-ya qarşı “maneələrin yaradılmasının dayandırılması və digər tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi ünvanında inşa edilən yaşayış binasının 1 (A bloku), 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilə sahiblik və istifadə hüququna dair İddiaçı MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, X5 məxsus ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 (A bloku), 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzildə təmir işlərinin aparılmasına İddiaçı MTK və digərləri tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzilə su, elektrik və qazın verilməsinin dayandırılmasının cavabdehə qadağa olunması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən 3-cü şəxs X6 iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən, İddiaçı MTK tərəfindən verilmiş YP №-054 saylı, 30 dekabr 2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin iddia müddətinin keçməsinə görə rədd olunmasını xahiş etmişdir. Cavabdeh “X2 Mərkəzi” MMC xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə münasibətlə bağlı mülahizəsini ünvanlamış və qeyd etmişdir ki, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru № 17340-75210/20-5-33 saylı, xx.xx.2020 tarixli məktubla “X2 Mərkəzi” MMC-yə müraciət edərək, ünvan 3 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş vermişdir. Qeyd edilən əmlakın ilkin dəyəri 81.466 manat qiymətləndirilmiş, keçirilən ilkin və 2 (iki) təkrar hərrac baş tutmadığına görə əmlakın qiyməti ilkin satış qiymətindən 1-ci təkrar hərracda 10 faiz, ikinci təkrar hərracda 20 faiz aşağı düşmüş, 3-cü təkrar hərracda isə 30 faiz aşağı qiymətə, yəni əmlakın yekun alış qiyməti 57.026 manat olmaqla tələbkar X6 tərəfindən qəbul edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusunu icra edərək, İddiaçı MTK-ya məxsus ünvan 3 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilin hərracına dair sənədlərin sürətləri məhkəməyə təqdim olunmuşdur. Hərrac qovluğunda hərracın keçirilməsinə dair bildirişlərin olmasına baxmayaraq, bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən sənədlər (xəbərnamələr) aşkar edilməmişdir. Lakin məhkəmə prosesində üçüncü şəxs qismində iştirak edən X4 vəkili və nümayəndəsi Səbail Rayon Məhkəməsindən əldə etdiyi sənədləri, o cümlədən bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən poçt xəbərnamələrinin kserosurətlərini məhkəməyə təqdim edərək bildirmişdir ki, qeyd edilən xəbərnamələrin kserosurətləri hərrac təşkilatı tərəfindən əsli ilə düzdür kimi təsdiq edilərək Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin xəbəmamələrlə bağlı ilk növbədə bildirmişdir ki, xəbərnamələrin əsilləri hərrac qovluğunda mövcud deyil, xəbərnamələrin sürətlərində əsli ilə düzdür sözləri yazılmamış, əsli ilə düz olmasını təsdiq edən hərrac mərkəzinin məsul şəxsinin imzası çəkilməmiş və möhürü vurulmamışdır. Bildirişə yalnız hərrac mərkəzinin ünvanını əks etdirən ştamp vurulmuşdir. Hal-hazırda həmin bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən qəbzlərin hərrac qovluğunda olmaması, məhkəməyə təqdim edilən qəbzlərin kserosurətlərinin müvafiq qaydada təsdiq olunmaması, deməyə əsas verir ki, həmin bildirişlər tərəflərə çatdırılmamış, digər iş üzrə Səbail Rayon Məhkəməsinə təqdim edilmiş surətlər isə görüntü yaratmaq üçün sonradan tərtib edilmiş və surətləri çıxarılaraq, üzərinə hərrac mərkəzinin ünvanını əks edən ştamp vurulmuş və məhkəməyə təqdim edilmişdir. Həmçinin bildirilmişdir ki, "xxxx" MMC-yə müraciət edərək, “X3 Mərkəzi" MMC tərəfindən hüquqi ünvanı ünvan 5 ünvanlanmış hər hansı poçt göndərişlərinin ünvana çatdırılmasını təsdiq edən qəbzlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin rəhbərliyi imzaladığı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, sözügedən müddətdən artıq 2 il vaxt keçdiyinə görə və o dövrün qəbzləri ləğvə göndərildiyi üçün müraciət imkan xaricindədir. Əlavə olaraq bildirilmişdir ki, hərrac mərkəzinin rəhbərliyi və kollektivi tamamilə yenilənmişdir, yuxarıda qeyd edilən bu kimi hallar başqa hərrac işlərində də aşkar edilmiş və bu səbəbdən hazırkı rəhbərlik tərəfindən işlərin yoxlanılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Bütün sadalananları nəzərə alaraq iddia ilə bağlı məsələnin həll edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 3-cü şəxs tərəfindən verilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını, İddiaçı MTK–nın iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq məhkəməyə bildirdi ki, İddiaçı MTK tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “X2 Mərkəzi” MMC-yə və müstəqil tələb irəlisürməyən 3-cü şəxs Nəsimi Rayon İcra Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Məhkəmə cavabdehin və müstəqil tələb irəlisürməyən 3-cü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 2(102)3039/2020 saylı, xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin İcra vərəqəsinə əsasən, borclu İddiaçı MTK-dan tələbkar X4 xeyrinə tutulacaq məbləğ 57885 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı MTK Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək bildirmişdir ki, MTK tərəfindən hazırda icra vərəqəsində qeyd olunan 57885 manat məbləğində vəsaitin pul şəkilində ödənilməsi mümkün deyil, lakin İddiaçı MTK ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin qiymətləndirilərək hərrac vasitəsi ilə satılmasını və həmin mənzilin satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini təklif etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 17340-75210/20-5-33 saylı məktubdan müəyyən olunur ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin açıq hərracda satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməsini “X2 Mərkəzi” MMC-dən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 208 nömrəli; xx.xx.2020-ci il tarixli, 262 nömrəli; xx.xx.2020-ci il tarixli, 286 nömrəli; xx.xx.2020-ci il tarixli, 312 nömrəli açıq hərracın keçirilməsi baradə bildirişlərin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin “X2 Mərkəzi” MMC-yə ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün sifarişi əsasında keçiriləcək hərracların tarixi və yeri baradə məlumatlar qeyd olunmuş və hərracların keçirilməsi baradə “Market” qəzetində və www.tap.az/shops/xihm internet səhifəsində elanlar dərc olunmuşdur. İş materiallarında olan 025271, 025954, 025956, 025692, 025686, 025986, 025988 saylı qəbzlərin surətinə əsasən müəyyən olunur ki, İddiaçı MTK ona məxsus olan əmlak barasində açıq hərracın keçirilməsi baradə bildirişləri qəbzlərin sıra ardıcıllığına müvafiq olaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərində imza etməklə qəbul etmişdir. İş materiallarında əlavə olunmuş xx.xx.2020-xx.xx.2020-ci il tarixləri, xx.xx.2020xx.xx.2020-ci il tarixləri, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən “Market” qəzetinin buraxılışının surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin açıq hərracdan satılması ilə bağlı elan dərc olunmuşdur. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin YP №-054 saylı, 30 dekabr 2020-ci il tarixli satış protokolunun təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı MTK-ya məxsus Binəqədi rayonu, Dağlıq küçəsi 1 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzil keçirilmiş hərracın nəticəsi olaraq 57.026 manat pul müqabilində X6 tərəfindən əldə olunmuşdur. İş materiallarında olan müstəqil tələb irəli sürən 3-cü şəxs X6 tərəfindən İddiaçı MTKya ünvanlanmış məktubdan müəyyən olunur ki, X6 ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilə olan sahiblik və istifadə hüququna İddiaçı MTK tərəfindən əsassız olaraq yaradılan maneələrin dayandırılması və sözügedən mənzilin təhvil verilməsi baradə xəbardarlıq etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Səbail Rayon Məhkəməsinin icraatında olmuş 2(009)-922/2021 saylı işin predmeti hazırki mülki işin mübahisəsi ilə eynidir. Belə ki, iddiaçı X8 “X2 Mərkəzi” MMC və Nəsimi Rayon İcra Şöbəsinə qarşı “X2 Mərkəzi” MMC-nin YP №-054 saylı, 30 dekabr 2020-ci il tarixli satış protokolunun etibarsız hesab edilməsi tələbi ilə məhkəmyə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin qətnaməsi əsasında, iddiaçı X7 cavabdehlər “X2 Mərkəzi” MMC-yə və Nəsimi Rayon İcra Şöbəsinə qarşı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Həmçinin qətnamənin əsaslandırıcı hissəsindən müəyyən olunur ki, məhkəmə iş materiallarına əlavə olunmuş 025271, 025954, 025956, 025988, 025986, 025686 və 025692 saylı qəbzlərin surətinə əsasən İddiaçı MTK-nın ona məxsus olan əmlak barasində keçiriləcək hərracın yeri və vaxtı baradə məlumatlandırılmış olduğunu qeyd etmişdir. İş materiallarında olan 2(009)922/2021 saylı, xx.xx.2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin bildirişindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə, saat 10:10da, Səbail Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək məhkəmə iclasında iştirak edilməsi ilə bağlı İddiaçı MTK-ya xəbardarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin SS716517851AZ izləmə kodlu xəbarnaməsindən müəyyən olunur ki, 2(009)-922/2021 saylı mülki iş üzrə İddiaçı MTK-ya xx.xx.2021-ci il tarixdə məhkəmənin məktubu təqdim olunmuş və imza olunmaqla MTK tərəfindən qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, təqdim olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın cavabdeh “X2 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Nəsimi Rayon İcra Şöbəsinə və X5 qarşı “hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi” üzrə iddiası rədd edilməli, iddiaçının ödəmiş olduğu dövlət rüsumu özünə aid edilməli, müstəqil tələb irəli sürən 3-cü şəxs X4 İddiaçı MTK-ya qarşı “maneələrin yaradılmasının dayandırılması və digər tələbi”nə dair iddiası isə qismən təmin olunmalı, yəni Sadıqova Məsuma ismayıl qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi ünvanında inşa edilən yaşayış binası 1 (A bloku) 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilə sahiblik və istifadə hüququna dair İddiaçı MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, X5 məxsus ünvan 7 ünvanında inşa edilən yaşayış binası 1 (A bloku) 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzildə təmir işlərinin aparılmasına İddiaçı MTK tərəfindən maneə yaradılması qadağan olunmalı, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına maneə yaradılması qadağan olunmalı, cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsi qoyulmalı, qalan hissə də isə iddia tələbi təmin olunmamalıdır. Eyni zamanda müstəqil tələb irəli sürən X6 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Mahal MTK-dan tutularaq X5 ödənilməlidir. Belə ki, iş materialları ilə məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı MTK Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3039/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X5 57885 manat məbləğində pul vəsiti borcludur. MTK borcun ödənilməsi ilə bağlı Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək hazırda icra vərəqəsində qeyd olunan 57885 manat məbləğində vəsaitin pul şəkilində ödənilməsi mümkün olmadığını, lakin İddiaçı MTK-nın mülkiyyətində olan ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin qiymətləndirilərək hərrac vasitəsi ilə satılmasını və həmin mənzilin satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini təklif etmişdir. Nəsimi Rayon İcra və Probasiya Şöbəsi İddiaçı MTK-nın mülkiyyətində olan ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin açıq hərracda satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməsini “X2 Mərkəzi” MMC-dən xahiş etmişdir. “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı MTK-nın mülkiyyətində olan ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün keçiriləcək hərracların tarixi və yeri baradə məlumatların qeyd olunduğu bildirişlər tərtib olunmuş və hərracların keçirilməsi baradə “Market” qəzetində və www.tap.az/shops/xihm internet səhifəsində elanlar dərc olunmuşdur. “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi baradə bildirişlər İddiaçı MTK-ya ünvanlanmış və bu hal iş materiallarına əlavə olunmuş qəbzlərlə təsdiqini tapmışdır. Həmçinin, mülki işin sözügedən halı, yəni MTK-nın ona məxsus olan əmlak üzərində keçiriləçək açıq hərracın yeri və vaxtı barədə məlumatlandırılmış olması Səbail Rayon Məhkəməsinin 2(009)-922/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, İddiaçı MTK Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-922/2021 saylı mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmuş, iddianın mahiyyətindən və ona məxsus olan əmlakın açıq hərracdan satılması üçün təşkil olunmuş hərracın yekunlarından xəbardar olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac təşkilatı tərəfindən iş materiallarına əsasən hərracın keçirilmə qaydası pozulmuşdur. Belə ki, hərrac təşkilatı hərracı qanunla müəyyən edilmiş müddət ərzində keçirməli olmasına baxmayaraq, əmlaka ipoteka predmeti kimi yanaşaraq hərracların baş tutmamasını əsas gərirərək qiymətini aşağı salmışdır ki, bu qayda qanunvericiliyin tələbinə zidddir. Lakin Mülki Məcəllənin tələbinə əsasən hərracın nəticələri etibarsız sayıla bilər. Qeyd edilən müddəadan da göründüyü kimi bu əqdi (hərracın nəticələrinə dair protokolu) mübahisələndirməyə əsas verir, lakin əqdləri mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğun andan 1 ildir. İş materiallarından da göründüyü kimi iddiaçı hüququnun pozulduğunu bildiyi halda 1 ərzində əqdi mübahisələndirməmiş və qanunla müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Həmçinin ilkin idda rədd edildiyindən, məhkəmə hesab edir ki müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası neqator tələb olduğundan qismən təmin edilməli, Sadıqova Məsuma ismayıl qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi ünvanında inşa edilən yaşayış binası 1 (A bloku) 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilə sahiblik və istifadə hüququna dair İddiaçı MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, X5 məxsus ünvan 7 ünvanında inşa edilən yaşayış binası 1 (A bloku) 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzildə təmir işlərinin aparılmasına İddiaçı MTK tərəfindən maneə yaradılması qadağan olunmalı, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına maneə yaradılması qadağan olunsun və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsi qoyulmalıdır. Belə ki, qanunun tələbinə əsasən hərracın nəticələrinə dair protokol müqavilə qüvvəsinə malikdir və M.Sadıqovanın artıq əmlaka sahiblik və istifadə hüquqları vardır ki, bununla bağlı hər hansı mane cavabdehə qadağan olunmalıdır. Müstəqil tələb irəli sürən 3-cü şəxs iddia ərizəsində həmin mənzilə su, elektrik və qazın verilməsinin dayandırılmasının cavabdehə qadağa olunmasını xahiş etsə də, bu hissədə məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, həmin mənzilə su, elektrik və qazın verilməsinin dayandırılması halları ilə bağlı məhkəməyə sübutlar təqdim edilməyib və bu hallar iş materialları ilə müəyyən olunmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin qanunun 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin qanunun 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin qanunun 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Həmin qanunun 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin qanunun 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin qanunun 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni İddiaçı MTK-nın cavabdeh “X2 Mərkəzi” MMCyə, 3-cü şəxslər Nəsimi Rayon İcra Şöbəsinə və X5 qarşı “hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalı, müstəqil tələb irəli sürən 3-cü şəxs X4 İddiaçı MTK-ya qarşı “maneələrin yaradılmasının dayandırılması və digər tələbi” nə dair iddia qismən təmin edilməli olduğundan iddianın qaldırılması ilə əlaqədar X6 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Mahal MTK-dan tutularaq X5 ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Mahal MTK-nın Binəqədi rayonu, Dağlıq küçəsi 1 ünvanında inşa olunan yaşayış binasında 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin X2 Mərkəzi MMC tərəfindən açıq hərracda X1 ilə bağlı tərtib edilmiş YP № 054 saylı, 30 dekabr 2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolunun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Müstəqil tələb irəli sürən X4 ərizəsi qismən təmin edilsin. Sadıqova Məsuma ismayıl qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi ünvanında inşa edilən yaşayış binası 1 (A bloku) 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilə sahiblik və istifadə hüququna dair İddiaçı MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. X5 məxsus ünvan 7 ünvanında inşa edilən yaşayış binası 1 (A bloku) 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzildə təmir işlərinin aparılmasına İddiaçı MTK tərəfindən maneə yaradılması qadağan olunsun. Həmin mənzilə 3-cü şəxslərin daxil olmasına maneə yaradılması qadağan olunsun və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən X6 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Mahal MTK-dan tutularaq X5 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar