Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3847/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı X3 cavabdehlər Cavabdeh3 QSC, X1 Cavabdeh2 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: hərrac) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh3 QSC, X1 Cavabdeh2 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı X5 cavabdehlər Cavabdeh3 QSC, X1 Cavabdeh2 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açıq hərracın yekunları barədə 60/24 saylı, 26 aprel 2024cü il tarixli protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləsuvar rayonunda Zəhmədabad kəndində ailəsilə birlikdə yaşayır. Uşaqlarından biri 1-ci qrup əlildir. 2013-cü ildə "xxxx" QSC BOKT müqavilə bağlamaqla 5 min manat kredit götürmüşdür. İlk aylar ödəniş etdikdən sonra uşaqlarının ağır xəstəliyi ilə bağlı ödənişləri edə bilmədi. Belə ki, uşağı qan xəstəliyi olduğundan dəfələrlə birinci vitse prezident möhtərəm Mehriban xanım Əliyevaya müraciətlərindən sonra onların uşaqlarının müalicəsi nəzarətə götürüldü. Lakin bu günə kimi də övladının müalicəsi gedir. Odur ki, üzrlü səbəbdən bank olmayan kredit təşkilatına borcunu ödəyə bilmədi. Krediti götürərkən məhz uşağı ilə əlaqədar götürdüyündən evini də məcburiyyət qarşısında dəyərindən aşağı həddə ipotekaya qoymuşdur. Biləsuvar Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən "xxxx" QSC BOKT olan 4825 manat borcunun olduğu müəyyən edildi. Bundan sonra imkan olduqca o, borcunu ödəmişdir. Bu günlərdə ona məlum olmuşdur ki, daha doğrusu "xxxx" QSC BOKT-dan ona telefon edərək bildirdilər ki, daha kredit borcundan ödəməyi. O, səbəbini soruşduqda bildirdilər ki, hərrac olub və evin artıq "xxxx" QSC BOKT keçib. Onlara bildirdi ki, axı ona məlumat verilməyib. Necə olar ki, evi "xxxx" QSC BOKT tərəfindən alınıb. Bir də ki, onun evinin qiyməti hazırda 50 min manatdır. 4825 manata görə 50 min manat dəyərində evi necə ola bilər ki, satılsın. Son dövrlər də min manata yaxın borcundan ödəmişdir. Onlar ona heç nə demədilər. Bildirir ki, evinin hərracda satılması Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozulmaqla satılmışdır. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin kredit və ipoteka ilə bağlı qətnaməsi 10 il bundan qabaq, yəni 2016-cı ildə qəbul olunmuşdur. Hazırda onun evinin dəyəri ən aşağı 50 min manat dəyərindədir. Halbuki qanunvericiliyin tələbinə əsasən evi qiymətləndirilməli idi. Bu da olmamışdır. İkincisi, ona hərracla bağlı heç bir məlumat verilməmişdir. Məlumat verilsədi, o, sələmçilərdən borc götürüb yeganə yaşayış evini ipotekadan çıxarardı. Belə ki, bu gün də buna hazırdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya 2013-cü ildə illik 5%-lə 5000 manat məbləğində sahibkarlıq krediti verilmişdir. İddiaçı kredit öhdəliyini yerinə yetirməyib və məhkəmə tələbin onun əmlakına yönəldilməsi ilə əlaqədar qətnamə çıxarıb. İddiaçının uzun müddət həmin borcu ödəmək imkanı olmuşdur. İddiaçı tərəfindən heç bir ödəniş edilməyib. Bütün hərracla bağlı hərəkətlər qanuni şəkildə həyata keçirilib.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-2110/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 4825 manat əsas, 705 manat 37 qəpik faiz, 5530 manat 37 qəpik və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh3 QSC Bank Olmayan Kredit Təşkilatına verilməli, həmin borc məbləğ ipoteka ilə yüklü edilmiş X4 məxsus olan Biləsuvar rayonun Zəhmətabad kəndində fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə yönəlməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 12000 manat müəyyən edilməli, ipotekailə yüklü edilmiş həmin əmlak açıq hərracda satılmalıdır.
7. Biləsuvar rayon İcra və Probasiya şöbəsinin Sifarişinə əsasən Abşeron rayonu X4 məxsus ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 101,7 kv.m. ümumi, 53.5 kv.m. yaşayış, 48,2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi Azərbaycan Respublikası X1 Əmlak Hərrac Mərkəzinə sifariş olunmuşdur.
8. “Şərq” qəzetinin xx.xx.2024-cü il qəzetinin surətindən görünür ki X4 məxsus ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 101,7 kv.m. ümumi, 53.5 kv.m. yaşayış, 48,2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.
9. “Birja News” hərrac xəbərləri saytından görünür ki, X4 məxsus ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 101,7 kv.m. ümumi, 53.5 kv.m. yaşayış, 48,2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi üzrə hərracın keçirilməsi barədə məlumat yayımlanmışdır.
10. xx.xx.2024-cü il tarixli 151/24 №-li bildirişin surətindən müəyyən olunur ki, “X1” nəzdində yaradılmış Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:00-də ilkin satış qiyməti 12000 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildiriş İddiaçı ünvan 1i ünvanına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən imza edilməklə əldə edilmişdir.
11. Hərracın baş tutmamasına dair xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
12. “Şərq” qəzetinin xx.xx.2024-cü il qəzetinin surətindən görünür ki X4 məxsus ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 101,7 kv.m. ümumi, 53.5 kv.m. yaşayış, 48,2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.
13. xx.xx.2024-cü il tarixli 242/24 №-li təkrar hərracın keçirilməsinə dair bildirişin surətindən müəyyən olunur ki, “X1” nəzdində yaradılmış Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:00-də ilkin satış qiyməti 10200 manat müəyyən edilməklə təkrar hərracın keçirilməsi barədə xəbərdarlıq-bildiriş İddiaçı ünvan 1i ünvanına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən imza edilməklə əldə edilmişdir.
14. Hərracın baş tutmamasına dair xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
15. “Şərq” qəzetinin xx.xx.2024-cü il qəzetinin surətindən görünür ki X4 məxsus ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 101,7 kv.m. ümumi, 53.5 kv.m. yaşayış, 48,2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.
16. X1 Cavabdeh2 MMC tərəfindən verilmiş hərracın yekunları barədə xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-2110/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə və Biləsuvar Rayon İcra Şöbəsi tərəfindən verilmiş 91341/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş əsasında X4 məxsus ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 101,7 kv.m. ümumi, 53.5 kv.m. yaşayış, 48,2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi 7650 manata Cavabdeh3 QSC BOKT-a satılmışdır.
17. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 QSC BOKT-nin mülkiyyətindədir.
18. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir.
19. Belə ki, “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
20. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
21. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
22. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
23. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
24. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
25. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
26. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
27. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir.
28. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.
29. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
30. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
31. İşin hallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-2110/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 4825 manat əsas, 705 manat 37 qəpik faiz, 5530 manat 37 qəpik və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh3 QSC Bank Olmayan Kredit Təşkilatına verilməli, həmin borc məbləğ ipoteka ilə yüklü edilmiş X4 məxsus olan Biləsuvar rayonun Zəhmətabad kəndində fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə yönəlməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 12000 manat müəyyən edilməli, ipotekailə yüklü edilmiş həmin əmlak açıq hərracda satılmalıdır. Biləsuvar rayon İcra və Probasiya şöbəsinin Sifarişinə əsasən Abşeron rayonu X4 məxsus ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 101,7 kv.m. ümumi, 53.5 kv.m. yaşayış, 48,2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi Azərbaycan Respublikası X1 Əmlak Hərrac Mərkəzinə sifariş olunmuşdur. Hərracın keçirilməsi barədə “Şərq” qəzetində və “Birja News” hərrac xəbərləri saytından görünür ki, X4 məxsus ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 101,7 kv.m. ümumi, 53.5 kv.m. yaşayış, 48,2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi üzrə hərracın keçirilməsi barədə məlumat yayımlanmışdır. X1 Cavabdeh2 MMC tərəfindən verilmiş hərracın yekunları barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-2110/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə və Biləsuvar Rayon İcra Şöbəsi tərəfindən verilmiş 91341/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş əsasında X4 məxsus ünvan 1ində, 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 101,7 kv.m. ümumi, 53.5 kv.m. yaşayış, 48,2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi 7650 manata Cavabdeh3 QSC BOKT-a satılmışdır.
32. İddiaçı iddia edir ki, mənzilin qiymətləndirməsinin təyin edilməsi və hərracın keçirilməsi barədə bildiriş ona göndərilməmiş, ona bu barədə məlumat verilməmişdir. Bu səbəbdən müvafiq çıxarış etibarsız hesab olunmalıdır. Halbuki, iddiaçının ünvanına hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbərnaməli bildiriş göndərilmiş, həmin bildirişlər iddiaçı tərəfindən imza edilməklə əldə edilmiş, eləcə də “Şərq” qəzetində də müvafiq qaydada elan yerləşdirilmişdir. Həmçinin, iddiaçının istifadəsində olan telefonla onunla əlaqə saxlanılaraq məlumat verilmişdir.
33. Bununla yanaşı məhkəmə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulduğu vurğulanmışdır.
34. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
35. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X3 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil