Məhkəmə qərarları › İş №2(004)-3870/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3870/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3870/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişləri kimim “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyta vaitəsinə vurulmuş maddi ziyana görə avtomobilinin sahibinə verilmiş 850 manat məbləğində pulun və bu iddia ərizəsinin verilməsi ilə bağlı məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “ZAZ SLAVUTA” markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil PAZ ********** nömrəli şəhadətnamə ilə 29.11.2019-cü il tarixdən 29.11.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh1 İsrail oğlu etibarnamə olmadan “ZAZ SLAVUTA” markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobillə 05.06.2020-ci il tarixdə, saat 10:00-da Abşeron rayon ərazisində yol nəqliyyat hadisəsi törətmiş, hərəkət iştirakçısı olmuş “A+CO” MMC-yə məxsus olan “İsuzu NM 285” markalı, **-AD-*** d.q.n nəqliyyat vasitəsi ilə toqquşmuş, həmin nəqliyyat vasitəsinə 850 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə ilə bağh Abşeron RPŞ-də araşdırma aparılmış, Cavabdeh1 İsrail oğlu barəsində AR İXM-nin 332.1 və 327-ci maddələri ilə TP ******* nömrəli, 05.06.2020-ci il tarixli X3 haqqında qərar qəbul edilmişdir. İddiaçı ASC tərəfindən “İsuzu NM 285” markalı, **-AD-*** d.q.n nəqliyyat vasitəsinə vurlmuş ziyana görə nəqliyyat vasitəsinin sahibinə 850 manat pul ödənilmişdir. Cavabdeh1 İsrail oğlu yol hərəkəti qaydalarını pozmaqla avtomobili sürücülük hüququ olmadan idarə etməsi İddiaçı ASC-nin üçüncü şəxsin avtomobilinə dəymiş ziyana görə verdiyi sığorta ödənişi məbləğində cavabdehə qarşı subroqasiya qaydasında həmin məbləği tələb etmək hüququ yaradır. Qeyd olunanlara görə Cavabdeh2 özünə məxsus olan “ZAZ SLAVUTA” markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə vermədən digər Cavabdeh1 istifadəsinə verməsi və axırıncının həmin avtomobillə hadisə törədərək hadisə yerindən qaçmasına görə Cavabdeh1la birgə müştərək qaydada İddiaçı ASC-nin qarşısında mülki məsuliyyət daşıyır. Bu 2020-ci il tarixdə eyni maşınla cavabdehin törətdiyi 2-ci yol nəqliyyat hadisəsidir, həmin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.02.2021ci il tarixli, 2(004)-1278/2021 saylı qətnaməsi ilə digər avtomobil sahibinə vurduğu ziyana görə cavabdehdən 160 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabeh bu hadisədən nəinki nəticə çıxarmış, məhkəmə qətnaməsi icrasından belə boyun qaçırır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan mülki işə baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. 23 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə prosesində iştirak edən Cavabdeh1 məhkəməyə izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, baş vermiş hadisədə onun təqsiri yoxdur, yalnız avtomobili etibarnamə hüququ olmadan idarə etdiyinə görə özünü təqsirli bilir. Hadisə vaxtı “Coca-Cola” şirkətinə məxsus avtomobil onun idarə etdiyi avtomobilə qabaq sol tərəfdən vurub onu 15 metr məsafədə sürüyüb, səkiyə tərəf çıxarıb. O, sığorta şirkətində olub, lakin ona əsaslı cavab verilməyib. Hazırkı məhkəmə iclası baradə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə izahatları və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 22.07.2020-ci il tarixli Sığorta aktına əsasən, "xxxx" ASC-nin PAZ ********** nömrəli şəhadətnamə ilə sığortaladığı “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsinə 850 manat ziyan müəyyən edilmişdir. PAZ ********** nömrəli İcbari Sığorta müqaviləsinə əsasən, sığortaçı "xxxx" ASC, sığortla Cavabdeh1 olmaqla “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil 29.11.2019-cu il tarixdən 29.11.2020-ci il tarixədək icbari sığorta olunmuşdur. ABN 643384 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. 08.05.2020-ci il tarixli dəymiş zərərin hesabatına dair qaimədən görünür ki, “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsinə ehtiyyat hissələri 540 manat və işçi haqqı 310 manat olmaqla, ümumilikdə 850 manat zərər hesablanmışdır. TP ******* seriyalı X3 haqqında Qərara əsasən, 05.06.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh1 İXM-nin 332.1 və 327.1ci maddələrindəki inzibati xətanı törətmişdir. 21.08.2020-ci il tarixli, **********3 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “A+CO” MMC-yə 850 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən aydın olur ki, “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsi arasında toqquşma baş vermişdir. 24.06.2020-ci il tarixli Yol nəqliyyat hadisəsi barədə arayışdan görünür ki, Cavabdeh1 05.06.2020-ci il tarixdə idarə etdiyi “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsi ilə toqquşmuşdur. “X2 Mərkəzi” MMC-nin YDN 090 nömrəli, 10.09.2021-ci il tarixli “İsuzu NM 285” markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsinin təmir xərclərinin müəyyən edilməsi ilə bağlı hesabatında müəyyən olunur ki, ehtiyyat hissələri 515 manat və işçi haqqı 275 manat olmaqla, cəmi 790 manat məbləğində xərc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası edilmişdir. Əlavə olaraq, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnaməsiz idarə etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1 avtomobili etibarnaməsiz idarə edərkən “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsi ilə toqquşmuş və nəticədə həmin avtomobilə ekspert rəyinə əsasən 790 manat dəyərində zərər vurulmuşdur ki, həmin zərər "xxxx" ASC tərəfindən sonuncunun mülkiyyəçisinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, Cavabdeh1 idarə etdiyi “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edərək, təqsirli olduğu yol-nəqliyyat hadisəsi zamanı “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsinə zərər vurduğundan və həmin zərər "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış icbari şığorta müqaviləsinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən ödənildiyindən, sonuncuda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 25-ci maddəsinə əsasən verilmiş sığorta ödənişi həcmində cavabdehlərdən vurulmuş zərəri tələb etməkdən ibarət subroqasiya hüququ yaranmışdır. Bundan əlavə “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil məhz Cavabdeh2 mülkiyyətindədir və bilavasitə özü tərəfindən Cavabdeh1 istifadəsinə verilmiş olsa da, sonuncu tərəfindən etibarnaməsiz idarə olunmuşdur. Başqa sözlə, Cavabdeh1 avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə mülkiyyətçinin iradəsi ilə sahiblik etmiş, lakin bu sahiblik qanuni əsaslarla rəsmiləşdirilməyərək əslində avtomobilin müvafiq hüququ olmayan şəxs tərəfindən idarə olunmasına şərait yaradılmışdır. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “ZAZ SLAVUTA” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil hüququ olmayan şəxs tərəfindən idarə olunmasında Cavabdeh2 təqsirli olmuş və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmənin qənaətinə görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə həm yol-nəqliyyat vasitəsinin törədilməsində təqsirli bilinmiş Cavabdeh1, həm də yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsinin) sahibi Cavabdeh2 məsuliyyət daşımalıdır. Belə ki, məhkəmə tərəfindən mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(004)-3870/2021 saylı qərardad ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin YDN 090 nömrəli, 10.09.2021-ci il tarixli “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsinin təmir xərclərinin müəyyən edilməsi ilə bağlı hesabatından görünür ki, aparılmış araşdırmalar, təhlilər və hesablamalar nəticəsində avtomobilin qiymətləndirmə tarixinə olan təmir xərclərinin dəyəri 790 manat müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi qismən əsaslı hesab edilməli, “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsinə dəymiş zərərə görə 790 manat sığorta ödənişi məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 27.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq “X2 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. “İsuzu NM 285” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 790 (yeddi yüz doxsan) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “X2 Mərkəzi” MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar