Məhkəmə qərarları › İş №2(004)-3896/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3896/2021

23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3896/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qəbzlə aldığı 2000 manat, evə, materiallara dəymiş ziyan 6000 manat olmaqla, cəmi 8000 manat maddi ziyanın, mənəvi ziyan əvəzi kimi 10000 manatın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı oğlu kücəsi 47-də yerləşən 2 otaqlı evini təmir etmək üçüusta axtarmış, bir kücə arxada qeyd etdiyi ünvanda yaşayan Cavabdeh ilə küçədə rastlaşıb, hal-əhval tutandan sonra ona yaxşı usta axtardığını bildirəndə İzzət sevinərək nə iş olsa görə biləcəyini demişdir. Ailəlikcə tanış idilər, rəhmətlik həyat yoldaşı yaxşı qadın idi. İzzət evə baxış keçirdikdən sonra təmirə razılaşmışdır. İzzət usta ilə birgə material almışlar. Cavabdeh işə başlayandan 3 gün sonra həyat yoldaşının il dönümü olduğunu və rayona gedəcəyini bildirərək 300 manat istəmiş ona 300 manat vermişdir. Bundan sonra İzzət dəfələrlə ondan pul istəmiş və demişdir ki, “mən sənin evində işləyirəm, qorxma, bütün işlərini görəcəm, biz necə ildir bir-birimizi tanıyırıq, çörək kəsmişik oğluma da demişəm evimin də yerini bilirsən.” O da pul verirdi ki işləsin. Bütün materialı da almışdı, evin açarlarını da İzzətə vermişdi və özündə acar yox idi. Elə oldu ki 26.10. 20 ci il yoldaşı Nümayəndə qəzaya düşdü və qəza zamanı ayağı sındı. Başı qarışdı və tez-tez gedə bilmədi təmir yerinə və birdəki etibar edirdi İzzətə. Baxmayaraq ki, hadisə gəlmişdi başına arada gedirdi və narazılığını bildirirdi, deyirdi “hec nərahat olma İzzət canı düzəldəcəm hamısını”. Növbəti baxışlarda isə cürbəcür bahanələr gətirib vəziyətdən istifadə etdi, nəticədə onu aldatdı və telefonda, WhatsApp da onları təhqir edir və şəxsiyyət ləyaqətlərini alcaldir və işləmədiyini bildirir. Ona bildirəndə ki, “pul alma barədə sənədə etmisən.” İzzət ona nə desə yaxşıdır- "o sənədi gözünə soxaram, evini də darmadağın edəcəm”. Yoldaşı Nümayəndə gözdən ömürlük əlil, dövlət qulluğundan pensiyaçı,Yeni Azərbaycan Parrtiyasının üzvüdür. Özü də, 35 ildir ki, müəllimə işləyir, 4 övladı var, 2-si azyaşlıdırlar. Qəpik-qəpik yığıb, boğazlarından kəsib, yarısını da bankdan götürmüşdü. İndi cox pis vəziyətdə qalmışdır. Həm pulunu aldı, həm materialları korladı, həm də onları təhqir etdi. Evin nə vəziyətdə olduğunu fotoşəkillər əks etdirir və evdə hec nəyə dəyməmişlər. Balkon isə yarıtmaz vəziyyətə salınıb, belə ki, balkonun dayağını ana qaz xəttinə yapışdırıb qəza şəraiti yaradıb. Belə vəziyyət qanun tərəfindən qadağa edilib. Cavabdeh onları həm aldadıb mənəvi, həm də maddi zərər verib, əlində Cavabdeh özü yazdığı ki, nə qədər pul alıb, imzası var, hətta telefon nömrəsi də var. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə onunla eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul etməyərək, verdyi izahatında göstərmişdir ki, iddiaçının mənzilində keyfiyyətli təmir aparmış və bunun üçün yerli baxış keçirmək kifayətdir. İddiaçı ilə aralarında yaranmış mübahisənin predmeti əmək haqqının vaxtında ödənilməməsi olmuşdur. Onunla şifahi razılaşmanın məzmununa uyğun olaraq görülən işin həcminə uyğun olaraq əmək haqqı ödənilməli idi, həmçinin əsas işindən sonra, yəni axşam saat 6:00-dan sonra işə gəlməli və işi yerinə yetirməli idi. Bu zaman 2 nəfər fəhlə dəvət edirdi və onlar günəmuzd qismində ona yardımçı olmalı idilər. Lakin İddiaçı əmək haqqını ödəmir, bu səbəbdən fəhlənin əmək haqqısını verə bilmirdi. Hazırda əmək haqqı olaraq İddiaçı ona 1200 manat əmək haqqı ödəməmişdir. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 385.1, 386.1, 752, 753 və 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal RPl-nin 27-ci PB-nin təhqiqatçısı F.Cənnətovun 15.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, ünvan 1 ünvanda yaşayan Nümayəndə ərizə ilə müraciət edərək bildirmişdir ki, 8 ay əvvəl, 2020-ci ilin avqust ayında evinin təmiri üçün tanışı və dostu, usta olan İzzət adlı şəxslə razılaşmışdır.Evin bütün təmirini İzzətə həvalə etmişdir.Ümumi olaraq bu işi İzzətlə 2300 manat əl haqqı olaraq razılaşmışlar.İzzətə əmək haqqı olaraq 2000 manat pulu hissə-hissə vermişdir. İzzət işləri düzgün görməmişdir. Belə ki, o, su qızdırıcısını başqa keyfiyyətsiz su qızdırıcısı ilə dəyişmiş və lazımsız su qızdırıcısı qoymuşdur. Boyalarını açıq halda saxlayaraq yarasız hala salmışdır. Balkonu yarımçıq və qəzalı tikmişdir. Evdə işləri tamamlamamış, damı əzik-əzik etmişdir. Həmçinin İzzət evə almış olduğu və evinin içərisinə yerləşdirdiyi tikinti materiallarını, yəni 1 ədəd tikiş maşınını (250 manat dəyərində), elektrikli su qızdırıcısı (180 manat), 2 ədəd çilçıraq (350 manat və 150 manat dəyərində), 1 ədəd moydadır (50 manat), hamam aksessuarları (200 manat), 1 ədəd boya (70 manat). 3 qutu mismar (40 manat), qaz pilitəsi (50 manat), alüminium və mis qazanları (100 manat dəyərində) oğurlamışdır. İzahatı alınmış Cavabdeh bildirmişdir ki, bu şəxslə 1998-ci ildən tanışdır. Keçmiş qonşudurlar. 1 il altı ay əvvəl Elyar özünə məxsus ünvan 2 ünvanda yerləşən evinin təmiri üçün onunla razılaşmışdır. Lakin qiymət barədə danışmamış, gördüyü işə görə hissə-hissə Elyardan pulunu alacağını söyləmişdir. Evin təmiri üçün lazım olan materialları almasını Elyara bildirmişdir. Elyar bəzi materialları alıb gətirmişdir. O, həmin tikinti materiallarını evin təmirində istifadə etmişdir. Lakin Elyar ona verməli olduğu usta pulunu verməmiş və evində ondan başqa işlətdiyi fəhlələrin də pulunu ödəməmişdir. Elyar ona əmək haqqı olaraq hissə-hissə 1200 manat pul vermişdir. Lakin o, Elyarın evində çox iş görmüşdür.Əlavə balkon tikmişdir. Elyarın söylədiklləri böhtandır. O, heç bir oğurluq etmədiyini göstərmişdir. Elyarın evində qeyd etdiyi tikiş aparatı, çilçıraqlar, qaz sobası, alüminium və mis qazar ar və moydadır olmamışdır. Su qızdırıcısı almışdır, lakin yerləşdiilməmişdir. Həmin qızdırıcı evin içərisində qalır. Elyarın aldığı tikinti materiallarını isə tikintidə istifadə etmişdir. Boya və gipsin qurumasına səbəb Elyarın onun və fəhlələrin əmək haqqlarını verməməsi, nəticədə işin dayanması olmuşdur.Sonradan ona məlum olmuşdur ki, Elyar çox usta və fəhlələri evinə gətirərək işlətmiş, pullarını verməmiş, daha sonra üzərlərinə şər atmışdır. Hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, foto şəkillər çəkilərək protokol tərtib olunmuşdur. Vətəndaş Nümayəndə ərizəsində göstərilmiş əşyaların oğurlanması və tiktinti materiallarının yararsız hala salınaraq ona maddi ziyan dəyməsi faktı təsdiqini tapmır. Çünki bu faktı təsdiq edəcək sübut yoxdur. Vətəndaş Nümayəndə X1 12.09.2020-ci il tarixli şikayəti və göstərdiyi xüsusatların təsdiqini tapmaması da sonuncunun əsassız şikayətlər etməsi faktını təsdiq edir. Odur ki, onunla Cavabdeh arasında olan mübahisə öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Nümayəndə mövcud məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal RPl-nin 27-ci PB-nin baş təhqiqatçısı N.Seyidzadənin 21.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, ünvan 3 ünvanda yaşayan Nümayəndə “İzzət” adlı şəxs tərəfindən mənzilinin təmir edilməsi qarşılığında aldadılaraq 2000 manat pulunun ələ keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Yasamal RPl-nin 27-ci PB-də baxılmışdır. İzahatı alınan Cavabdeh Nümayəndə dediklərini qismən təsdiqləyərək oxşar izahat vermişdir. Belə ki, o həqiqətən də Nümayəndə evində usta kimi işlədiyini, gördüyü işlərin müqabilində 1200 manat pul aldığını və ev sahibi olan Nümayəndə ona əlavə olaraq 1200 manat pul borclu qaldığını bildirərək barəsində olan şikayətin qərəzli olduğunu, həmçinin Nümayəndə ona görmüş olduğu işlərdən qalmış 1200 manat pulu ödəməməsi üçün bu həqiqətə uyğun olmayan şikayət etdiyini qeyd etmişdir. Aparılmış araşdırma zamanı sübuta yetirilmişdir ki, tərəflər arasında olan mübahisə mülki xarakterlidir. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia etmişdir ki, Cavabdeh tərəfindən mənzilində təmir işlərinin aparılmaması nəticəsində ona 8000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan dəymişdir. Bununla yanaşı müdafiə etdiyi tələbi ümumiyyətlə əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özlərinə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar