Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3928/2023 04.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər X3 və X4 qarşı "hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər X3 və X4 qarşı "hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş 14 iyul 2023-cü il tarixli 168/23 saylı açıq hərracın yekunları barədə protokolun və 14 iyul 2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəm iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişinin təsdiq olunmasını və mülki işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 barışıq sazişinin təsdiq olunmasını və mülki işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 və X7 barışıq sazişinin təsdiq olunmasını və mülki işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilə Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 və üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 arasında bağlanmış 03 noyabr 2023-cü il tarixdə barışıq sazişindən görünür ki, tərəflər aralarında olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək aşağıda göstərilənlər barədə tam razılığa gəlmişdir:
1. İddiaçı cavabdeh X5 5.000 (beş min) manat pul məbləğinin 4.000 (dörd min) manat pul məbləğini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 6cı zalında tərtib edilən akta əsasən nümayəndəsi Vəkil1 imzası ilə qəbul edir yerdə qalan 1.000(bir min) manat pul məbləğini 2(ay) ərzində hissə-hissə X8 tərəfindən qəbul etməklə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 saylı mənzilə dair iddia tələbindən imtina edir və gələcəkdə qeyd olunmuş mənzil ilə bağlı heç bir tələbləri olmayacaq;
2. Cavabdeh X1 nümayəndəsi Vəkil2 İddiaçı 5.000 (beş min) manat pul məbləğinin 4.000 (dörd min) manat pul məbləğini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 6-cı zalında tərtib edilən akta əsasən nümayəndəsi Vəkil1 imzası ilə təqdim edir yerdə qalan 1.000(bir min) manat pul məbləğini 2(ay) ərzində hissə-hissə İddiaçı ödəməyi öz öhdəsinə götürür və gələcəkdə qeyd olunmuş mənzil ilə bağlı heç bir tələbləri olmayacaq;
3. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 saylı mənzildə özünə aid olan əşyaları öz vəsaiti hesabına 1 (bir) ay ərzində çıxarmağı öz öhdəsinə götürür;
4. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 saylı mənzildən 1 (bir) ay ərzində qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür;
5. İddiaçı cavabdeh Əmlak Hərrac Mərkəzi MMC-dən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 saylı mənzilə dair iddia tələbindən imtina edir və gələcəkdə qeyd olunmuş mənzil ilə bağlı heç bir tələbləri olmayacaq; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-ci maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə baxılmalı olmadığına görə hazırki iş üzrə icraata xitam verilməli, iddiaçıya daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər X3 və X4 qarşı "hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilə Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 və üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq olunsun:
1. İddiaçı cavabdeh X5 5.000 (beş min) manat pul məbləğinin 4.000 (dörd min) manat pul məbləğini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 6-cı zalında tərtib edilən akta əsasən nümayəndəsi Vəkil1 imzası ilə qəbul edir yerdə qalan 1.000(bir min) manat pul məbləğini 2(ay) ərzində hissə-hissə X8 tərəfindən qəbul etməklə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 saylı mənzilə dair iddia tələbindən imtina edir və gələcəkdə qeyd olunmuş mənzil ilə bağlı heç bir tələbləri olmayacaq;
2. Cavabdeh X1 nümayəndəsi Vəkil2 İddiaçı 5.000 (beş min) manat pul məbləğinin 4.000 (dörd min) manat pul məbləğini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 6-cı zalında tərtib edilən akta əsasən nümayəndəsi Vəkil1 imzası ilə təqdim edir yerdə qalan 1.000(bir min) manat pul məbləğini 2(ay) ərzində hissə-hissə İddiaçı ödəməyi öz öhdəsinə götürür və gələcəkdə qeyd olunmuş mənzil ilə bağlı heç bir tələbləri olmayacaq;
3. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 saylı mənzildə özünə aid olan əşyaları öz vəsaiti hesabına 1 (bir) ay ərzində çıxarmağı öz öhdəsinə götürür;
4. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 saylı mənzildən 1 (bir) ay ərzində qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür;
5. İddiaçı cavabdeh Əmlak Hərrac Mərkəzi MMC-dən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 341 saylı mənzilə dair iddia tələbindən imtina edir və gələcəkdə qeyd olunmuş mənzil ilə bağlı heç bir tələbləri olmayacaq; Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Sədrlik edən: Ayaz Məmmədov