Məhkəmə qərarları › İş №2(004)-3929/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3929/2023

24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3929/2023 24.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “pul tələbi, sürücülük vəsiqəsinə məhdudlaşdırmanın götürülməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “pul tələbi, sürücülük vəsiqəsinə məhdudlaşdırmanın götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-dən 3000 manat pul, dövlət rüsumu qismində ödənilmiş 50 manat pul, mediasiya xərci kimi ödənilmiş 50 manat pulun tutulması, cavabdeh Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə ona məxsus AD 101365 saylı xx.xx.2013-cü il tarixli sürücülük vəsiqəsinə qoyulmuş məhdudlaşdırmanın götürülməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə görə iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi imzalanmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsində göstərilən Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə ona məxsus AD 101365 saylı xx.xx.2013-cü il tarixli sürücülük vəsiqəsinə qoyulmuş məhdudlaşdırmanın götürülməsi öhdəliyinin qoyulması tələbi inzibati icraat hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “pul tələbi, sürücülük vəsiqəsinə məhdudlaşdırmanın götürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2023-cü il tarixli (Qəbz nömrəsi: 21659) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 51 (əlli bir) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar