Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3949/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı cərimə borcunun silinməsi tələbinə dair mülki işə baxaraq, Müəyyən etdi: İddiaçı ******* saylı inzibati aktın ləğv edilməsi və hesablanmış 200 manat cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində barəsində tərtib edilmiş inzibati qərarının ləğv edilməsini və ona hesablanmış 200 manat məbləğində cərimə borcunun silinməsini xahiş etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz, həmin tələbin iddia icraatı qaydasında baxıla bilməməsi səbəbindən mülki işin icraata qəbulundan imtina edilməli və iddiaçıya mübahisəli məsələ ilə bağlı inzibati xətaya dair iş üzrə icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçı inzibati xətaya dair iş üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3949/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3949/2020
07.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver