Məhkəmə qərarları › İş №2(004)-3968/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3968/2023

03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3968/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli süməyən üşüncü şəxs Bank "xxxx" ASC-yə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli süməyən üşüncü şəxs Bank "xxxx" ASC-yə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən onun mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsində istifadə olan 0,14 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binada, 33,13 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 100 nömrəli mənzilinə dair keçirilmiş hərracın nəticələri barədə xx.xx.2023-cü il tarixli 126/23 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə etmiş və izahatında bildirmişdr ki, Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Mirzəyev Elxan Bəhram oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00056/19A kredit müqaviləsinə əsasən bank tərəfindən Mirzəyev Elxan Bəhram oğluna şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 35.000 manat kredit verilmişdir. Kreditin təminatı qismində Mirzəyev Elxan Bəhram oğlu və İddiaçı xx.xx.2019-cu il tarixdə Bank "xxxx" ASC ilə DEN-00056- İ519A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsi 7 nömrəli evin 2 otaqlı 100 nömrəli mənzilini ipoteka saxlayana yenidən ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Mirzəyev Elxan Bəhram oğlu arasında Bakı şəhərində bağlanmış xx.xx.2017-ci il tarixli DEN-00018-05/17A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Promo” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli DENG00018-05/17A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsində istifadə olan 0,14 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binada, 33,13 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 100 nömrəli mənzili xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsusdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2010/2022 nömrəli qətnaməsi ilə cavabdeh Mirzəyev Elxan Bəhram oğlundan kredit müqaviləsi üzrə ümumilikdə 34.768,50 manat pul iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması və tutmanın İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 7 nömrəli evin 100 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 76.500 manat olmaqla, həmin evin açıq hərracdan satılması qət edilmişdir. İddiaçının mülkiyyətində olan mənzilin qiyməti hazırkı bazar qiymətinə uyğun göstərilməmişdir, qərəzli şəkildə qiymət azaldılaraq mənzil aşağı qiymətə hərraca çıxarılmışdır. Bundan əlavə hərrac keçirilən zaman iddiaçının xəbəri olmayıb, ona məlumat verilməyib və onun iştirakı təmin edilməyib. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli süməyən üşüncü şəxs Bank "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC hərracın keçirilməsinə əsas olmuş sənədləri məhkəməyə göndərmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6, 185.5-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2010/2022 nömrəli qətnaməsi ilə cavabdeh Mirzəyev Elxan Bəhram oğlundan kredit müqaviləsi üzrə ümumilikdə 34.768,50 manat pul iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması və tutmanın İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 7 nömrəli evin 100 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 76.500 manat olmaqla, həmin evin açıq hərracdan satılması, ipoteka predmetinini hərracda satışından əldə olunan pul vəsaitindən Bank "xxxx" ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra qalıq məbləğin cavabdeh İddiaçı qaytarılması, mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdeh Mirzəyev Elxan Bəhram oğlundan tutulması, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 7 nömrəli evin 100 nömrəli mənzilinin açıq hərracda satıldıqdan sonra həmin mənzilin boşaldılması qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilməklə icraya göndərilmişdir. İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 7 nömrəli evin 100 nömrəli mənzilinin açıq hərracda satılmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2010/2022 nömrəli icra vərəqəsi və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 3116xx/xx-5121-5-33 saylı nömrəli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə hərrac keçirilmiş və “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-cü il tarixli 126/23 nömrəli protokol tərtib edilməklə ilkin satış qiyməti 76.500 manat müəyyən edilmiş Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 7 nömrəli evin 100 nömrəli mənzili 48.768,75 manata ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmişdir. "xxxx" ASC təklifi qəbul etmiş və iproteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair hərracın təşkilatçısı "xxxx" MMC ilə ipoteka saxlayan "xxxx" ASC arasında “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinin tələbinə uyğun olaraq "xxxx" ASC -nin Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 7 nömrəli evin 100 nömrəli mənzilini 48.768,75 manata almasına dair xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Hərracın keçirilməsinə dair sənədlərdən müəyyən edilir ki, hərracın keçirilməsinin yeri və vaxtı barədə borclu İddiaçı hərrac bildirişi və +99450 *** ** ** nömrəli mobil telefona SMS bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmişdir. Həmçinin hərracın keçirilməsinin yeri və vaxtı barədə market qəzetində elan verilmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında vurğulayır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2010/2022 nömrəli icra sənədi əsasında ipoteka qoyan İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 7 nömrəli evin 100 nömrəli mənzilinin ilkin satış qiyməti 76.500 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 76.500 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 48.768,75 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 7 nömrəli evin 100 nömrəli mənzilini 48.768,75 manata almışdır. “İpoteka haqqında” Qanunun 42.4cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçıya məxsus olan ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən açıq hərraca çıxarılıb satılması üçün keçirilən hərrac, “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli süməyən üşüncü şəxs Bank "xxxx" ASC-yə qarşı “"xxxx" MMC tərəfindən onun mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsində istifadə olan 0,14 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binada, 33,13 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 100 nömrəli mənzilinə dair keçirilmiş hərracın nəticələri barədə xx.xx.2023-cü il tarixli 126/23 nömrəli protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar