Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4015/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərərə görə “Medical Plaza” da 27.802 manat, “Medistyle” klinikasında 7.765 manat, 40 manat oftomoloq müayinəsinə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 35.637 manat dəyərində pulun, həmçinin 10.000 manat mənəvi ziyanın, ümumilikdə 45.637 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərə görə “Medical Plaza”da çəkilən xərc 17.854,27 manat, “xxxxxxxxxxxxxxx”da çəkilən xərc 8.257 manat, “xxxxxxxxxxxxxxxxxx”da çəkilən xərc 7.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat pulun, həmçinin mənəvi ziyanın əvəzi olaraq 10.000 manat olmaqla, ümumilikdə 43.141,27 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə xx.xx.2019-cu il tarixdə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş X1 ağır zərər vurmuşdur. Hadisədən sonra İddiaçı oğlu Saleh Abdullayev fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və iddiaçı oğlunun üzərində qəyyum təyin edilmişdir. İddiaçı oğlu Saleh Abdullayevin müalicəsı və əməliyyatı üçün “Medical Plaza”ya 17.854,27 manat, “xxxxxxxxxxxxxxx”a 8.257 manat, “xxxxxxxxxxxxxxxxxx”a 7.000 manat ödəmiş, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat pul xərcləmişdir. Həmçinin cavabdehitn hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur, mənəvi zərərin əvəzini 10.000 manat qiymətləndirir. Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkili Nümayəndə izahatı ilə razı olduğunu bildirdi və iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş X1 ağır zərər vurmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisədən sonra onun valideynləri zərərçəkmiş X4 müalicəsi üçün 7.000-8.000 manat xərc çəkmişlər, cinayət işinə baxılan zaman isə 4.000 manat ödəmək istəmişlər. Lakin iddiaçı pulu qəbul etməkdən imtina etmiş, X4 gözünün əməliyyatı üçün 8.000 manat lazım olduğunu bildirmişdir. Hazırda onun iddiaçıya ödəməyə pulu yoxdur. Həmçinin iddiaçının tələb etdiyi məbləğ həddindən artıq şişirdilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdə saat 17:38-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələblərini pozub sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi X8 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prado” minik markalı Az ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ilə Əsəd Əhmədov küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobilin idarəolunmaz vəziyyətə düşərək qarşı sol hərəkət hissəsinə çıxmasına səbəb olan hərəkətlərə yol verməməli, öz hərəkət zolağında avtomobilin təhlükəsiz hərəkətini təmin etməli olduğu halda mövcud şəraitdə həmin tələblərə riayət etməyərək hərəkət üçün təhlükəli şərait yaratmış və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub avtomobili əks hərəkət zolağına çıxarıb sola istiqamətlənərək avtomobilin ön hissəsi ilə Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 230F ünvanda yerləşən təkər təmiri sexinin qarşısında Yasamal rayonu Əsəd Əhmədov küçəsi istiqamətində dayanmış “Opel Astra” minik markalı Az ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadını vurmuş, nəticədə “Opel Astra” minik markalı avtomobil onun yanında dayanmış X6 dəyərək ehtiyatsızlıqdan sonuncunun baş beyin toxumasının ağır dərəcəli əzilməsi ilə və sol təpə gicgah sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunan sol təpə gicgah nahiyəsinin hematoması (yumşaq toxuma arasına qan yığılması), hər iki ağciyərlərin sıxılması ilə və sağ V, Vİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması (sıxılması) ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, eləcə də “Toyota Prado” minik markalı Az ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Azər Səfərova 580 manat, “Opel Astra” minik markalı Az ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Saleh Abdullayevə isə 320 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(004)-101/2020 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya” Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 934 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyin toxumasının ağır dərəcəsli əzilməsi ilə və sol təpə gicgah sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunmuş sol təpə gicgah nahiyəsinin hematoması (yumşaq toxuma arasına qan yığılması), hər iki ağciyərlərin sıxılması ilə və sağ V, Vİ qabırğaların sınıqları ilə müşayiət olunmuş döş qəfəsinin küt travması (sıxılması) küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxxxx 2019cu ildə piyada qismində olarkən hərəkətdə olan avtomaşının dəyməsindən törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Təqdim olunmuş tibbi sənəddə X4 görmə və eşitmə orqanlarında hər hansı bir xəstəliyin olması barədə məlumat yoxdur. Hal-hazırda X7 huşsuz vəziyyətdə olduğundan hadisənin baş verməsi barədə məlumat toplamaq mümkün olmadı və bu səbəbdən o, ifadə vermək iqtidarında deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019cu il tarixli 2659 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsindən görünür ki, X7 əvvəllər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Cinayət işi materialı və təqdim edilmiş tibbi sənədə görə məlum olur ki, yoxlanılan şəxsi xx xxxxxxxx 2019-cu il tarixdə onu avtomaşın vurduqdan sonra onda psixi pozuntu meydana gəlmişdir, yəni hal-hazırda X2 ağır kəlləbeyin travmasının qalıq əlamətləri, koqnitiv və asteno-nevrotik pozuntu müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazıkı psixiatrik müayinənin nəticələri (xx xxxxxxxx 2019-cu il tarixdə ağır kəllə-beyin travması alması, komatoz vəziyyətdə olmaqla xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilərək "Müştərək travma. Açıq ağır kəllə- beyin travması. Baş beyin yarımkürələrində ödem. Subaraxnodial qansızma. Parenximatoz əzilmələr. Phevmotizasiya, mədəciklərin kompressiyası (sıxılması). Sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı. Sol təpə gicgah nahiyəsində dərialtı hematoma. Döş qəfəsinin qapalı travması” diaqnozu ilə müalicə aldıqdan sonra komatoz vəziyyətdən çıxması, hazırkı müayinə zamanı yoxlanılan şəxsdə kobud mnestik (yaddaş) və koqnitiv (dərk etmə) funksiyalarının pozulmasının müəyyən edilməsi sübut edir). Hal-hazırda psixi vəziyyətinə görə zərərçəkmiş şəxs X7 onda yuxarıda göstərilən diaqnozlu psixi pozuntu ilə əlaqədar öz hərəkətlərini dərk və idarə etmək iqtidarında deyildir. Hazırkı psixi vəziyyətinə görə S.İddiaçı cinayət işinin hallarının mahiyyətini qavramaq, bu barədə düzgün ifadə vermək, istintaq hərəkətlərində iştirak etmək iqtidarında olmayan şəxs kimi cinayət- prossesual fəaliyyət qabiliyyətsizdir. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsindən görünür ki, X7 psixi vəziyyətində yaranmış dəyişiklik, həmçinin intellektual-mnestik proseslərinin enməsi ilə əlaqədar, onunla yaranmış şəraitin mahiyyətini, öz hərəkətlərinin mənasını tam dərk etmək, öz hərəkətlərini idarə etmək və ona qarşı edilən hərəkətlərin mənasını, iş üçün əhəmiyyətli halları və mümkün nəticələri, hadisəni və hazırkı şəraiti düzgün qavramaq, həmçinin onlar barəsində ifadə vermək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs X4 ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi-emosional vəziyyəti normaya uyğun olmuş, baş vermiş hadisə nəticəsində psixi-emosional vəziyyətində dəyişikliklər meydana çıxmışdır. Qeyd edilməlidir ki, X5 mexaniki yaddaşı saxlanılmadığından o, ona qarşı edilən hərəkətləri mexaniki olaraq qavramaq, gördüklərini təsvir etmək, ardıcıllığı ilə danışmaq və verilən suallara cavab vermək qabiliyyətinə malik deyildir. X5 halhazırkı müayinə zamanı koqnitiv (dərketmə) fəaliyyətinin enməsi, intellektual-mnestik ressurslarının aktiv olmaması ilə əlaqədar onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq, yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək imkanına malik deyildir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1807/2020 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, xx.xx.1990-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İddiaçı xx.xx.1990-cı il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 704 nömrəli arayışdan görünür ki, İlham Abdullayev avtomobillə vurulması nəticəsində xəsarət aldığından xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxxxxxx” MMC-yə müalicəsi üçün müraciət etmiş qohumu X4 müalicəsi üçün klinikaya 8.257 manat vəsait ödənmişdir. “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş RS-1071 nömrəli arayışdan görünür ki, 1990-cı il təvəllüdlü X7 xx.xx.2019-cu il tarixdə “Medistyle” hospitalına müraciət etmiş, müayinələrdən keçmiş, invaziv radioloqun qəbulunda olmuşdur. Aparılan ilkin müayinələrdən sonra xəstəyə “Sağ və sol İCA hövzələrində karotid-kavernoz fistul(KKF). İkitərəfli ekzoftalm. Xemoz. Sol tərəfli oftalmoptoz” diaqnozu qoyulmuş və əməliyyat edilmişdir. Xəstə tərəfindən klinika özəl olduğu üçün xəzinəyə 7.000 manat ödənilmişdir. X12 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli fakturadan müəyyən edilir ki, İddiaçı tərəfindən oğlu 1990-cı il təvəllüdlü X4 xx.xx.2019-xx.xx.2019-cu ilə kimi olan müddət ərzində müalicəsi və müayinəsi üçün X10 ümumilikdə 17.857,27 manat vəsait ödənilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş hökmlə sübuta yetirildiyindən, həmin hadisə nəticəsində iddiaçının oğlunun səhhətinə vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Tərəflər təqsirlə bağlı məsələni deyil, vurulmuş maddi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirirlər. Göründüyü kimi, Cavabdeh xx.xx.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X3 vurulmuş zərərin aradan qaldırılması üçün qəyyumu (atası) İddiaçı “Medical Plaza”ya 17.854,27 manat, “xxxxxxxxxxxxxxx”a 8.257 manat, “xxxxxxxxxxxxxxxxxx”a 7.000 manat olmaqla, ümumilikdə 33.111,27 manat pul xərcləmişdir. Bu hal X12, “xxxxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş arayışlar və ödəmə qəbzləri ilə öz təsdiqini tapır. Həmçinin cavabdehin hərəkətləri nəticəsində iddiaçı oğlunun müalicəsini vaxtında tam şəkildə etdirə bilməmiş, ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X3 vurulmuş zərərin aradan qaldırılması üçün qəyyumu (atası) İddiaçı çəkdiyi maddi zərərin əvəzi, yəni X4 müalicəsı və əməliyyatı üçün “Medical Plaza”ya ödədiyi 17.854,27 manat, “xxxxxxxxxxxxxxx”a ödədiyi 8.257 manat, “xxxxxxxxxxxxxxxxxx”a ödədiyi 7.000 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat, həmçinin vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat olmaqla, cəmi 33.441,27 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - “vurulmuş mənəvi zərərin əvəzi olaraq 9.700 manat tututması” hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X3 vurulmuş zərərin aradan qaldırılması üçün qəyyumu (atası) İddiaçı çəkdiyi maddi zərərin əvəzi, yəni X4 müalicəsı və əməliyyatı üçün “Medical Plaza”ya ödədiyi 17.854,27 manat, “xxxxxxxxxxxxxxx”a ödədiyi 8.257 manat, “xxxxxxxxxxxxxxxxxx”a ödədiyi 7.000 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat, həmçinin vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat olmaqla, cəmi 33.441,27 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi - “vurulmuş mənəvi zərərin əvəzi olaraq 9.700 manat tututması” hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4015/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4015/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver