Məhkəmə qərarları › İş №2(004)-406/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-406/2023

08.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-406/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək İddiaçı onlara qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı onlara qarşı "mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair mülki iş vardır. Qeyd edilən işlə bağlı iddia tələbini qəbul etmir və iddia ərizəsinə etiraz edirlər. Belə ki, onlar mənzilin mülkiyyətçisi X3 nəvələridir. Mənzilin mülkiyyətçisi X2 X12 və Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon İcra hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 569 saylı sərəncamına əsasən müvafiq olaraq birinin himayədarı, digərinin isə qəyyumu təyin olunmuşdur.Onlar qeyd edilən sərəncam qəbul edilməmişdən əvvəl də nənələri ilə yaşamışlar. Bu baxımdan onlar mənzilin mülkiyyətçisi Cabbarova Bətulanın ailə üzvləri hesab edilirlər və onların qeyd edilən mənzildə istifadə hüquqları vardır. Onlar mənzilin mülkiyyətçisi Cabbarova Bətulanın ailə üzvləridir. Onlar həmin mənzildə uşaqlıqdan yaşamışlar və bununla bağlı heç bir yazılı razılıq alınmalı deyil. Odur ki, onların oradan istifadə hüququna xitam verilməsi və onların oradan çıxarılmaları isə mübahisə predmeti ola bilməz. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanında yerləşən mənzil 2005-ci ildən 1/3 hissə olmaqla paylı mülkiyyətindədir. Belə ki, anasının vəfatından sonra atası Telman X1 (iş üzrə üçüncü şəxs) ilə 1985-ci ildə nikh bağlayıb ailə həyatı qurmuşlar. Nikaha daxil olan zaman atasının 1-ci nikahdan 2 övladı – o və qardaşı Əli olmuşdur. Bətula Cabbarova atası ilə nikaha daxil olan vaxt opnun 9 yaşı, qardaşı Əlinin isə 14 yaşı olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Cabbarova Bətulanın 1-ci nikahından olan qız nəvələridir. X20 1992-ci ilin may ayında Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüşdür. 1996-cı ildə ailə həyatı quraraq ər evinə köçmüşdür. Sözügedən ünvanda yerləşən mənzildə ağır yataq xəstəsi olan atası Telman Cabbarov və iddiaçı Bətula Cabbarova yaşamışdır. Atası T.Cabbarov 2002-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Cabbarova Bətula atasından miras qalmış mənzilə dair 05 aprel 2003-cü ildə 12 saylı DNK-də vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, miras əmlaka tam sahib olmaqla satmaq istəmiş, bu kimi hallar ona məlum olan kimi məhkəməyə müraciət etmiş, məhkəmə aktları əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilərək Cabbarova Bətula ilə onun adına miras mənzildən hər birinə 1/3 hissə pay müəyyən olunmaqla, 1/3 hissə pay atası X5 adında saxlanması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında ünvan 1 saylı ünvanda hər birinin 1/3 hissə payı olmaqla 2004-cü ildə Bakı şəhəri, İH Tİ və MHQİ-si tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. 2018-ci ildə paylı mülkiyyətində olan mənzildə pasport qeydiyyatına alınmaq istərkən ona məlum olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə Cabbarova Bətulanın ərizəsi əsasında onun mülkiyyət hüququ ləğv edilmişdir. Həmin məhkəmə qərarından verilmiş apellyasiya şikayəti təmin edilərək paylı mülkiyyət hüququ bərpa edilmişdir. Həmin ərəfədə də məlum oldu ki, paylı mülkiyyətində olan mənzilə Bətulla Cabbarova qız nəvələri-İş üzrə cavabdehlər pasport qeydiyyatına onun razılığı olmadan qeydiyyata alınmışdır. Bundan sonra Bakı şəhəri, Yasamal RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq göstərilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü X13 2009-cu ildən, 1996-cı il təvəllüdlü Cavabdeh2 isə 2013-cü ildən ünvan 5 ünvanda pasport qeydiyyatındadır. Bununla bağlı olaraq paylı mülkiyyətdə olan mənzilə onun razılığı olmadan qanunsuz olaraq pasport qeydiyyatına alınmış X6 və Cavabdeh2 həmin ünvandan pasport qeydiyyatından çıxarılması barədə inzibati orqana ərizə ilə mürciət etmişdir. Ərizəsinə cavab olaraq cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli 091-7087C- 3222 nömrəli məktubuna əsasən X8 və Cavabdeh2 ünvan 1 saylı ünvanından pasport qeydiyyatından çıxarmaqdan imtina etmişdir. Bundan sonra o inzibati orqan olan Yasamal Rayon Polis İdarəsinin hərəkətindən Bakı İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin vaxt məhkəmə zamanı məlum olmuşdur ki, cavabdehlər onun xəbəri və razılığı olmadan qanunsuz və əsassız olaraq pasport qeydiyyatına alınmaqla həmin mənzildə yaşayırlar. Bu səbəbdən də o hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə onun razılığı olmadan və paylı mülkiyyətçilər arasında mənzilin naturada bölgüsü aparılmadan X13 və Cavabdeh2 qanunsuz olaraq ünvan 1 saylı ünvanında pasport qeydiyyatına alınmaqla həmin mənzildə yaşadıqlarından onların həmin mənzilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. Qanun normasının mənasına görə paylı mülkiyətdə olan əmlaka sahiblik, istifadə və ona dair sərəncam verilməsi mülkiyyətçinin yalnız öz payına düşən hissədə səlahiyyət və hüquq verilir. Digər hallarda paylı mülkiyyətçilərin razılığı tələb olunur. X15 ilə paylı mülkiyyətində olan mənzilə cavadehlərin pasport qeydiyyatına alınması və onların həmin mənzildə yaşaması barədə aralarında razılaşma olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilə istifadə hüququna xitam verilməklə mənzilədn çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzil X7, İddiaçı və X5 adına paylı mülkiyyət hüququ ilə qeydə alınmışdır. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X3 qəyyum və himayəçi təyin edilməsi ilə həmin mənzilə istifadə hüquqları yaranmışdır. Hazırda iddiaçı cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon polis idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 091-56167-1221 nömrəli məktubundan görünür ki, Cavabdeh1 2009cu il tarixdən, Cavabdeh2 isə 2013-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilin 1/3 hissəsi ********** qeydiyyat nöməsi üzrə X3, 1/3 hissəsi ********** qeydiyyat nömrəsi üzrə İddiaçı və 1/3 hissəsi isə X5 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin ÖM seriyalı 210053 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzil X7, İddiaçı və X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)7403/2022 saylı qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı Cavabdeh1, Cavabdeh2, X7 və X9 üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 20 avqust 2008-ci ildə Bakı şəhərində “toksiki ensefal opati” səbəbindən vəfat etmişdir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 569 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzildə yaşayan X7 hər iki valideynlərini itirmiş və tənha qalmış nəvələri azyaşlı xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 himayədar və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 qəyyum təyin edilmişdir. Qeyd etmək lazımdır ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Habelə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın (əgər, o tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə) öz qazancı, təqaüdü və ya digər gəlirləri barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər. Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-nin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, cavabdehlər X3 qəyyum və himayəçiləri təyin olunmasına görə Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, 19 saylı mənzilə istifadə hüquqları yaranmışdır və hazırda iddiaçı həmin şəxslərin istifadə hüququna xitam verilməsini tələb edir, lakin iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 "mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar