Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4085/2024 29.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “cavabdehin Tik-tok sosial şəbəkəsində üzr istəməsi və pul” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “cavabdehin Tik-tok sosial şəbəkəsində üzr istəməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin ərizə xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında pul borcu ilə bağlı münasibətlər yaranmış, İddiaçı böyrəyinin Cavabdeh verilməsi ilə bağlı sonuncudan bir qədər pul almışdır. Lakin, Cavabdeh həmin borcun əvəzində hədə-qorxu ilə 106.000 manat pul almışdır. Odur ki, Cavabdeh 106.000 manat pul, 4000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi və “Tik-tok” sosial şəbəkəsində üzr istənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh böyrək çatışmazlığından əziyyət çəkir. O, böyrək donoru qismində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə tanış olmuş və onunla səmimi dost münasibətləri yaranmışdır. Böyrək köçürməsi ilə bağlı tərəflər İras İslam Respublikasında da olmuşlar. Lakin, böyrək köçürməsi baş tutmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə bu dövrdə daha da yaxınlaşmış və böyrək verəcəyi vədi ilə səmimi münasibətlər zamanı ona "xxxx" QSC-dən 117.000 manat kredit götüməklə və özünə məxsus 75.000 manat vəsaiti verməklə ümumilikdə 192.000 manat pul vermişdir. Odur ki, həmin vəsaitin geri qaytarılması xahiş edilir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ İŞ-nin Cinayət işi başlanılmasının rədd edilməsi barədə 17 iyul 2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində İddiaçı və Cavabdeh izahatları öz əksini tapmışdır. Məhkəmə iclasında ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların vəsatəti əsasında şahidlərin izahatları alınmışdır. Məhkəmə hesab edir ki, həm ilkin, həm qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsinin iddia tələbinin faktiki əsaslarının nə olması qeyd edilməmiş, yalnız iddia ərizəsinin 1-ci abzasında 2 cümlə ilə 106.000 manat pulun verilməsi qeyd edilmiş, qalan hissələrdə isə qanunvericiliyin normaları köçürülmüşdür. Mülki iş üzrə 4 hazırlıq, 2 məhkəmə baxış iclasları keçirilmiş, ilkin iddia üzrə iddiaçı məhkəmə iclaslarına dəvət edilərək izahatı alınmış, lakin, o, iddia ərizəsinin faktiki əsasları barədə heç bir fikir bildirməmiş, 106.000 manat pulun nə vaxt, hansı əsasla, neçə dəfəyə, nəyə görə, hansı müddətə, hansı səbəbə verilməsinə dair 1 cümlə də olsa izah verə bilməmiş, susmuşdur. Məhkəmə suallar verərkən isə cavab verməkdən yayınmış, özünü itirdiyini, həyəcanlandığını bildirmişdir. İddiaçı iddia tələbini niyə qaldırdığını və ya hansı əsasla cavabdehdən 106.000 manat pulu tələb etdiyini özü də bilmir. İlkin iddia üzrə iddiaçı və vəkili Yasamal RPİ İŞ-nin Cinayət işi başlanılmasının rədd edilməsi barədə 17 iyul 2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində İddiaçı və Cavabdeh izahatlarına təhlili zamanı da, hər hansı nəticəyə gəlmək mümkün deyildir. Odur ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi üzrə də hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmiş, dindirilmiş şahidlərin biri qarşılıqlı iddia üzrə iddiaçının arvadı olmaqla digəri isə uzag qohumudur (qardaşının keçmiş gəlini). Şahidlər də məhkəməyə əsaslı arqument və fikirlər bildirməmiş, iddiaçının yalnız arvadı pulu qarşılıqlı iddia üzrə cavabdehə verdiyini bildirsə də, digər şahid pulun verilməsi zamanı bilavasitə iştirak etmədiyini bildirmişdir. Məhkəmə tərəflər arasında əvvəllər baş vermiş münasibətləri rasional ağla sığdırmaqla onların arasında baş vermiş prosesləri anlamaqda çətinlik çəkir. Uzun müddət davam etmiş məhkəmə araşdırmasının nəticəsində də, həmin anlaşılmazlıqlar məhkəməyə aydın olmamışdır. Nəticə etibarilə, hər iki iddia tələbi üzrə iddiaçıların tələbləri nəinki sübutlara əsaslanmır, həmçinin səsləndirdikləri fikirlər (əsasən susublar) ağlabatan və rasional hesab edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mülki iş üzrə məhkəmə xərcləri həm ilkin, həm qarşılıqlı iddia tələbləri üzrə müvafiq olaraq tərəflərin özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassızdır (sübuta yetirilmir) və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “cavabdehin Tik-tok sosial şəbəkəsində üzr istəməsi və pul” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq həm ilkin, həm qarşılıqlı iddia tələbləri üzrə ilkin iddiaçı və qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4085/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4085/2024
29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver