Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-41/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Bayram oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməs tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi”tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Gədəbəy şəhəri N.Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən su anbarının tikintisi ilə bağlı zəbt edilməsinə görə dəymiş maddi ziyana görə 101.200 manat, mənəvi ziyana görə 50.000 manat olmaqla, cəmi 151.200 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ata mülkü olan Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, 39 ünvanında yerləşən fərdi yaşayış evində doğulub, boya-başa çatmışdır. Fərdi yaşayış sahəsinin ümumi sahəsi 85 kv m., 1 mərtəbəli, torpaq sahəsi sənəd üzrə 0,1499 ha., faktiki sahəsi 0,2733 ha., istifadə də olmuş real torpaq sahəsi isə 0,40 ha. təşkil edirdi. Həmin evdə 57 ildir yaşayır. Sözügedən torpaq sahəsi mərhum atası X5 verilmişdir. Cəmi 5 övlad olmaqla, ailə üzvlərinin sayı 7 nəfərdən ibarət olmuşdur. Mərhum atası ailəsini 1964-cü ildən ona məxsus həyətyanı torpaq sahəsinin kartof məhsulu və meyvə ağaclarının məhsulunun satışından gələn gəlir hesabına saxlamışdır. Həmin torpaq sahəsi 40 sotdan ibarət olmuş, sahədə 5 ədəd böyük qoz ağacı, 5 ədəd şaftalı, 5 ədəd gilas, 7 ədəd armud, 11 ədəd gavalı və 21 ədəd alma olmaqla, cəmi 54 ədəd bar verən meyvə ağacları olmuşdur. Sözügedən torpaq sahəsi daşlıq-qayalıq ərazidə yerləşdiyindən əkinə yararsız olmuşdur. Həmin əraziyə mərhum valideynləri qara torpaq daşıyıb tökməklə əkin-biçinə yararlı hala gətirimişdirlər. Atası 04.07.2013-cü il tarixdə, anası isə 17.01.2014-cü il tarixdə rəhmətə getmişdir. Valideynləri rəhmətə gedəndən sonra həyətyanı torpaq sahəsi ona məxsus olmuşdur. 2017-ci ildə Gədəbəy şəhərində Cavabdeh ASC-nin sifarişi əsasında su-kanalizasiya sisteminin tikintisi aparılmışdır. Su-kanalizasiya tikintisi ilə bağlı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə düşən hissədə su anbarının tikilməsinə kompensasiya ödənilməsi şərti ilə razılıq vermişdir. Cavabdeh ASC-nin nümayəndələri, Gədəbəy rayon İcra hakimiyyətinin başçısı və Gədəbəy şəhər bələdiyyəsi onu əmin etmişdir ki, bu tikinti “Dövlət layihəsidir” və aparılmış tikinti nəticəsində torpaq sahəsi ilə bağlı və doğranmış 54 ədəd meyvə ağaclarının məhvi ilə bağlı kompensasiya ödəniləcəkdir. Lakin iş başa çatdıqdan sonra iddiaçının tək qadın olmasından istifadə edərək, verdikləri sözə əməl etməmişlər. Məsələ ilə bağlı 14.08.2019-cu il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Cavabdeh ASC-nin sədrinə və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısına rəsmi müraciət etmişdir. Eyni zamanda yaranmış problem ilə bağlı iddiaçı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qəbulunda da olmuşdur. İddiaçı Birinci-vitse prezidentin qəbulunda olduqdan sonra, yəni 14.08.2019-cu il tarixli müraciətə nəhayət Cavabdeh ASC tərəfindən 08.10.2019-cu il tarixli cavabı ilə bildirmişdir ki, guya su anbarının inşası iddiaçının cəmi 51,22 nr torpaq sahəsinə düşmüşdür. Bununla bağlı qiymətləndirmə işləri aparılır. Qiymətləndirmə prosesi başa çatdıqdan və Maliyyə Nazirliyi tərəfindən kompensasiyaların ödənilməsi üçün razılıq verildikdən sonra kompensasiya ödəniləcək. Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən 14.08.2019-cu il tarixli müraciətinə (19.08.2019-cu il tarixdə İcra Hakimiyyətinə daxil olub) verilmiş cavab isə tamamilə absurddur. Belə ki, rayon İcra hamiyyəti bildirir ki, guya müraciəti onlara 11.10.2019-cu il tarixdə daxil olmuşdur. Guya Gədəbəy şəhərində inşa edilmiş su anbarı iddiaçının torpaq sahəsinin qonşuluğuna düşür, həmin torpaq sahəsi isə Gədəbəy bələdiyyəsinə məxsus torpaq sahəsidir. Tövsiyyə edilmişdir ki, məsələ ilə bağlı Gədəbəy Sukanal sahəsinə və Gədəbəy bələdiyyəsinə müraciət edilsin. Verilmiş vəkil sorğuları ilə əldə edilmiş 25.07.1987-ci ildə tərtib edilmiş texniki pasportdan aydın görünür ki, hazırki su anbarının inşa edildiyi torpaq sahəsi onun tam mülkiyyətində olub. Lakin sonradan, yəni 28.08.2013-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə su anbarının inşa edildiyi ərazinin böyük qismi zəbt kimi göstərilmişdir. Bir daha qeyd etmək istərdi ki, həmin ərazi uzun illər mərhum atasının mülkiyyətində olub. Həmin torpaq sahəsində əkilmiş ağacların bəziləri hal-hazırda da Cavabdeh ASC-nin inşa etdiyi su anbarının ərazisindədir. Lakin su anbarının ətrafı mühafizəyə alındığından öz halal ağaclarına yaxınlaşa bilmir, ağacların meyvələrini dərib sata bilmir. Beləliklə cavabdeh həm onu 0,40 ha. torpaq sahəsindən, həmdə torpaq sahəsində olan ağacların verdikləri barlardan və həmin barların satışı zamanı əldə edilən gəlirdən məhrum etmişdir. Hansı ki, həmin ağacların barlarının satışından illik 10000 manat pul vəsaiti əldə edirdi və həmin pul vəsaiti hesabına dolanırdı. Mülkiyyətində olan daşınmaz əmlakın qiymətləndirilməsinə dair "xxxx" MMC-nin LP-011/20 saylı 30.01.2020ci il tarixli rəyində göstərilir ki, analoji torpaq sahələrinin müqayisəli satışı, torpaq sahəsinin yerləşdiyi ərazi, torpaq sahəsinin kateqoriyası və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, İddiaçı məxsus Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, 39 ünvanında yerləşən torpaq sahəsinin 1 sotunun bazar dəyəri 1500 - 1600 manat arasıdır. Belə olan halda istifadədə olmuş real ərazi 0.40 ha. x 1600 manat=64.000 manat, Azərbaycan Respublikasının Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə: 64000 * 20/100= 12800 manat. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4.6-cı maddəsinə əsasən, çətinliyə görəkompensasiyanın 10%-i əlavə: 64000 * 10/100= 6400 manat. Həmçinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair "xxxx" MMC-nin LP-011/20 saylı 30.01.2020-ci il tarixli rəyində qeyd olunur ki, Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, 39 ünvanında yerləşən torpaq sahəsində mövcud olmuş 54 ədəd meyvə ağaclarının müqayisə yanaşması ilə dəyəri: 18000 manat təşkil edir. Ümumilikdə vurulmuş maddi ziyanın cəmi: 64000+12800+6400+18000=101200 manat təşkil edir. Torpaq sahəsinin qanunsuz olaraq alınması zamanı vurulmuş mənəvi ziyanı 50000 manat məbləğində qiymətləndirir. Belə ki, uşaqlıqdan böyüyüb boya başa çatdığı, hər bir hissəsin də bir xatirəsi qalan torpaq sahəsinə indi dəmir çəpərlər arxasından baxmaq məcburiyyətində qalmışdır. Həmin torpaq sahəsində mərhum atasının və mərhum anasının, eləcədə özünün min bir zəhməti ilə yaradılan şəraitin bugün məhv olduğunu gördükdə mənəvi iztirablar keçirmişdir. “Azərsu" ASC-nin hazırki qanunsuz əməlləri ona mənəvi iztirablar və sarsıntılar verib, gündəlik normal həyat tərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Bayram oğlu iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29.11.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 17.01.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi qızı İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3ndən və onun mülkiyyətində olan 0.1499 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində 06.12.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan CavabdehSC tərəfindən İddiaçı ünvanlanmış 08.10.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının məktubuna baxılmış və bildirilmişdir ki, Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti altına düşən torpaq sahələrinin alınması ilə əlaqədar zəfuri tədbirlər həyata keçirilir. Layihənin yerinə yetirilməsi üçün tikinti altına düşən torpaq sahələrinin alınması məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" 20 aprel 2010-cu il tarixli, 987- İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq sahələrinin kadastr planları tərtib olunmuşdur. Tərtib olunmuş kadastr planlarına əsasən 17.09.2015-ci il tarixində DƏDRX tərəfindən verilmiş **********38 nömrəli çıxarışla sizin mülkiyyətinizdə olan daşınmaz əmlakın 51.22 kv/m torpaq sahəsi Gədəbəy şəhərində inşa olunmuş su anbarının ərazisinə düşdüyü öz əksini tapmışdır. Hal-hazırda işin növbəti mərhələsi olaraq müstəqil qiymətləndirici tərəfindən tikinti altına düşən torpaq sahələrinin və tikililərin qiymətləndirilməsi prosesi aparılır. Qiymətləndirilmə prosesi başa çatdıqdan və Maliyyə Nazirliyi tərəfindən kompensasiyaların ödənilməsi üçün razılıq verildikdən sonra mülkiyyətçilərə, o cümlədən iddiaçıya kompensasiya verilməsinə başlanılacaqdır. İş materiallarında olan Gədəbəy RİH başçısı aparatından İddiaçı ünvanlanmış 16.10.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Gədəbəy RİH başçısı aparatına daxil olmuş ərizəsi araşdırılmış və bildirilmişdir ki, “Gədəbəy şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Gədəbəy şəhəri ərazisində 7 ədəd su anbarı inşa edilmişdir. Anbarlardan biri (6 nömrəli su anbarı) iddiaçının həyətyanı torpaq sahəsi ilə qonşuluqda inşa edilmişdir. İddiaçının həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışda anbar yerləşən ərazi göstərilməmişdir. Həmin ərazi Gədəbəy bələdiyyəsinə məxsus torpaq sahəsi kimi saxlanılmışdır. Qeyd edilən məsələ ilə bağlı Gədəbəy Sukanal İdarəsinə və Gədəbəy bələdiyyəsinə müraciət edilməsi tövsiyyə olunmuş, eyni zamanda, kompensasiya tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin LP-011/20 saylı 30.01.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, 39 ünvanında yerləşən torpaq sahəsinin 1 sotunun bazar dəyəri 1500 -1600 manat arasıdır. Texniki pasporta əsasən 0.2733 ha torpaq sahəsinin bazar qiyməti 42... manat təşkil edir. İstifadədə olmuş real ərazi 0.40 ha təşkil edir. Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, 39 ünvanında yerləşən torpaq sahəsində mövcud olmuş 54 ədəd meyvə ağaclarının müqayisə yanaşması ilə dəyəri: 18000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli 10/2018 saylı rəydən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin rəis müavini Elvin Məmmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair Nəriman Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş 06 dekabr 2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə 06 dekabr 2016-cı il tarixli texniki papsortda göstərilən sahələr uyğundur. X9 Cəmiyyəti tərəfindən 0.1234 ha zəbt torpaq sahəsində xidməti bina (operator binası) inşa edilmişdir. Binanın ölçüsü 35 kv.metr təşkil edir və koordinatları aşağıdakı kimidir: X-569159.6321 , 569163.2010, 569168.1300, 569164.5610 Y- 4491321.1954, 4491324.8390, 4491320.0104, 4491316.3673 X9 Cəmiyyəti tərəfindən inşa edilmiş su anbarının ümumi torpaq sahəsi 0.21 ha təşkil edir. Həmin torpaq sahəsinin 50.4 kv.metr hissəsi İddiaçı mülkiyyətinə, 644.0 kv.metr hissəsi isə zəbt torpaq sahəsinə düşür. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş su anbarının tutduğu ərazi ilə İddiaçı məxsus fərdi yaşayış evi arasında olan məsafə 8.5 metr təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21.04.2022-ci il tarixli 10/7205 saylı rəydən görünür ki, Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair Nəriman Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş 06 dekabr 2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə 06 dekabr 2016-cı il tarixli texniki papsortda göstərilən sahələr uyğundur. Lakin qeyd olunur ki, mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair 15 iyul 1985-ci ildə tərtib edilmiş Texniki Pasport ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********32-10301 reyestr nömrəli Çıxarış sənədi arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, 15 iyul 1985-ci ildə tərtib edilmiş Texniki Pasportun göstəricilərinə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin 0,08085 ha X9 Cəmiyyəti tərəfindən hasarlanaraq istifadə olunur. 2-ci və 3-cü sual üzrə: X9 Cəmiyyəti tərəfindən 0.1234 ha zəbt torpaq sahəsində su anbarı, xidməti bina (operator binası) və istirahət otağı inşa edilmişdir. Binanın ölçüsü 35 kv.metr təşkil edir və koordinatları aşağıdakı kimidir: X-569159.6321 , 569163.2010, 569168.1300, 569164.5610 Y- 4491321.1954, 4491324.8390, 4491320.0104, 4491316.3673 X9 Cəmiyyəti tərəfindən inşa edilmiş su anbarının ümumi torpaq sahəsi 0.21 ha təşkil edir. Həmin torpaq sahəsinin 50.4 kv.metr hissəsi İddiaçı mülkiyyətinə, 644.0 kv.metr hissəsi isə zəbt torpaq sahəsinə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04.02.2022-ci il tarixli 7/19-9/9415 saylı rəydən görünür ki, mülki iş materialındakı (səhifə 20-27) "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri N.Nərimanov küçəsindəki 39 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 54 ədəd meyvə ağacları (qoz, şabalıd, gavalı, albalı, armud, alma və s.) növlərdə meyvə ağaclarının dəyəri 18000 təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi; 247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ünvan 3 ünvanında İddiaçı məxsus olan torpaq sahəsinin 0,08085 ha ha hissəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hasarlanaraq istifadə olunması nəticəsində iddiaçının mülkiyyət hüquqları pozularaq, ona maddi ziyan vurulmuşdur. Halbuki, AR Mülki Məcəlləsinin 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İş materiallarına əlavə edilmiş rəylərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin 1 sotunun bazar dəyəri 1500 -1600 manat arası müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, torpağın 1 sotunun qiyməti 1550 manat olmaqla hesabat aparılmalıdır. Belə olan halda torpağın zəbt olunması nəticəsində iddiaçıya dəymiş zərər 12400 manat təşkil edəcəkdır. 8X1550=12400AZN. Bundan başqa, kspert rəyləri ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində mövcud olmuş 54 ədəd meyvə ağacları (qoz, şabalıd, gavalı, albalı, armud, alma və s.) növlərdə meyvə ağaclarının dəyəri 18000 təşkil edir. Beləliklə də, ümumilikdə İddiaçı Cavabdeh ASC tərəfindən 30400 manat maddi ziyan vurulması təsdiq olunur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC-dən 30400 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zəırərin tutulması hissəsində qismən təmin edilərək, Cavabdeh ASC-dən mənəvi zərərə görə 1000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı halda iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı fərmanı yalnız dövlət ehtiyacları üçün özgəninkiləşdirilməli olan daşınmaz əmlaklara münasibətdə tətbiq edilməli olduğundan daşınmaz əmlakın satınalma qiymətinə bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.1-ci maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Göründüyü kimi, 66.4.6-cı maddəsinə əsasən, çətinliyə görə 10% əlavə kompensasiyanın ödənilməsi yaşayış sahəsinin alındığı hallarda nəzərdə tutulmuşdur. Odur ki, hissəsində də iddia tələbi həmin hisədə də əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi zərərə görə 30400 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 31400 (otuz bir min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-41/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-41/2022
08.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver