Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4163/2024 27.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “İddiaçı adına olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və onun əsasında ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun yaranması üzrə əqdin (müqavilənin) etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və 550 manat pulun tutulması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “İddiaçı adına olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və onun əsasında ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun yaranması üzrə əqdin (müqavilənin) etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin “550 manat pulun cavabdehdən tutulması” hissəsindən imtina etmişdir. Həmin ərizəyə ayrıca məhkəmə aktı (qərardad) ilə hüquqi qiymət veriləcəkdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan qaraj sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, həmin sahə cavabdeh tərəfindən zəbt edilmişdir. Odur ki, ilkin iddia tələbinin təmin edilməsi xahiş edilir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən qaraj sahəsi uzun illərdir ki, Cavabdeh məxsusdur. Cavabdeh öz avtomobilini həmin qaraj sahəsində saxlayır. Qarşılıqlı iddia üzrə cavabdeh sözügedən qaraj sahəsinə qanunsuz əsaslarla mülkiyyət hüququ əldə etmişdir. Odur ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş edilir. İlkin iddia üzrə İddiaçı məhkəməyə izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin texniki pasportu əlavə edilmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli 170 nömrəli protokoldan çıxarışa və maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. Protokoldan çıxarış və maliyyə arayışı əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 146.1 və 157.4-cü maddələrinin dispozitiv şərtləri şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2020ci il tarixli 170 nömrəli protokoldan çıxarışa və maliyyə arayışına əsasən xx.xx.2024cü il tarixdə İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclaslarında bildirdiklərinə əsasən, sözügedən əmlak uzun illərdir ki, cavabdehə məxsusdur, cavabdeh avtomobilin həmin qaraj sahəsində saxlayır və bu hal iddiaçıya məlumdur. Deməli, sözügedən daşınmaz əmlakın hazırda cavabdehin faktiki sahibliyində olması mülki işin mübahisəsiz halıdır. Mülkiyyətçinin dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməli, cavabdehin sözügedən əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Məhkəmə qərar qəbul edərkən daşınmaz əmlakın dövlət reyestrinin tamlığı prezumpsiyasını əsas götürür. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə ilk öncə qeyd edir ki, qarşılıqlı iddia tələbinin mülkiyyət hüququnun yaranmması əsasının etibarsız hesab edilməsi olması və mülkiyyət hüququnun əldə edilmə əsasının "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli 170 nömrəli protokoldan çıxarışı və maliyyə arayışının olması nəzərə alınmaqla, həm də sonuncu (MTK) mülki iş üzrə cavabdeh qismində müəyyən edilməli idi. Lakin, qarşılıqlı iddia tələbi üzrə cavabdeh qismində yalnız İddiaçıdır. Mülki iş məhkəmə baxış mərhələsindədir (2-ci baxış iclası). Mülki iş üzrə ümumilikdə 4 (dörd) məhkəmə hazırlıq iclası keçirilmişdir. Odur ki, iddia tələbinin mahiyyəti ilə bağlı prosessual yanlışlıq olduğundan qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Tələb üzrə müvafiq qərarı qəbul etmiş hüquqi şəxs (MTK) mülki işə iddiaçı tərəfindən məhz cavabdeh qismində cəlb edilməli idi (məhkəmə tərəfindən sübutların təmin olunması ilə bağlı mülki iş üzrə icraata müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir). "xxxx" MTK-nın mülki iş üzə potensial (əsl) cavabdeh olması iş materiallarında olan sübutlara və işin faktiki hallarına əsasən məhkəmə hazırlıq mərhələsindən tərəflərə və məhkəməyə bəlli idi. Məhz bu səbəbdən, sübutların təmin edilməsi barədə qərardad qəbul edilərək münafiq sənədlərin həmin subyektdən tələb edilməsi qərara alınmışdır. Bu hal məhkəmə tərəfindən hazırlıq mərhələsində tərəflərin nəzərinə çatdırılmışdır. Nəzərə alınmalıdır ki, müvafiq protokol və maliyyə arayışı məhz MTK-nın qəbul etmiş olduğu hüquqi sənəd olmaqla sonuncunun maraqlarına birbaşa toxunduğundan və hərəkətlərinin nəticəsi olduğundan cavabdehin (MTK) prosessual hüquqları tam təmin edildikdən sonra (cavabdeh qismində cəlb edildikdə) mübahisəyə dair qərar qəbul etmək mümkündür. Sübutların təmin edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4163/2024 nömrəli qərardadı qəbul edilsə də, icra orqanı tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən tələb edilən sənədlərin mövcud olmadığı müəyyən edilir. Həmin arayış binanın hazırki idarəçiliyini həyata keçirən "xxxx" MMMC tərəfindən tərtib edilmişdir. Məhz yuxarıda göstərilən prosessual nöqsan səbəbindən (əsl cavabdeh) həmin qərardadın icra edilməsi nəticəsində əldə ediləcək sübutlar hazırki mülki işin nəticəsində hər hansı təsir göstərməyəcəkdir. Odur ki, məhkəmə mübahisəyə baxaraq yelun qərar qəbul etməyi əsaslı hesab edir, mülki proses üzrə “prosessual qənaət” prinsipinə zidd olaraq araşdırma aparılması (əgər işin nəticəsinə təsir etməyəcəksə) məbqul hesab edilmir. Bundan əlavə, qarşılıqlı iddia tələbinin mahiyyəti üzrə əsassız olmasına dair (mülkiyyət hüququnun yaranma əsasının etibarsız hesab edilməsi) sübut(lar) hazırda mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə Cavabdeh ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyriyaşayış sahəsindən (qaraj) çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsindən (qaraj) çıxarılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “İddiaçı adına olan xx.xx.2024cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və onun əsasında ünvan 1 ünvanındakı 23 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun yaranması üzrə əqdin (müqavilənin) etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4163/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4163/2024
27.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver