Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4168/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Allakhverdiyev Arazın iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Camry” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2651 AZN sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Renault Megane” markalı, 99NX 295 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Toyota Camry” markalı 10LP500 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Toyota Camry” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyinə və hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun, “Toyota Camry” markalı **-LP- *** qeydiyyat nişanlı avtomobilə 2651 (iki min altı yüz əlli manat) AZN ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 091501 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Toyota Camry” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2651 (iki min altı yüz əlli manat) AZN məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Yasamal rayon DYPŞ-nin inzibati tənbeh haqqında qərarında öz əksini tapmışdır. Qeyd olunanlara əsasən hesab edilir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 2651 AZN (iki min altı yüz əlli manat) zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Allakhverdiyev Araz iddia tələblərini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair elektron məlumatdan müəyyən olunmuşdur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İcbari Sığorta Müqaviləsi ilə icbari qaydada sığortalanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2020-ci il tarixli, 091501 saylı sığorta aktından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Toyota Camry” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində “Toyota Camry” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2651 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 11195 saylı ödəniş tapşırığına əlavəyə əsasən X3 öğluna ödənilən məbləğ 2651 manat təşkil edir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış 17 avqust 2021-ci il tarixli Pretenziya məktubuna əsasən Cavabdeh “Toyota Camry” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2651 AZN sığorta ödənişi məbləğini 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ounacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 16 avqust 2021-ci il tarixli Hesabata əsasən, “Toyota Camry” markalı **-LP-*** qeydiyyat nişanlı avtomobilə 2651 (iki min altı yüz əlli manat) AZN ziyan dəymişdir. İş materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2021-ci il tarixli Məktubunda qeyd edilmişdir ki, “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan Çıxarışın surətindən müəyyən olunur ki, “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Çıxarışdan görünür ki, Cavabdeh həmin avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən Yasamal rayon DYPŞ bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 19:27-də Bakı şəhəri, Yasamal rayonunda (məscidin qarşısı) yol nəqliyyat hadisəsi baş vermiş, “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Camry” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Toqquşma baş verərkən “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5, sürücüsü Cavabdeh olmuşdur. Cavabdeh avtomobili etibarnaməsiz idarə etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.6-cı, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 517887 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adına qeydiyyatdadır. İş materiallarında olan 539975 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən “Toyota Camry” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh 26 sentyabr 2020-ci il tarixdə Yasamal Rayon Polis İdarəsində verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:27-də tanışına məxsus olan “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Toyota Camry” markalı avtomobilin ön sol hissəsinə toxunmuşdur. Tələsdiyindən avtomobili orada saxlamayaraq oradan uzaqlaşmışdır. Bir müddət sonra hadisə yerinə qayıdaraq sığortaya məlumat vermişdir. İş materiallarında olan X2 26 sentyabr 2020-ci il tarixdə Yasamal Rayon Polis İdarəsində verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:27-də ona məxsus olan “Toyota Camry” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin ön sol hissəsinə toxunduqdan sonra oradan uzaqlaşmışdır. Həmin sürücünün hadisə yerini tərk etdiyini gördükdə bu barədə 102 zəng mərkəzinə məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:27-də Cavabdeh digər şəxsə məxsus olan “Renault Megane” markalı, **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Toyota Camry” markalı, **- LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsinə toxunmuşdur və nəticədə “Toyota Camry” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2651 manat məbləğində ziyan dəymişdir. Hadisə ilə bağlı faydalanan şəxs X2 İddiaçı Sığorta Şirkəti ASC əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 091501 saylı sığorta akt ilə “Toyota Camry” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2651 manat məbləğində hesablanmış və faydalanan şəxsə ödənilmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh ödənilmiş 2651 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Yuxarıda göstərilənləri, nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 2651 (iki min altı yüz əlli bir) manat və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra sürücü Cavabdeh hadisə yerindən yayınmış və inzibati xəta haqqında qərarda bu öz təsdiqini tapmışdır. Bundan əlavə müəyyən edilmişdir ki, “Renault Megane” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü Cavabdeh etibarnamə olmadan idarə etmişdir. İddiaçı "xxxx" ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində zərərə uğramış “Toyota Camry” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vasitəsinin mülkiyyətçisinə 2651 manat məbləğində pul vəsaiti ödənildiyindən, həmin məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 47 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 2651 (iki min altı yüz əlli bir) manat və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4168/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4168/2022
01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver