Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4181/2023 10.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal İcra Şöbəsinə və "xxxx" MMC-nə qarşı icra məmurunun qanunsuz hərəkətlərinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal icra Şöbəsinə və "xxxx" MMC-nə qarşı icra məmurunun qanunsuz hərəkətlərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hərəkətlərini qanunsuz hesab edərək, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 114 "D"xxxx" MMC-nin № QXM/3442 nömrəli, 28 aprel 2023-cü il tarixli qiymətdirmə rəyinin nəticələrini etibarsız hesab edilməsi və yenidən Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 114 "D" saylı fərdi yaşayış evin qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, keçirilmiş qiymətləndirmənin nəticəsinə görə icra məmurunun hərəkətlərindən narazıdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2 (004)-5344/2020, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X1 68000 (altmış səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manatı iddiaçıya aid edilməsi, qalan 50 faizi, yəni 15 (on beş) manatı isə cavabdeh X1 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin QXM/3442 nömrəli, 28 aprel 2023-cü il tarixli qiymətdirmə rəyindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2 (004)-5344/2020, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarı və xx/xx-150960/18 saylı müraciəti ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 114 "D" saylı fərdi yaşayış evi qiymətləndirmə nəticəsində evin likvid dəyəri 85000, ilkin dəyəri 100.000 manat müəyyənləşdirilmişdir. Hazırda iddiaçı icra məmurunun "xxxx" MMC 28 aprel 2023-cü il tarixdə keçirilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 114 "D" saylı fərdi yaşayış evinə 100.000 (bir yüz min) manat qiymətləndirməni çox yüksək qiymət hesab etdiyindən icra məmurunun bu hesabatla razılaşmasından şikayət edir və tələb edir ki, iş üzrə yenidən qiymətləndirmə ekspertizası keçirilməli, evə baxış keçirilərək obyektiv qiymət qoyulmalıdır. Məhkəmə hesab edir ki, “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, qiymətləndirmə rəyinin etibarsızlığıı və əmlakın yenidən qiymətləndirilməsi” tələbi icra icraatı qaydasında həll edilməsi məsələ olduğundan, ona mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Belə olan halda, məhkəmə qeyd edir ki, Yasamal rayon icra şöbəsinin icra məmurunun icra hərəkətlərinin mübahisələndirilməsi ilə bağlı məsələyə yeni iddia vermək yolu ilə deyil, yalnız icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxıla bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal icra şöbəsinə və "xxxx" MMC-nə qarşı icra məmurunun qanunsuz hərəkətlərinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən mübahisəli məsələ yalnız icra icraatı çərçivəsində şikayət qaydasında həll oluna bilər. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4181/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4181/2023
10.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver