Məhkəmə qərarları › İş №2(004)-4187/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4187/2024

08.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4187/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Vahid Hacıyev, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh4, Cavabdeh14, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh8, Cavabdeh10, Cavabdeh7 Abdurahman qızı, Cavabdeh3, Cavabdeh9 və Sultanova - X1, Cavabdeh1 əməkdaşı Cavabdeh11 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh13 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh4, Cavabdeh14, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh8, Cavabdeh10, Cavabdeh7 Abdurahman qızı, Cavabdeh3, Cavabdeh9 və Sultanova - X1, Cavabdeh1 əməkdaşı Cavabdeh11 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh13 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, təqsirli şəxslərin dairəsindən və təqsir dərəcəsindən asılı olmayaraq Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 278 və 34.4-cü maddələrində göstərilən mənalarda, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmiş cinayətkar birliyin fəaliyyət göstərməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Mülki iş təsadüfü qaydada paylanaraq əvvəllər işə baxmış hakim Cavabdeh10 icraatına verilmişdir. Hakim Cavabdeh10 özü-özünə etiraz etmişdir. Cavabdeh1 sədri Cavabdeh9 xx.xx.2024-cü il tarixli 2(004)-4187/2024 nömrəli qərardadı ilə etiraz təmin edilmişdir. Mülki iş xx.xx.2024-cü il tarixdə hakim Vahid Hacıyevin icraatına verilmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddiaçının müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçı iddia ərizəsində təqsirli şəxslərin dairəsindən və təqsir dərəcəsindən asılı olmayaraq Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 278 və 34.4-cü maddələrində göstərilən mənalarda, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmiş cinayətkar birliyin fəaliyyət göstərməsi faktının müəyyən edilməsi xahiş etmişdir. İddiaçının tələbi, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, habelə cavabdehlərə qarşı yönələn tələblər göstərilməmişdir. Əksinə iddiaçı iddia ərizəsində məhkəmədə və Baş prokurorluqda cinayətkar birliyin fəailiyət göstərməsini qeyd etməklə, məhkəmənin və prokurorluğun qanuni fəaliyyətinə xələl gətirməklə məşğul olur, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcud olmadan həmin orqanları ağır və xüsusilə ağır cinayətlərin törətməsində ittiham edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının eyni məzmunlu ərizələrinin qəbul edilməsindən imtina edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadları mövcuddur. (2(004)-1391/2023; 2(004)-2145/2023; 2(004)-2108/2023; 2(004)-2256/2024; 2(004)- 2530/2024; 2(004)-2631/2024; 2(004)-2737/2024; 2(004)-3311/2024; 2(004)-3464/2024; 2(004)- 3572/2024; 2(004)-3770/2024; 2(004)-3858/2024) Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh4, Cavabdeh14, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh8, Cavabdeh10, Cavabdeh7 Abdurahman qızı, Cavabdeh3, Cavabdeh9 və Sultanova - X1, Cavabdeh1 əməkdaşı Cavabdeh11 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh13 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Cavabdeh1nə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar