Məhkəmə qərarları › İş №2(004)-4189/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4189/2024

31.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4189/2024 31.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Suraxanı rayon İcra və Probasiya Şöbəsi, “X1 Mərkəzi” MMC, Cavabdeh2 Nəriman qızı və Cavabdeh3 qarşı “borcun daşınmaz əmlaka yönəldilməsi və pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Suraxanı rayon İcra və Probasiya Şöbəsi, “X1 Mərkəzi” MMC, Cavabdeh2 Nəriman qızı və Cavabdeh3 qarşı “borcun daşınmaz əmlaka yönəldilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və on aəlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati prosessual qanunvericilik çərçivəsində inzibati məhkəmədə baxılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra qurumları “X3”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandırlar. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia icraatı çərçivəsində tələbin borclunun əmlakına yönəldilməsi (əmlakın üzərinə həbs qoyulması və s.) və icra hərəkətlərinin nəticəsi olaraq icra orqanı və hərrac təşkilatından müvafiq pul məbləğlərinin tutulması xahiş edilmişdir. Müvafiq icra sənədi hazırda icra mərhələsindədir və icra hərəkətləri davam etdirilir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, mübahisə cavabdeh icra orqanının publik (hakimiyyət xarakterli) səlahiyyətlərinin həyata keçirilməsinin nəticəsində yaranmışdır. İnzibati orqanın fəaliyyəti nəticəsində vurulmuş zərərin ödənilməsi (İPM-in 2.2.7-ci maddəsi) sözügedən orqanın məhz publik (hakimiyyət) səlahiyyətlərinin icrası ilə bağlı xüsusatdır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Nəticədə, hazırki tələb üzrə qalan hissənin məhz iddia icraatı qaydasında iddianın qaldırılması qanuni və əsaslı hesab oluna bilməz. Belə ki, sözügedən hissədə tələbə iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində (8 indeksi) baxılaraq müvafiq qərar qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 153.3-cü madəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Suraxanı rayon İcra və Probasiya Şöbəsi, “X1 Mərkəzi” MMC, Cavabdeh2 Nəriman qızı və Cavabdeh3 qarşı “borcun daşınmaz əmlaka yönəldilməsi və pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 71 (yetmiş) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən X2 və İddiaçı2 qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar