Məhkəmə qərarları › İş №2(004)-4218/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4218/2021

17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4218/2021 17.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına Bakı şəhəri, ünvan 1 ünvanı üçün verilmiş qeydiyyat nömrəsi ********** olan, 23.07.2020-ci il tarixi çıxarış ləğv edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında olan yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi və daşınmaz əmlakın dövlət reyestr xidmətindən müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildə iddiaçı ilə "xxxx" MMC ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 145 kv.metr, 17 saylı mənzil üçün müqavilə imzalanmış və iddiaçı hissə- hissə pul ödəməyə başlamışdır. Əvvəlcə 31 may 2008-ci il tarixində 4000 (dörd min) manat, yəni 4850 ABŞ dolları ödəmiş və ona bu barədə maliyyə arayışı verilmişdir. 17 aprel 2012-ci ildə yenidən müqavilə təzələnmiş və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi -5 kv.metr, 17 saylı mənzil üçün müqavilə imzalanmışdır. Eyni zamanda 17 aprel 2012-ci il tarixində "xxxx" MMC Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 145 kv metr, 17 saylı mənzil üçün alıcı İddiaçı tərəfindən 67976 AZN yəni, 85000 ABŞ dolları həcmində mənzlin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir. "xxxx" MMC ilə ”Safari-N” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə olduğu üçün (yəqin ki, podrat müqaviləsi) Müqavilənin 1.5-ci bəndində nəzərdə tutulurdu ki, sənədləşmə kompleks tikinti olduğu üçün Cavabdeh1 MMC tərəfindən həyata keçiriləcəkdir. "xxxx" MMC 3 bloklu 15 mərtəbəli evin suvaq və beton işlərini işləyib qurtardıqdan sonra, yəni, 2015-ci ildə Cavabdeh1 MMC adı çəkilən binanı "xxxx" MMC-nin əlindən almış və özü işin yekunlaşdırılmasını həyata keçirməyə başlamışdır. Lakin iddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1 -ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 145 kv.metr, 17 saylı mənzili təmin etdirmək istədikdə, Cavabdeh1 MMC-nin direktoru İmran Axundov buna imkan verməmişdir. Onlarla, o cümlədən Safari-N” MMC-nin direktoru İmran Axundovun qardaşı İsfəndiyar Axundovla da aparılan danışıqlar bir nəticə verməmişdir. X5 bildirmişdir ki, “biz sizi tanımırıq”. İddiaçı kimi "xxxx" MMC ilə müqavilə bağlayaraq bu binada mənzil alan bir sıra sakinlər, o cümlədən Abdin Abdinov, Asim Hüseynov və Teymur Quliyev onlara verilən mənzillərdə hazırda təmir edərək yaşayırlar. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1- ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 145 kv.metr, 17 saylı mənzil üçün pay haqqını tam ödədiyindən, bu mənzilə mülkiyyət hüququnun tanınması və Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən bu mənzildən istifadə hüququna yaranan maneələrə son qoyulması tələbi ilə iddiaçı Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr, 3 otaqlı 17 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması Cavabdeh1 MMC-nin rəhbərliyinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.04.2019-cu il tarixli əlavə qətnaməsi ilə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ilə Cavabdeh1 MMC arasında bağlanılmış 11.04.2008-ci il tarixli 17 saylı müqavilə etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin adı çəkilən qətnamələrindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya məhkəməsinin 03.03.2020-ci il tarixli 2(103)- 319/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli 2( 103)-319/2020 saylı qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 27.10.2020-ci il tarixli 2(102)-4171/2020 saylı qərarı ilə şikayət təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(103)-319/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu məhkəmə mübahisələri dövründə, yəni 22.07.2019-cu il tarixində cavabdeh ”Safari-N” MTK mübahisə olunan mənzili həmin binanın 4-cü mərtəbəsində yerləşən 24 saylı mənzilin payçısı X8 adma mənzillərin dəyişdirilməsi ərizəsi yazmış, onun adma formal olaraq həm də maliyyə arayışı da yazmışdır. Bununla kifayətlənməyən Cavabdeh1 MTK məhkəmə mübahisələri dövründə Bakı şəhəri, ünvan 1 (Cavabdeh1 MTKnın 20 saylı 09 noyabr 2021-ci il tarixli arayışı ilə bildirlmişdir ki, proyekt dəyişikliyi olduğundan blok “1”, mərtəbə “3”, mınzil “17”, DƏDRX-dən verilən çıxarışa əsasən, 1-ci giriş, 5-ci mərtəbə, 3 otaqlı, 31 saylı mənzil kimi nömrələnmişdir) yəni 23 iyul 2020-ci il tarixində başqa bir vətəndaşa-Cavabdeh2 müvafiq sənədlər təqdim etməklə onun adına mübahisə olunan mənzilə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Ona görə də mübahisə olunan bu mənzilin iddiaçının mülkiyyətinə keçməsi üçün həmin çıxarış ləğv edilməli, reyestrdən yeni çıxarış əldə edilməsi üçün cavabdehin üzərinə müvfiq sənədlər təqdim etmək vəzifəsi qoyulmalıdır. İddiaçı tərəfindən Bakı İnzibati məhkəməsinə mənzilin iddiaçının adına rəsmiləşdirilməsi üçün müraciət edilmiş, məhkəmə özünün 07.05.2021-ci il tarixli qərardadı ilə iddianı mümkün saymamışdır. Ona görə də ümumi məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bundan sonra, 17.08.2021-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, ünvan 1 ünvanı üçün verilmiş qeydiyyat nömrəsi ********** olan, 23.07.2020-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 aprel 2012-ci il tarixli, 149/60 saylı müqaviləyə əsasən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmışdır. Müqavilənin əsas predmeti Yeni Yasamal yaşayış massivi, yaşayış evinin 1-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 145 kv.metr olan, izolə olunmuş 3 otaqlı, 17 nömrəli mənzildən ibarətdir. İcraçı binanın bütün dəmir-beton və hörgü, suvaq işlərini, binanın daxili divar və arakəsmələrinin hörülməsi və suvanmasını, tikintinin xarici tərtibatı və daxili arakəsmələrinin, bir sərnişin və bir ədəd yük liftlərinin quraşdırılmasını öz öhdəsinə götürür. Payçı müqavilədə qeyd edilmiş məbləği yəni, ona düşən mənzil sahəsinin hər m2 üçün 468,8 AZN ( 586 $ ) olmaqla cəmi 67976 AZN ( altımış yeddi min doqquz yüz yetmiş altı manat) (85000 $ ) ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 17 aprel 2012-ci il tarixli, 149/60 saylı maliyyə arayışına əsasən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa olunan yaşayış binası Safari- N MMC və "xxxx"MMC-yə məxsusdur. Bu binanın giriş « 1 », « 3 » mərtəbəsində, ümumi sahəsi « 145 » m2 olan « 3 » otaqlı, « 17 » saylı mənzilin dəyərindən 67976 AZN (altımış yeddi min doqquz yüz yetmiş altı manat) ( 85000 $ ) ödənilmişdir. Alıcı İddiaçı ödəmişdir. Həmin tarixə borcu olmamış, ödəniş tam ödənmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(004)- 581/2019 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı “mülkiyyət hüququnun tanınması və mənzildən istifadəyə maneələrə son qoyulması və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası üzrə cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə və Cavabdeh1 MMC-nin İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddia ərizələri məhkəməyə müraciət etmişlər. İddiaçı iddiası qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 1 -ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.m olan, 3 otaqlı, 17 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının Cavabdeh1 MMC-nin rəhbərliyinə həvalə edilməsi, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh1 MMC-nin qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Daha sonra Yasamal Rayon Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2(004)-581/2019 saylı əlavə qətnaməsi ilə Safari-N” MMC ilə X3 arasında bağlanmış 11.04.2008-ci tarixli 17 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli və 19.04.2019-cu il tarixli qətnamələrindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(103)-319/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(103)-319/2020 saylı qətnaməsindən Cavabdeh1 MMC-nin hüquqi varisi Cavabdeh1 MTK tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.10.2020-ci il tarixli, 2(102)-4171/2020 saylı qərarı ilə şikayət təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(103)-319/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2-1(112)-5626/2021 saylı qərardadına əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh1 MTK-ya qarşı mənzilin iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan 09 mart 2021-ci il tarixli, 20 nömrəli arayışa əsasən görünür ki, vətəndaş Cavabdeh2 məxsus Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş yaşayış binasının blok “1” , mərtəbə “3”, mənzil “17” Proyekt dəyişikliyi olunduğundan və yeni ünvan alındığından Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarışda Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava küçəsi, ev 88 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 1 ci giriş, 5-ci mərtəbəsində olan, 3 otaqlı, 31 saylı mənzil kimi nömrələnmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən görünür ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava küçəsi, ev 88 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 1 -ci giriş, 5-ci mərtəbəsində olan, 3 otaqlı, 31 saylı mənzil Cavabdeh2 məxsusdur. Şəxsin hüquqları 23.07.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın reyestr nömrəsi **********64 05301 093009 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa olunan yaşayış binası Cavabdeh1 MMC-yə məxsusdur. Bu binanın 1-ci giriş, 5 mərtəbəsində, tikinti sahəsi 154,26 kv.metr, yaşayış sahəsi 77,41 kv.metr olan 3 otaqlı, 31 saylı mənzilin pay dəyəri payçı X9 tərəfindən ödənilmişdir və MMC-yə borcu yoxdur. Kooperativ Mənzil Tikintisi Haqqında 24 saylı, 22.07.2019-cu il tarixli müqaviləyə əsasən görünür ki, Cavabdeh1 MMC ilə X9 arasında bağlanmışdır. Cəmiyyət inşa edilmiş binanın 1 giriş, 4 mərtəbə, 24 saylı mənzili payçıya verməyi, payçı isə mənzili qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqaviləyə əsasən mənzil 3 otaqdan ibarətdir. Ümumi tikinti sahəsi 154,26 kv.metrdir. Mənzilin hesablaşma sahəsi 154,26 kv.metr, yaşayış sahəsi 77,41 kv.metrdir. Payçı müqavilə bağlanan gün tam ödəniş məbləğində ilk ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 22.07.2019-cu il tarixli, X9 tərəfindən təsdiq edilmiş dəyişdirmə ərizəsinə əsasən görünür ki, Cavabdeh1 MMC-nin Bakı şəh., Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa etdiyi binanın 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən, payçısı olduğu 24 saylı, 154,26 kv. m. sahəsi olan, 3 otaqlı mənzili SAFARİ-N MTK- ya məxsus binanın 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 31 saylı, 154,26 kv. m. sahəsi olan, 3 otaqlı mənzilə dəyişilməsini, MMC ilə aralarında bağlanan 24 saylı müqaviləyə xitam verilməsini xahiş etmiş, gələcəkdə 24 saylı mənzilə dair heç bir iddia və tələbinin olmayacağına təminat vermiş və sözlərini öz imzası ilə təsdiq etmişdir. 04/24528 inventar nömrəli, 22.07.2020-ci il tarixli, ünvan 2 ünvanında yerləşən mənzilə dair texniki pasporta əsasən görünür ki, mənzil üzrə hüquq subyekti Cavabdeh2dur. Mənzil 5ci mərtəbədə yerləşir. 3 otaqdan ibarətdir. Ümumi sahəsi 131,8 kv.metrdir. Yaşayış sahəsi 72 kv.metr kimi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında göstərilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava küçəsi, 88 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 adına verilmiş 23.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 19.04.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 1 -ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.m olan, 3 otaqlı, 17 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının Cavabdeh1 MMC-nin rəhbərliyinə həvalə edilməsi, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh1 MMC-nin qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2(004)-581/2019 saylı əlavə qətnaməsi ilə Cavabdeh1 MMC ilə X3 arasında bağlanmış 11.04.2008-ci tarixli 17 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(103)-319/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnamələri əsaslı hesab olunmuş, şikayət təmin olunmamış və qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.10.2020-ci il tarixli, 2(102)-4171/2020 saylı qərarı ilə şikayət təmin olunmamış və Bakı Apelyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(103)-319/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarları iş üzrə preyudisial əhəmiyyət daşıyır. Qeyd olunan qərarlar artıq qanuni qüvvəsini almışdır. Eyni zamanda qeyd edilir ki, 19.04.2019-cu il tarixli, 2(004)-581/2019 saylı əlavə qətnaməsi ilə Cavabdeh1 MMC ilə X2 arasında bağlanmış 11.04.2008-ci tarixli 17 saylı müqavilə etibarsız hesab olunduğundan, hazırda çıxarışın ləğv edilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil hazırda cavabdehin mülkiyyətindədir, iddiaçı həmin mənzili cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava küçəsi, 88 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 adına verilmiş 23.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava küçəsi, 88 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 adına verilmiş 23.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar