Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4221/2020 20.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 və Probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsi” haqqında iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 və Probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsi” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru cənab Samir Əsgərovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icraata başlamaq haqqında qərarın ona təqdim edilməsinə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-2031/2018 saylı qətnaməsinin icra olunması məqsədilə İcra haqqında Qanunun müvafiq müddəlarına uyğun olaraq borclunun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi (əmlakının və gəlirlərinin olubolmamasının müəyyən edilməsi, ölkədən giriş-çıxışına məhdudiyyətin qoyulması, inzibati və cinayət məsuliyyətlərinə cəlb olunmasına dair məhkəməyə təqdimatlar verilməsi) və qətnamənin dərhal icra olunması, yəni 1809 manat aliment borcunun və alimentin gecikdirilməsinə görə indeksasiyası və əlavə faiz və dəbbə pulu olaraq 600 manat pulun, ümumilikdə 2409 manat aliment borcun məcburi qaydada birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edəsiniz. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göründüyü kimi, iddiaçı X1 və Probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsi” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Rrespublikası Konstitusiya Məhkəməsinin 04.04.12 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair qərarından da görünür ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati məhkəmə kimi başa düşülməlidir. Beləliklə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsi hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmə baxılmasına yol verilmir. Məhkəmə qeyd edir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərinin tənzimləyir: xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəsdilər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra Hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüququ şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh X1 və Probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsi” haqqında iddia ərizəsinə ümumi məhkəmədə deyil, cavabdeh inzibati orqan olduğu üçün iddiaçının tələbinə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Yuxarıda göstərilənləri və MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X1 və Probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4221/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4221/2020
20.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver