Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4228/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçılar Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar sahiblik hüququnun verilməsi ilə bağlı əmlakın kompensasiya məbləğinin qanuna müvafiq müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq Müəyyən etdi: İddiaçılar Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar sahiblik hüququnun verilməsi ilə bağlı əmlakın kompensasiya məbləğinin qanuna müvafiq müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə İddiaçılar Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı inzibati orqanı cavabdeh qismində cəlb edərək inzibati akt qəbul etmədən orqanın müəyyən hərəkətləri etməyə məcbur edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən məsələlərə ümumi məhkəmədə, iddia icraatı qaydasında baxılmır. İddia tələbinin işə məhkəmədə baxılmalı olmaması səbəbindən qəbul olunmasından imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, inzibati orqanların hərəkət və hərəkətsizliklərindən inzibati qaydada Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ümumi məhkəmədə baxılmalı olmadığından iddiaçılar Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar sahiblik hüququnun verilməsi ilə bağlı əmlakın kompensasiya məbləğinin qanuna müvafiq müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya aidiyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4228/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4228/2020
21.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver