Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4231/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh Mİşəli qızından ona dəyən maddi və mənəvi ziyanın əvəzi olaraq 3000 manat məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh Mİşəli qızından İddiaçı ailəsinə məxsus 18-ci əsrdən qalmış əntiq əşyaların (şamdan, alışqan) geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qızı xx.xx.2020-ci il etiraz ərizəsi verərək İddiaçı iddiasının tam əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, 2016-cı ilin sentyabr ayının ortalarında uzun illər tanıdığı - qızıl və brilliant alverçisi Cavabdeh tərəfindən ümumi köhnə tanışı X1 faizə pul verməyi xahiş etdi. Bu işləri Nərgiz xanım hər dəfə onun vasitəsi ilə edirdi. Bu dəfə də işi onun vasitəsi ilə həyata keçirməyi və notariat qaydasında olmasını ondan xahiş etdi. Onlar xx xxxxxxx 2016-cı ildə Nəsimi rayonu 5-ci MKR 20 yanvar küçəsində yerləşən "43" saylı notariat kontoruna gəldilər. Kontora daxil oldular. Nərgiz xanım tərəflərin fotoşəklini çəkildiyini gördükdə, onu küçəyə çıxarıb, 3000 (üç min) ABŞ dollarını ona uzadıb - özün həll et dedi. O da notariat qaydada həmin 3000 (üç min) ABŞ dollarını X3 verdi. Hər birinə borc müqaviləsinin təsdiq edilmiş sənədləri verildi. Küçəyə çıxan kimi Nərgiz xanım ona aid olan sənədi, yəni borc müqaviləsini ondan aldı. X4 bir neçə ay pulun faizini və bir hissəsini geri qaytardı, lakin bir müddət keçdikdən sonra çətin bir problemlə rastlaşdığından pulu və faizini verə bilmədi. Cavabdeh - Nəcəfov Samiddən pulunu ala bilmədiyini başa düşüb - ona hücum elədi və vasitəçi olduğu bu işə görə ona ittiham və təzyiqlər etməyə başladı. Güya 2018-ci ilin əvvəllərində (ay və tarix göstərilmir) təmir adı altında ona 3000 (üç min) ABŞ dolları verib. Heç bir şahidi və sübutu olmadan. O, isə 2018-ci ilin əvvəllərində xidməti jurnalist peşəsi ilə bağlı olaraq Respublikanın ayrı-ayrı şəhərlərində və regionlarında ezamiyyətdə olmuşdur. Heç o vaxtlar özü də Azərbaycanda olmayıb. Nərgiz xanımın övladları ABŞ-da yaşadığı üçün tez-tez oralara səfər edir. Nərgiz xanımdan pulun 2018-ci ilin hansı ayı və tarixində verilməsini soruşanda yadından çıxdığını deyir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir, sənədləri təqdim edir və qeyd edir ki, o cavabdehi 25 ildir ki, tanıyır. Yaxın olmuşlar. 2005ci ildə ona dedilər ki, onun xəstəliyi var. Ev çox pis vəziyyətdə idi. Dedi evini təmir etdirsin, birdən ona nəsə olsa evi bu vəziyyətdə olmasın. İddiaçı dedi ki, onun ustaları var. Razı oldu ona 3100 ABŞ dollar pul verdi, özü müalicəyə getdi. Qayıdıb gələndə gördü ki, ev pis vəziyyətdədir. İddiaçını çağırdı soruşdu. Dedi ki, başına iş gəlib, pulunu qaytaracaq. Neçə müddət belə davam etdi. Sonra dedi ki, maşını satıb pulunu verəcək. Pulu vermədi, o da onun iş yerinə dəfələrlə getmişdir. Sonra ona dedi ki, bir həftəyə bir nəfərdən pul alacaq, gələr onun pulunu verəcək. Bir neçə ay keçəndən sonra ona zəng gəldi ki, polisdi o iddiaçını təhqir edib, dedi o heçnə etməyib, nə lazımdısa rəsmi formada etsin. Bu söhbətdən səs çıxmadı. İddiaçı hər dəfə deyirdi ki, pulunu verəcək. Polisə də vermişdi. Polis də deyirdi ki, bilir iddiaçı onun pulunu götürüb, ancaq vermir. Bir dəfə iddiaçı onunla razılığa gəldi, pul əvəzinə mağazadan 1200 manata soyuducu götürdü. Onun 200 manatını o, verdi. Qalan pulu o, hissə-hissə ödəməli idi. Sonra onları 27-ci polis bölməsinə çağırdılar. İddiaçı orada ona dedi ki, 1700 manat verir, mübahisəni bağlasın. Cavabdeh razı olmadı, orada da münaqişə düşdü, pulu götürmədi oradan çıxdı. Sonra iddiaçı prokurorluğa şikayət etdi, orada da Hacıağa dedi ki, etiraf edir ki, pulu götürüb ancaq qaytara bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Nəsimi Seyidzadə və Cavabdeh tərəfindən imzalanan qəbzdən müəyyən olunur ki, ünvan 1 saylı ünvanda yaşayan Cavabdeh İddiaçı təmir üçün verdiyi 3100 ABŞ dolları puldan 500 manat pulu aldı. Tələb odur ki, iddiaçı cavabdehdən əntiq əşyalarını, maddi və mənəvi zərərə görə 3000 manat məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Çünki, iddiaçı tələb etdiyi əşyalarının əntiq olmasına, ümumiyyətlə əşyaların cavabdehin qanunsuz sahibliyində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ailəsinə məxsus 18-ci əsrdən qalmış əntiq əşyaların (şamdan, alışqan) geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ailəsinə məxsus 18-ci əsrdən qalmış əntiq əşyaların (şamdan, alışqan) geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4231/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4231/2020
05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver