Məhkəmə qərarları › İş №2(004)-4245/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4245/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4245/2021 02.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Rio” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cavabdeh 5000 manat pul vəsaiti və 30,40 manat məbləğində dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Alakhverdiev Araz izahat verərək bildirmişdir ki, Cavabdeh 20.12.2019-cu il tarixdə idarə etdiyi “Misubishi Pajero” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Kia Rio” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Nəsimi rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta əsasən “Kia Rio” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat ziyan dəymişdir. 24 fevral 2020-ci il tarixli, PAT********** saylı sığorta Müqaviləsinin 125125 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 5000 manat sığorta ödənişini həyata keçirmişdir. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 izahat verərək əvvəlki məhkəmə iclasında iştirak etmiş nümayəndənin izahatını təsdiq etdiyini bildirir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan ******* nömrəli, 20.12.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh 20.12.2019-cu il tarixdə “Mitsubishi Pajero” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsini idarə edərkən Nəsimi rayonu ərazisində İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 18.01.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan 01.06.2021-ci il tarixli, 082046 №-li sığorta aktına əsasən 20.12.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 5000 manat təşkil edir. İş materiallarında olan AB serilalı, 182516 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Mitsubishi Pajero” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. İş materiallarında olan 29.07.2017-ci il tarixli etibarnamənin surətinə əsasən X7 tərəfindən “Mitsubishi Pajero” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması üçün 08.01.2013-cü il tarixdən 08.01.2023-cü il tarixədək Cavabdeh səlahiyyət verilmişdir. İş materiallarında olan Nəsimi Rayon Polis Şöbəsi tərəfindən verilmiş 27.12.2019-cu il tarixli arayışa əsasən əsasən “Mitsubishi Pajero” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olsa da 20.12.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən etibarnamə ilə idarə edilmişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarında olan sığorta müqavilənin mövcudluğunun yoxlanılması barədə çıxarışa əsasən “Mitsubishi Pajero” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil 20.12.2019-cu il tarixə İddiaçı Sığorta Şirkəti ASC ilə icbari sığorta müqaviləsi mövcud olmuşdır. İş materiallarında olan VÖEN-i “**********” olan X5 20.02.2020-ci il tarixli qüsur aktından müəyyən edilir ki, 2006-cı il buraxılışlı, “Kia Rio” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 5000 manat tələb olunur. İş materiallarında olan 26.02.2020-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X5 hesabına 5000 manat ödənilmişdir. İş materiallarında olan 19.10.2021-ci il tarixli, 9/5957 saylı ekspert rəyinə əsasən, “**********” VÖEN-in 20.02.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı, “Kia Rio” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin qiyməti hadisə baş verən tarixə təxminən 3865 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “Mitsubishi Pajero” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olsa da Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində X4 mülkiyyətində olan “Kia Rio” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir xərcləri üçün sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 5000 manat X8 ödənilmişdir. Ekspertin rəyinə əsasən hadisə nəticəsində “Kia Rio” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3865 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iş materialların əlavə edilmiş sübutları və ekspert rəyini nəzərə alaraq qeyd edir ki, vurulmuş zərər, yəni təmir-bərpa işlərinin əvəzi olan 3865 manat məbləğində pul subraqasiya qaydasında Cavabdeh tutulmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, 3865 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3865 (üç min səkkiz yüz altmış beş) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə əmtəəşünasliq ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar