Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4263/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı X1 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qərarın qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdehnə qarşı “qərarın qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın Rayon Məhkəməsinin 2(047)-225/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun icraatın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv olunmasının Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hakim iddia ərizəsini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməli və iddiaçıya icra məmurunun hərəkətlərindən qətnamənin icrası qaydasında mübahisələndirmək hüququnun olması izah edilməlidir. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Hakim Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyi və qanunvericilik aktlarının tələblərini əsas tutaraq qeyd, məhkəmə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirən orqandır və bu səbəbdən icra məmurunun qəbul etdiyi qərarların “İcra haqqında” AR Qanunun tələblərinə uyğun olub-olmamasını yoxlamaq məhz məhkəmənin səlahiyyətindədir. Lakin hakim qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması məsələyə, eyni zamanda icra prosesi zamanı icra məmurunun hərəkət və hərəkətsizlikliyi ilə bağlı şikayətə qətnamənin icrası qaydasında baxılır. Yəni həmin məsələyə AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır. Hazırki iddiada iddiaçı icra məmuru tərəfindən qəbul edilmiş qərarın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izah edir ki, icra məmurunun icra sənədinin icrası ilə bağlı qərarının ləğv edilməsi barədə işlərə iddia icraatı qaydasında baxılmasına yol verilmir. Həmin mübahisə mülki işin davamı olaraq qətnamənin icrası qaydasında icra məmurunun üzərinə müəyyən vəzifəsinin qoyulması barədə qərardad qəbul edilməsi ilə yolu həll oluna bilər. Beləliklə hakim hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərinin mübahisələndirilməsi iddia icraatı qaydasında yol verilmədiyindən, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Hakim izah edir ki, iddiaçı icra məmurunun qərarından qətnamənin icrası qaydasında şikayətlə ümumi məhkəməyə müraciət etmək yolu ilə mübahisələndirə bilər. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qərarın qanunsuz hesab edilməsi” tələbinə dair iddiaərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya icra sənədinin icra olunmaması ilə əlaqədar icra məmurunun hərəkətlərindən, yaxud hərəkətsizliyindən qətnamənin icrası qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4263/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4263/2020
21.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver