Məhkəmə qərarları › İş №2(004)-4270/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4270/2025

29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4270/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Sonduk (Ağayeva) Zərifə Nüsrət qızına, Cavabdeh9, Cavabdeh10, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı “paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Sonduk (Ağayeva) Zərifə Nüsrət qızına, Cavabdeh9, Cavabdeh10, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı “paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 141 saylı 163.1 kv.m fərdi yaşayış evinin paylı mülkiyyətçilərin paylarına mütənasib olaraq naturada bölünməsi və ya bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin İddiaçı və cavabdehlərin paylarına uyğun şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:15-ə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsinə etiraz etməmişlər. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Sonduk (Ağayeva) Zərifə Nüsrət qızına, Cavabdeh9, Cavabdeh10, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı “paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar