Məhkəmə qərarları › İş №2(004)-4294/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4294/2024

16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4294/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2rşı "cavabdeh tərəfindən verilmiş və tələf olmuş 2 (iki) baş iribuynuzlu heyvanların (inək) yenisi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2rşı "cavabdeh tərəfindən verilmiş və tələf olmuş 2 (iki) baş iribuynuzlu heyvanların (inək) yenisi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 arasında “Özünəməşğulluğa kömək göstərilməsi” proqramı əsasında bağlanmış 2022/ÖM/11359 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında iddiaçıya 3 baş iribuynuzlu heyvan (inək) verilmişdir. Həmin heyvanlardan biri xəstəlik nəticəsində xx.xx.2022-ci il tarixdə, digəri isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. Sözügedən faktlar üzrə müvafiq bayrat tərəfindən müayinə aparılmış və tərtib edilmiş müayinə aktlarına əsasən müəyyən edilir ki, heyvanlar əvvəldən mövcud olmuş xəstəlik nəticəsində ölmüşlər. Digər inəyin isə qısır olması müəyyən olmuşdur. Ölmüş 2 (iki) inəyin yenisi ilə əvəz olunması tələb edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına tərəflər arasında bağlanmış “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 2022/ÖM/11359 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əlavə edilmişdir. İş materiallarına İribuynuzlu heyvanların saxlanılması, istifadəsi, yetişdirilməsi və yemləndirilməsi dair təlimat əlavə edilmişdir (təlimatı müqavilə tərəfləri imzalanmışlar). İş materiallarına heyvanların təhvil-təsliminə dair akt və videogörüntülər əlavə edilmiş CD əlavə edilmişdir. İş materiallarına baytar Elvin Hüseynzadə və digər şəxslərin iştirakı ilə tərtib edilmiş akt və müvafiq heyvanlara dair tərtib edilmiş yarma aktları əlavə edilmişdir. İş materiallarına müvafiq heyvanların əldə edilmə mənbəyinə dair müvafiq sənədlər əlavə edilmişdir (məhkəmə qərardadının icrası ilə əlaqədar). Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin hüquqi əsası qismində tərəflər arasında bağlanmış “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 2022/ÖM/11359 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə və MM-in 385-ci maddəsi çıxış edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mübahisənin müqavilə öhdəliklərinə əsaslanması xüsusatı nəzərə alınmaqla məhkəmə hesab edir ki, mübahisə inzibati hüquq münasibəti deyil, mülki hüquq münasibəti kimi qiymətləndirilir. Deməli, mülki işin məhkəmə aidiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. İş materiallarının təhlili nəticəsində müəyyən edilir ki, sözügedən heyvanlar dövlətin sosial siyasətinin təzahürü olaraq əvəzsiz qaydada iddiaçıya verilmişdir. CD disk və iddiaçının özünün bildirməsinə əsasən (mülki işin mübahisəsiz halıdır) heyvanlar təhvil verilərkən fiziki baxımdan, vizual olaraq tam sağlam olmuşlar. Lakin, təhvil verildikdən təxminən 1 ay ərzində ölmüşlər. Yəni, hazırki iddia tələbi üzrə sırf hüquqi baxımdan cavabdehin təqsiri, xəstə heyvanları təhvil verməsi sübuta yetirilmir. Lakin, məhkəmə cavabdeh dövlət orqanına izah edir ki, faktiki baxımdan bir sıra qüsurların mövcud olmasının ciddi ehtimalı nəzərə alınmaqla maksimum çalışılmaqla dövlətin sosial siyasətinin effektiv nəticələrə səbəb olması qarşıya qoyulan əsas məqsəddir. Yeni, heyvanlar formal olaraq, statistika xatirinə deyil, məhz sosial siyasəyin effektiv təşkil edilməsinə və nəticələrin əldə edilməsinə yönəlməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2rşı "cavabdeh tərəfindən verilmiş və tələf olmuş 2 (iki) baş iribuynuzlu heyvanların (inək) yenisi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar