Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4305/2023 01.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddiaçı Cavabdeh iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanından çıxarılması və mənzilin boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmçinin, qanuni qüvvəyə minmiş digər məhkəmə qətnaməsinə əsasən yuxarıda qeyd olunan qətnamə icra olunana kimi Cavabdeh xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanından istifadəyə görə mənzilin sahibinə xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay kirayə haqqının cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. ünvan 1 ünvanında aparılmış təmir işləri ilə əlaqədar olaraq İddiaçı tərəfindən 14135,50 manat xərc çəkilmişdir. Nəticədə, mənzilin mülkiyyətçisi Cavabdeh əsassız olaraq varlanmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələrinin icra olunmaması və İddiaçı əsassız iddiaları, qanunsuz hərəkətləri nəticəsində Cavabdeh 700 manat mənəvi zərər vurulmuşdur. Göstərilənlər nəzərə alınaraq qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş edilir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iştirak edərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Nümayəndə məhkəməyə ərizə verərək ilkin iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına tərəflər arasında əvvəllər olmuş mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1771/2023 nömrəli qərarı əlavə edilmişdir (qərar iş materiallarında olduğundan və qərardaki faktiki və hüquqi hallar geniş olduğundan məhkəmə qərarın detallarına toxunmağı zəruri hesab etmir). Sözügedən qərara əsasən, ilkin iddia üzrə yuxarıda qeyd olunan əsaslandırmada göstərilən hüquqi və faktiki halların doğru qeyd olunması müəyyən olunur. İş materiallarında olan qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına çəkilmiş xərc 14135,5 manat təşkil edir. Sözügedən rəyə əsasən müəyyən olunur ki, təmir işlərinin məbləği cari xərclərdən (sement, qum, qapı, kafel, lambrin, duş, unitaz, krant, su qızdırıcı, emusiya, mətbəx boruları, elektrik işi, əlcək, verdə, şpavlovka, şpavlovka şotkası, oboy kleyi, lepka və s. bu kimi) ibarətdir. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 1690 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, vəkil Nümayəndə ilə vətəndaş Cavabdeh hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağlanmış və xidmət haqqı 170 (yüz yetmiş) manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hüquqi xidmətin göstərilməsinə görə 170 (yüz yetmiş) manat ödəniş həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İlkin iddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə isə qeyd oluan heç bir şərt ödənilmir. Belə ki, müəyyən edilir ki, Şuşa şəhərindən olan məcburi köçkün ilkin iddia üzrə İddiaçı və ailə üzvləri ilkin iddia üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında məskunlaşmışlar və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq indiyə qədər həmin mənzildən çıxmamışlar. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh mülkiyyət hüquqlarını pozur və sonuncunu mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edir. Uzun illərdir ki, ilkin iddia üzrə İddiaçı sözügedən mənzildə yaşayır və ondan qanunsuz olaraq istifadə edir. İddiaçı əgər həmin mənzildə yaşayırsa cari xərcləri çəkməklə xırda təmir işlərini görməklə mülkiyyətçini varlandırmır, əksinə mənzildən öz istifadəsi məqsədilə özünü varlandırır və təmirin nəticəsindən özü və ailəsi istifadə etməklə yararlanır. Belə ki, təmir üzrə “varlanan” da, təmirə pulu xərcləyən də İddiaçı özüdür. Deməli, İddiaçı özü-özünü varlandırıbsa, hüquqi əsası da elə özüdür, öz puludur. Yəni, hüquqi əsas olmadan və ya aradan qalxmış hüquqi əsasa görə varlanma halı aşkar olunmur. Nəticədə, əsassız varlanma hüquq institutu üzrə dispozitiv şərtlərin heç biri ilkin tələb üzrə yerinə yetirilmir. Nəzərə almaq lazımdır ki, İddiaçı mübahisə predmeti olan mənzilə münasibətdə mülki qanunvericiliyin (MM-in 157-ci maddəsi) tələbləri baxımından “vicdanlı sahib” statusu yoxdur. Məhkəmə qeyd edir ki, əgər, mənzilə xüsusilə əsaslı xərclər qoyulardısa və ya mənzilin bazar dəyərinin xüsusilə artmasına səbəb olan əhəmiyyətli işlər görülərdisə, bu halda Cavabdeh əsassız olaraq varlanması xüsusatına bəlkə diqqət yetirmək olardı. Həmçinin iddia ərizəsi üzrə iddiada qeyd olunan işlərin görülməsi tarixi dəqiq olaraq müəyyən edilmədiyindən məhkəmə əsassız varlanma üzrə 2 illik iddia müddətinin (KMPnin hüquqi mövqeyinə əsasən həmin müddət kəsici müddət deyildir) tətbiq edilməsini, iddia müddətinin axımının başlanma tarixinin müəyyən edilməsini aşkar edə bilmir (baxmayaraq ki, ilkin iddiaçı iddia tələbinin faktiki hallarını qeyd etməklə əsaslandırmalı idi). “Prosessual qənaət” prinsipi əsas götürülməklə məhkəmə ilkin iddia üzrə məbləğin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, ekspertiza rəyinin məhkəmənin tələb üzrə gələcəyi hüquqi nəticəyə müvafiq olaraq hər hansı əhəmiyyəti olmuyacaqdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi iddia müddətinin tətbiq edilməsi əsası ilə deyil, elə məhz əsassızlığı əsası ilə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Qarşılıqlı iddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Araşdırma zamanı müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi də nəzərə alınmaqla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh mülkiyyət hüquqlarını pozaraq hüquqa (mülkiyyət), qanuna və dövlətin adından qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktına etinasız yanaşır. Mülki iş üzrə preyudisial əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1771/2023 nömrəli qərarına əsasən müəyyən edilir ki, İddiaçı gəlirləri və maddi vəziyyəti normal səviyyədədir. Buna baxmayaraq, mülkiyyətçi Cavabdeh kirayədə yaşayır. Bununla da, Cavabdeh uzun illərdir ki, İddiaçı təqsirli hərəkətlərinin nəticəsində mənəvi zərərə (maddi zərərin kompensasiyası məhkəmə qətnaməsi əsasında qismən də olsa təmin edilib) məruz qalır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1096-cı maddəsinin tələblərinə əsasən, delikt hüquq institunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə ki, hər 3 (üç) dispozitiv şərt qarşılıqlı iddia üzrə öz təsdiqini tapır. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən, dövlət qaçqınların və ya məcburi köçkünlərin mənzil şəraitini digər vətəndaşların mülkiyyət hüquqlarının pozulması və ya mülkiyyətlərindən məhrum edilməsi hesabına yaxşılaşdıra bilməz. Bu yaxşılaşdırma həyata keçirilərsə, dövlətin öz hesabına həyata keçirilməklə digər subyektlərinin hüquqlarının pozulması ilə nəticələnməməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Lakin, məhkəmə ağlabatanlıq və proporsionallıq prinsiplərini rəhbər tutaraq mənəvi zərərin 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, qarşılıqlı iddia üzrə mənəvi zərərin yaranmasına səbəb olan halların Cavabdeh dərin, sağalmaz izlər buraxması ağlabatan hesab edilmir. Məhkəmə, mənəvi zərər üzrə zərərin həcmini müəyyən edərkən mübahisənin faktiki hallarını diqqətdə saxlamalıdır. Məhkəmə qeyd edir ki, kompensasiya institutunun mahiyyəti zərərçəkmiş subyekti varlandırmaq deyil, vurulmuş zərəri tamamilə və ya böyük hissədə aradan qaldırmaqdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia tələbi üzrə ilkin iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ödənilmiş 170 (yüz yetmiş) manat hüquqi xidmətin göstərilməsinə görə xərclər qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli və ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia tələbi üzrə İddiaçı aid edilməlidir. Qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul, qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 170 (yüz yetmiş) manat hüquqi xidmətin göstərilməsinə görə xərc tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia tələbi üzrə İddiaçı aid edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul, qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 170 (yüz yetmiş) manat hüquqi xidmətin göstərilməsinə görə xərc tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4305/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4305/2023
01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver