Məhkəmə qərarları › İş №2(004)-431/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-431/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-431/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbini dəqqiqləşdirmiş, texniki nöqsanlara aradan qaldırmışdır. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçı və cavabdehlərin paylı mülkiyyətindədir. Sözügedən əmlak faktiki olaraq naturada ayrılmışdır. Göstərilənlər nəzərə alınmaqla əmlakın hüquqi baxımdan naturada ayrılması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327.10 kv.m. olan fərdi yaşayış evi İddiaçı, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətindədir (müvafiq paylar çıxarışda qeyd edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3747 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı payının “C” literli tikilinin naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3747 nömrəli rəyini əsaslı hesab edir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyini əsas götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş xüsusatlar əsas götürülməklə məhkəmə nəzərə alır ki, sözügedən daşınmaz əmlak paylı mülkiyyətçi qismində iddiaçının payına münasibətdə faktiki olaraq ayrılmışdır. Hazırki iddia tələbi ilə faktiki ayrılmanın leqallaşdırılması xarakteri daşıyır. Əmlakın naturada ayrılması yolu ilə mülkiyətçilərin mülkiyyət hüquqlarının operativ təminatı təşkil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə xərcinin tərəf(lər)dən tutulması mülki prosessual qanunvericiliyin imperativ (məcburi) tələbidir. Məhkəmənin həmin hissədə alternativ hərəkət etmək imkanı qanunla məhdudlaşdırılmışdır. Dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 1/8 hissədə mülkiyyətçisi olduğu payı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən “C” literli tikilinin naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq bölünməlidir. Bunun üçün, həmin yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı 1/8 hissədə mülkiyyətçisi olduğu payı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən “C” literli tikilinin naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq bölünsün. Bunun üçün, həmin yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanılsın. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar