Məhkəmə qərarları › İş №2(004)-4313/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4313/2021

09.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4313/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X1 oğlunun katibliyi ilə İddiaçı Fərrux oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə mülkiyyət (sahiblik və istifadə) hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Fərux oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli, 125 N-li Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilmiş 51,2 kv.m hissəsinin naturada ayrılması və qeyriyaşayış sahəsinin qalan hissəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə verilməsi, habelə 13.12.2013-cü il tarixli texniki pasportun, qeyri-yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilmiş hissəsi – 51,2 kv.m istisna olmaqla, qeyri-yaşayış sahəsinin qalan hissəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin sonradan iddiaçı əlavə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh3 əlavə cavabdeh qismində cəlb edərək iddia ərizəsində göstərilənlərə əlavə olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli, 125 N-li sərəncamı ilə İddiaçı verilmiş ünvan 1 ünvanda yerləşən 120 kv.m ölçüdə qeyriyaşayış sahəsinin cavabdehlərin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsinin naturada ayrılması və qeyri-yaşayış sahəsinin qalan hissəsindən cavabdehlərin çıxarılması, mübahisəli qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə verilməsi, Cavabdeh2 adına verilmiş DƏDRX-nın ******* nömrəli, 22.02.2014-cü il tarixli, ******* nömrəli, 11.06.2014-cü il tarixli çıxarışların, habelə Cavabdeh1 adına verilmiş 12.02.2020-ci il tarixli çıxarış, cavabdehlər Cavabdeh1 Fərux oğlu və Cavabdeh3 arasında bağlanılmış 03.06.2021-ci li tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 13.12.2013-cü il tarixli texniki pasportun qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilmiş hissəsi – 51.2 kv.m istisna olmaqla, qeyri-yaşayış sahəsinin qalaq hissəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 cavabdehlər sırasından çıxararaq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli, 125 N-li Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, Cavabdeh3 adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsi boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli 125 N-li Sərəncamı ilə müəyyən edilir ki, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri-yaşayış sahələri İddiaçıov Fərux oğlu tərəfindən tikilmiş və hazırda avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə edilir. Qeyd edilən Sərəncama əsasən Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri-yaşayış sahələrinin iddiaçıya məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması təsdiq edilmiş, habelə qeyri-yaşayış sahəsinin ərazisinin və ətrafın sanitar vəziyyətinin qorunması iddiaçıya tapşırılmışdır. Azon zavodunun nəqliyyat sahəsində iddiaçı tərəfindən tikilmiş qeyri-yaşayış sahəsindən bir hissəsi (51,2 kv.m) əvvəlcə cavabdehin oğlu Cavabdeh2, sonradan isə həmin hissə Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının doğma qardaşıdır. Qeyri-yaşayış sahəsinin qalan hissəsinə Sərəncam əsasında iddiaçının hüququ qalmaqda davam edir. Qeyri-yaşayış sahəsi bütövlükdə iddiaçının vəsaiti hesabına inşa olunmuş, yalnız bir hissəsi formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh heç bir vaxt qeyriyaşayış sahəsinə heç bir vəsait sərf etməmişdir. Bundan sonra Cavabdeh1 qeyri-yaşayış sahəsindən bir hissəsini (51,2 kv.m) Cavabdeh3 satmışdır. Cavabdehlər iddiaçıya qeyriyaşayış sahəsinin ona məxsus hissəsindən istifadə etməyə maneələr yaradır, onun əmlak hüquqlarını pozurlar. Bu səbəbdən iddiaçı hesab edir ki, qeyri-yaşayış sahəsinin özgəninikiləşdirilməyən hissəsinin naturada ayrılmasına zərurət yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 17.02.2005-ci il tarixli Sərəncamının kserosurətindən görünür ki, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış 28.03.2005-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Azon” zavodunun rəhbərliyi zavoda məxsus nəqliyyat sahəsində uzun illər bundan qabaq əməkdaşı İddiaçı Fərrux oğlu tərəfindən öz vəsaiti hesabına 876 kv.m. torpaq sahəsində 120 kv.m. qeyri-yaşayış sahəsinin tikildiyini və zavoda gələcəkdə lazım olmamağını nəzərə alaraq həmin sahənin İddiaçı Fərrux oğlunun adına rəsmiləşdirilməsinə heç bir etirazı olmadığı göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10.09.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış binası icarəyə verilmiş əmlakın 5201 saylı 20.12.2013-cü il tarixli alqısatqı müqaviləsinə əsasən 22.02.2014-cü il tarixdə, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0,1083 ha torpaq sahəsi (vahid əmlak) özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 4958 nömrəli 02.05.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Cavabdeh2 18 saylı DNK-nın 4Ə/40 reyestr nömrəli 11.02.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən daşınmaz əmlakı özgəninkiləşdirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22.02.2014-cü il tarixli çıxarışın kserosurətinə əsasən ünvan 2 ünvanında yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.02.2020-ci il tarixli çıxarışın kserosurətinə əsasən ünvan 2 ünvanında yerləşən 51,20 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş 03.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 həmin vahid əmlakı (qeyriyaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsini) Cavabdeh3 satmışdır. İİddiaçı irəli sürülmüş tələblərin əsaslığı ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli sərəncamını və “Azon” zavodunun 08.03.2005-ci il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktub qeyri-yaşayış sahəsinin İddiaçı faktiki istifadəsində olmasını təsdiq edir. Lakin bu sənədlər iddiaçının icarə əsasında həmin sahənin onun istifadəsində olmasını təsdiq etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalıdır və qeydiyyata alınmış hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci madədsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçının nə torpaq sahəsi, nə də ki qeyri-yaşayış sahəsi üzərində hər hansı hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bundan əlavə iddiaçı onun bu iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən sübut kimi təqdim etdiyi sərəncamın hal-hazırda qüvvədə olmasına dair də məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən sübutları – hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar