Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-433/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Abşeron Rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC, Cavabdeh3 ASC-yə qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında digər cavabdeh olan hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən iddiaçıya məxsus daşınmaz əmlakın Cavabdeh3 ASC-yə satılması barədə 27 oktyabr 2021-ci il tarixli 463/21 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-189/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən iddiaçı Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19 may 2015-ci il tarixli 02 saylı Kredit müqaviləsinə və müqaviləyə 05.08.2016-cı il tarixində edilmiş 01 saylı Əlavəyə əsasən 1.100.000 ABŞ dolları məbləğində kredit borcu, 121.159,65 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1.221.159.65 ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla, 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması, tutulacaq məbləğin Abşeron rayonu Saray qəsəbəsində iddiaçının mülkiyyətində olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047.0 kv.m olan əmlak kompleksi kimi müəssisəyə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047.0 kv.m olan əmlak kompleksi kimi müəssisə torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 3.000.000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi, Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətdə olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047.0 kv.m olan əmlak kompleksi kimi müəssisəyə torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı və X1 tərəfindən boşaldılıb iddiaçı Cavabdeh3 ASC-yə təhvil verilməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş vermişdir. "xxxx" MMC hərracın keçirilməsini özünün 17 sentyabr 2021-ci il tarixli 463/21 saylı məktubu ilə 07 oktyabr 2021-ci il tarixə, təkrar hərracı isə 08 oktyabr 2021-ci il tarixli 463-21 saylı məktubu ilə 25 oktyabr 2021-ci il tarixə keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə vermiş olduğu konstitusiya şikayəti Məhkəmənin icratına qəbul olunmuş və Konstitusiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 17/11 -Ə-17 saylı məktubu ilə şikayətinin Konstitusiya Məhkəməsinin icraatında olmasını təsdiq edən məktub vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli məktubunu əsas götürərək iddiaçı Cavabdeh1nə və "xxxx" MMC-yə icra sənədi üzrə icraatın dayandırılması və buna müvafiq olaraq hərracın keçirilməməsi ilə bağlı müraciət etsə də, sonuncu təşkilatlar bu müraciətlərinə məhəl qoymayaraq nəyin bahasına olursa olsun qanunsuz qəbul edilmiş məhkəmə qətnaməsini təcili olaraq icra etmək üçün saxta təkrar hərrac keçirmiş və daha sonra isə, yəni 27 oktyabr 2021-ci il tarixdə cavabdeh Abşeron rayon icra və probasiya şöbəsinin sifarişi əsasında digər cavabdeh olan hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən iddiaçıya məxsus daşıınmaz əmlakın dəyərindən qatqat aşağı qiymətə Cavabdeh3 ASC-yə satılması barədə 463/21 saylı protokol tərtib edilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu 17.1.8-ci maddəsinin tələbinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi qaydada dayandırılmalı idi. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2-ci maddələrinə və eləcə də, “İpoteka haqqında” Qanunun 42.3, 46.1-ci maddələrinə əsasən qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə ipoteka qoyana bir şans (üstünlük) verir. “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Lakin hərracın təşkilatçısı "xxxx" MMC təkrar hərracın keçirilməsi ilə bağlı müəyyən etdiyi 25 oktyabr 2021-ci il tarixdən cəmi 2 gün sonra, ipoteka qoyan kimi təkrar hərracın baş tutmaması barədə iddiaçını məlumatlandırmadan, eləcə də, elan dərc etmədən əmlakının qanunsuz olaraq Bankın balansına keçirilməsi barədə 27 oktyabr 2021-ci il tarixli 463/21 saylı protokol tərtib etmişdir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (lazımi qaydada məlumatlandırmama) ipoteka qoyan kimi iddiaçıya qanunla verilmiş bu imkandan məhrum edərək, həmin normanı əhəmiyyətsiz etmişdir. Bundan başqa iddiaçıya məxsus yuxarıda qeyd olunan əmlak komplesinin hərracda 1 912 500,00 manata satılması ilə bağlı bildirmək istərdi ki, "xxxx" MMC-nin rəyi əsasında onun bazar qiyməti 4 000 000,00 AZN, likvid qiyməti 3 000 000,00 AZN qiymətləndirilsə də, həmin qiymətləndirmə 6 il 5 ay bundan əvvəl, yəni 13 may 2015-ci il tarixdə həyata keçirilmişdir. Həmin vaxtdan indiyə kimi manat 70 faizdək dəyərini itirmiş, yəni manatın ABŞ dollarla məzənnəsi 13 may 2015-ci il tarixdə 1.048 olduğu halda hazırki gündə isə 1.7000 olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda təkcə tikinti-inşaat materiallarının qiyməti yox, eyni zamanda fəhlələrin, ustaların, və.-sair. xidmətlərin haqqı, o cümlədən şəxsi mülkiyyətdə olan torpağın dəyəri də dəfələrlə artmışdır. İddiaçıya məxsus olan əmlak kompleksinin real qiyməti müvafiq ekspertiza keçirilməklə müəyyən olunmalı olmasına baxmayarq Bakı Hərrac Mərkəzi MMC tələsik əmlak kompleksini dəyər-dəyməzinə satmışdır. Yekun protokolda icra məmurunun və digər şəxslərin imzalarının olmaması onun mülkiyyətində olan əmlakın tez bir zamanda dəyərdəyməzinə satılmasını, əmlakının əlindən çıxarılmasını bir daha subut edir. Qeyd olunan məsələ həmçinin yekun protokolun etibarsızlığı üçün digər əsaslardan biridir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasında Cavabdeh3 ASC-in nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir kİ, hərrac qanunauyğun şəkildə keçirilmiş və hər hansı pozuntuya yol verilməmişdir. İddiaçı məhkəmədə süni iddia qaldıraraq icranın yubadılması məqsədini güdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə iddiaçı iddiasını icra sənədinin verilməsinə əsas olmuş mülki iş üzrə çıxarılmış məhkəmə aktından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verdiyi şikayətin həmin məhkəmənin icraatına qəbul olunması və bu barədə cavabdehlərə məlumat verməsi, lakin cavabdeh tərəfindən icra sənədi üzrə icraatın dayandırılmaması və əmlakın ilkin satış qiymətinin əmlakın hərrac keçirilən anda mövcud olmuş qiymətindən aşağı olması ilə əsaslandırmışdır. “İcra haqqında” Qanununun 17.1.8.-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İddiaçı iddia tələbələrini əsaslandırdığı birinci halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İkinci əsasla bağlı məhkəmə aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Qanununun 41.3.-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1.-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İddiaçıya məxsus ipoteka əmlakının qiyməti Suraxanı rayon Məhkəməsinin yuxarıda istinad edilən qətnaməsi ilə müəyyən edilmiş, həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq məhkəmə qərarları ilə - Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli 2(103)-6540/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti, sonuncunun qərarından isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(102)-2305/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Apelyasiya və kasassiya şikayətlərində ipoteka predmetinin Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiyməti mübahisələndirilməmişdir. Mülki Prosessual Məcəllənin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçıya məxsus ipoteka əmlakının hərraca çıxarılacaq ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və hazırkı mülki işdə mübahisələndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-433/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-433/2022
18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver