Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-434/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi X1 İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 26 saylı mənzildən həmin binada yerləşən 24 saylı mənzilinin tualet və hamam (sanuzel) hissəsinə mütəmadi olaraq su axıdılması nəticəsində ona vurulmuş 1500 manat məbləğində maddi ziyanın əvəzinin, mənəvi ziyana görə 500 manatın və ödənilmiş 40 manat dövlət rüsumunun, toplam 2000 manat məbləğin cavabdehdən tutulması, habelə cavabdehin üzərinə yaşadığı mənzili (su axan hissəsinin) təmir etdirmək vəzifəsinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, mənzilə su axması nəticəsində hamam otağı dağılmışdır. Başına yuxarıdan daşlar düşür. Hamam otağından istifadə edə bilmir, hər həftə çimmək üçün ümumi hamamlara gedir. Bu səbəbdən də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının evinə su onun mənzilindən axmamışdır. Bu səbəbdən də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Yasamal rayon 64 saylı MKİS-in mühəndisi A.Gözəlov, sahə nəzarətçisi N.Əsədov, fəhlə N.Mənsurov, Yasamal rayonu 26cı Polis Bölməsinin sahə müvəkkili polis mayoru G.Abdullayev tərəfindən tərtib edilmiş aktdan görünür ki, N.Nərimanov meydanı 5 saylı evin 24 saylı mənzilində yaşayan İddiaçı müraciət edərək evinə su sızdığını bildirmişdir. Yerində baxış keçirərkən məlum olmuşdur ki, həqiqətən də, Cavabdeh adlı vətəndaşın yaşadığı 26-cı saylı mənzilin sanitar qovşağından axan su nəticəsində 24 saylı mənzilin sanitar qovşağının tavan hissəsi qoparaq tökülmüş, otağın tavanı yeni təmir olunmasına baxmayaraq yararsız hala düşmüşdür. Nəticədə 24 saylı mənzilin sahibinə xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/13 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov meydanı 5 ünvanında yerləşən 26 saylı mənzildə baxış keçirilən zaman mənzilin su və kanalizasiya xətlərinin gizlin (divardaxili) olduğu, aşkarda olan hissələrində isə qüsurların olmadığı lakin, mülki iş materiallarından olan Yasamal rayon 64 saylı MKİSin mühəndisi A.Gözəlov, sahə nəzarətçisi N.Əsədov, fəhlə N.Mənsurov, Yasamal rayonu 26-cı Polis Bölməsinin sahə müvəkkili polis mayoru G.Abdullayev tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli Akta əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanda yerləşən 26 saylı mənzildən su axdığı müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu, Nərimanov meydanı 5 ünvanında yerləşən 24 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri 587.00 manat məbləğində müəyyən olunur. Yerli baxış protokolundan görünür ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin hamam otağının iddiaçının iş materiallarına əlavə etdiyi fotoşəkillərə uyğu olduğu müəyyən olunmuşdur. Yasamal rayonu, N.Nərimanov meydanı, ev 5 ünvanında yerləşən 26 saylı mənzildə təmir-bərpa işləri aparıldığından sızıntı hallarını aşkar etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması iş materialları ilə sübuta yeritilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən 587 manat məbləğində maddi ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması iddiaçı kifayət qədər əsaslandırılmadığından, iddiaçıya mənəvi zərər vurulması ilə bağlı sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə Cavabdeh üzərinə yaşadığı mənzili təmir etdirmək vəzifəsinin qoyulması tələbi ilə bağlı qeyd edir ki, yerli baxış zamanı cavabdehin mənzilini təmir etdirdiyi, iddiaçının mənzilinə su sızması hallarının olmadığı müəyyən edildiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, cavaddeh Cavabdeh 40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 587 manat maddi ziyan və 40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-434/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-434/2022
07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver