Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4355/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)- 1800/2012 saylı qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh 1454 manat və qətnamənin icrası ilə əlaqədar ödənilmiş 5083,59 ABŞ dollarının 7% olan 355,681 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli, 2(004)-1800/2012 saylı qətnaməsinə əsasən həmin mülki iş üzrə iddiaçı "xxxx" bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh, X1 və İddiaçı qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi təmin edilmiş, qətnamə ilə kredit borcuna görə ödənilməmiş cəmi 5.083,59 ABŞ dolları məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı həmin iş üzrə əsas borclu olan Cavabdeh əvəzinə 1454 manat pulu tam şəkildə ödəmişdir. Bundan başqa o, məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı olaraq icra şöbəsinə icra sənədi üzrə tələbin həcmini təşkil edən 5.083,59 ABŞ dolları məbləğində pulun 7 faizi olan pul vəsaitini ödəmişdir. Ona görə də hazırda iş üzrə cavabdeh qismində cəlb etdiyi Cavabdeh reqres qaydasında ödədiyi pulun, yəni 1454 manat əsas və 355,81 ABŞ dolları icra pulunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, Cavabdeh kredit borcu üzrə zamin durduğuna görə Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-1800/2012 saylı mülki iş üzrə cavabdeh olmuşdur. Belə ki, həmin vaxt o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı olmuşdur. Cavabdeh təkidli xahişınə əsasən ona zamin durmasına baxmayaraq o, borcunu ödəməkdən yayındığına görə borc məbləği ondan tutulmuşdur. Hazırda icra sənədi üzrə cəmi 1454 manat pul ödəmişdir. Buna dair sübut olaraq qəbzi məhkəməyə təqdim etmişdir. İcra şöbəsinə ödənilməsi nəzərdə tutulan 7% həcmində icra ödənişini isə hazıradək ödəməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-1800/12 saylı, 08 may 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı "xxxx" BOKT-nın cavabdehlər Cavabdeh, X2 və İddiaçı qarşı iddia tələbi təmin edilərək iddiaçı "xxxx" BOKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlər X2, Cavabdeh və İddiaçı müştərək qaydada ümumilikdə 5083,59 ABŞ dolları ( ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 8 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. - xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh kredit borcu üzrə 1454 manat "xxxx" BOKT MMC-yə ödənilmişdir. - "xxxx" BOKT tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 458/21 saylı arayışa əsasən müəyyən edilir ki, əsas borclu Cavabdeh zamini İddiaçı "xxxx" BOKT MMC-yə xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 3500 manat borcu tam bağlanmışdır və heç bir öhdəliyi yoxdur. - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-1800/12 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icra olunması ilə bağlı və 355,85 ABŞ dolları 7% icra ödənişinin ödənilməsi barədə icra şöbəsinə hər hansı rəsmi sənəd daxil olmamışdır. - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından müəyyən edilir ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-1800/12 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi borclular X2 və Cavabdeh münasibətdə icra edilməsi üçün həmin şöbəyə daxil olmuş və icraata başlanılmışdır. Həmin şöbənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1800/12 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi üzrə icra dövründə borclu Cavabdeh tərəfindən ödəniş edilməmişdir. İcra işi icra məmuru Şahid icraatındadır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid öz ifadəsində bildirmişdir ki, icraatında olan icra işi üzrə borclular tərəfindən hər hansı ödəniş edilməsi ilə bağlı məlumatı yoxdur. Borcluları icra şöbəsinə dəvət etmiş, tələbin könüllü icrasına dair bildiriş Cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, o, icra şöbəsinə gəlməmişdir. Verilmiş suallara əsasən bildirir ki, Xəzər Rayon İcra Şöbəsinin ümumi borcun 7 faiz icra ödənişi məbləğinin borclu İddiaçı istənilməsi düzgün deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Cavabdeh kredit borcuna zamin durmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən borcun əsas borclu Cavabdeh, zaminlər X2 və İddiaçı tutulması qət edilmişdir. Bundan sonra məhkəmə qətnaməsinə əsasən tutulan borca zamin - hazırki iş üzrə iddiaçı tərəfindən ödəniş edilmişdir. İddia tələbinə əsasən 1454 manat "xxxx" BOKT MMC-yə ödənilmişdir. Hazırda iddiaçı cavabdehin əvəzinə borcu və digər xərcləri ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla, yəni iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli mədaxil qəbzi və icra sənədi üzrə tələbkar "xxxx" BOKT MMC-nin xx.xx.2021-ci il tarixli arayışı ilə təsdiq olunur ki, Cavabdeh zamini İddiaçı tərəfindən 1454 manat həcmində ödəniş edilmiş, eyni zamanda "xxxx" BOKT MMC-yə CAABS 36753/09 saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə olan 3500 manat borc tam bağlanmışdır və heç bir öhdəlik yoxdur. Göründüyü kimi İddiaçı hazırki iş ürzə cavabdeh olan borclu Cavabdeh əvəzinə məsuliyyətlə bağlı çəkdiyi 1454 manat həcmində zərərin əvəzini ödəməyi tələb edə bilər. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırkı halda isə borc tam ödənilməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 1454 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin ümumi borcun 7% həcmində icra ödənişini tələb etsə də, o, məhkəmə iclasında izahatında icra ödənişini ödəmədiyini bildirmiş, eyni zamanda bununla bağlı məhkəmə sübutlarını təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə sübut olunmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 1454 (bir min dörd yüz əlli dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1454 (bir min dörd yüz əlli dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4355/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4355/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver