Məhkəmə qərarları › İş №2(004)-4371/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4371/2021

30.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4371/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 olan qeyri-yaşayış sahəsinə hesablanmış 14100,6 manat borcun silinməsi, Cavabdeh ASC-dən 1200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 25.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı əvvəlki mülkiyyətçi X5 hesablanmış 14100,6 manat borcun iddiaçıdan tutulması və 1200 manat pulun X5 hesablanmış 14100,6 manat borca silinməsinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-dən 1200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, İddiaçı 28 yanvar 2019-cu il tarixdə ünvan 2 A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsini X2 almışdır. Az bir müddət öncə cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yuxarıda həmin qeyri-yaşayış sahəsinə görə əvvəlki mülkiyyətçi X3 2011-2014-cü illər üzrə 14100,6 manat borcunun qaldığını bildirərək, suyun verilməsini kəsmişlər. Sonradan iddiaçı tərəfindən 1200 manat ödəniş edildikdən sonra suyun verilişi bərpa olunmuş və iddiaçıya 12900,6 manat borcunun olduğu bildirilmişdir. Bununla əlaqədar keçmiş mülkiyyətçi X5 müraciət etdiyi zaman isə o, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 04.03.2015-ci il tarixli 2-(81)-299/2015 saylı qətnaməsini, Ali Məhkəmənin 27.10.2016-cı il tarixli 2-2(102)-310/16 saylı qərarını və 27.01.2020-ci il tarixli ödəniş sənədini təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.03.2015-ci il tarixli, qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X5 məxsus ünvan 2 ünvanında yerləşən “Otel Eqosit” adlı obyektə hesablanmış 1568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və Cavabdeh ASCdən iddiaçının xeyrinə 8604 manat məbləğin və 15 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Ali Məhkəmə tərəfindən bu Qətnamə qüvvədə saxlanılmışdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, M.Qibləliyevanın cavabdehə borcu olsa idi, belə həmin borca görə İddiaçı məsuliyyət daşımır və 2011-2014-cü illər üzrə borc öhdəliklərinə müddətin keçməsi səbəbi ilə xitam verilməlidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək bildirir ki, göstərilən borc məbləği keçmiş mülkiyyətçinin adınadır. Alğı-satqıdan sonra isə su kanal idarəsinə müraciət edərək arayış alınmayaraq, müvafiq prosedur keçilməmişdir. İddiaçının tələbi düzgün deyil. İddiaçının iddianı vermək üçün subyektiv hüququ yoxdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 9A, 1ci giriş, 1-ci mərtəbə, qapı-1, 2-ci mərtəbə, qapı-1A ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və bu barədə 06.02.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan X6 ilə İddiaçı arasında bağlanmış 28.01.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 9A, 1-ci giriş, 1-ci mərtəbə, qapı-1, 2-ci mərtəbə, qapı-1A ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 qeyri-yaşayış sahəsi X6 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin abonent kodu 053768 olan Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, ev 35 ünvanında 19107048 nömrəli, 01.09.2001-ci il tarixli müqavilə üzrə sudan istifadə haqqında abonent kartından müəyyən olunur ki, ALFASU tipli, 50095389 nömrəli sayğac 04.11.2014-cü il tarixdə quraşdırılmış, abonentin sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı 14100,6 borca 1200 manat ödəniş edilmiş və hazırda 12900,6 manat borc qalmışdır. İş materiallarında olan Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsi tərəfindən tərtib olunmuş 20.08.2021-ci il tarixli, EH-01/1-708 nömrəli arayışa əsasən 053768 qeyri-əhali abonent kodu üzrə ilin sonuna olan qalıq borc 2014-cü il üzrə 1638,8 manat, 2015-ci il üzrə 5256,4 manat, 2016-cı il üzrə 9753,6 manat, 2017-ci il üzrə 14351,6 manat, 2018-ci il üzrə 14351,6 manat, 2019-cu il üzrə isə 14300,6 manat təşkil edir. İşin halları odur ki, mübahisə premeti olan qeyri yaşayış sahəsi 2019-cu ildən iddiaçının mülkiyyətindədir. İddiaçının sudan istifadə ilə bağlı cavabdehlə müqavfiləsi yoxdur. Cavabdeh tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə sudan istifadə ilə bağlı 14100.6 manat məbləğində borc yazılmışdır. Həmin borc iddiaçıdan əvvəlki sahibə yazılmışdır. İddiaçı tərəfindən ödənilmiş 1200 manat məbləğində pul iddiaçıdan əvvəlki sahibə yazılmış borca silinmişdir. Hazırda iddiaçı əvvəlki mülkiyyətçiyə hesablanmış 14100,6 manat borcun iddiaçıdan tutulması və 1200 manat pulun 14100,6 manat borca silinməsinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-dən 1200 manat pulun onun xeyrinə tutulması tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının cavabdehlə sudan istifadə ilə bağlı müqaviləsi yoxdur. 14100,6 manat məbləğində borc iddiaçıdan əvvəlki sahibə yazılmışdır, ona görə də birinci növbədə iddiaçıdan tələb edilən borcun əsaslı olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun İddiaçı hesablanmalı olmasını sübuta yetirməlidir. AR Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göstərilən Məcəllənin 198.1-ci maddəsinə əsasən tələb sahibi ilə bağlanmış müqaviləyə əsasən borcu üçüncü şəxs öz üzərinə götürə bilər (borcun keçirilməsi). Bu halda üçüncü şəxs ilk borclunun yerini tutur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerinə üçüncü şəxs tutur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 387.3-cü öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin ediməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 9A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə, qapı 1A ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı əvvəlki mülkiyyətçi X5 hesablanmış 14100,6 (on dörd min yüz manat altmış qəpik) manat borcun iddiaçıdan tutulması və 1200 (bir min iki yüz) manat pulun X5 hesablanmış 14100,6 (on dörd min yüz manat altmış qəpik) manat borca silinməsi qanunsuz hesab edilsin. Cavabdeh ASC-dən 1200 (bir min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar