Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4384/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və LPO Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi, mənzilin girovdan azad edilməsi, artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və LPO Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi, mənzilin girovdan azad edilməsi, artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Y-705 nömrəli, 10 dekabr 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun Protokolun və hərracın nəticələrinin ləğv edilməsi; İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış 20.05.2014-cü il tarixli ipoteka müqaviləsinə 31 mart 2020-ci il tarixdən xitam verilmiş hesab edilməsi və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi; İddiaçı tərəfindən qətnamə çıxdıqdan sonra, 12 oktyabr 2018ci il tarixdən başlayaraq, 31 mart 2020-ci il tarixədək artıq ödənilmiş 5520 (beş min beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin LPO "xxxx" ASC-dən alınaraq, İddiaçı ödənilməsi; vurulmuş mənəvi zərərin əvəzi olaraq, 50000 (əlli min) manat məbləğində pul vəsaitinin LPO "xxxx" ASC-dən alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 44/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 20.05.2014-cü il tarixli 282- 14 ABFŞ saylı kredit müqaviləsi üzrə 49932 manat 84 qəpik məbləğində əsas borc, 4225 manat məbləğində faiz borcu, gecikdirməyə görə 160 manat faiz borcu, cəmi 54317 manat 84 qəpik məbləğində pulun alınıb "‘Atabank” ASC-yə verilməsi, 20.05.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus olan Şirvan şəhəri, T.Ələkbərov küçəsi, 12 A nömrəli fərdi yaşayış evinin və X1 məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın, 11-ci girişinin, 1-ci mərtəbəsində sahəsi 30 kv.m. olan qeyri- yaşayış sahəsinin açıq hərracda satılmaqla 20.05.2014-cü il tarixli 282-14 ABFŞ kredit müqaviləsi üzrə 54317 manat 84 qəpik məbləğində pulun alınması barədə tələbin həmin əmlaklara yönəldilməsi, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus olan Şirvan şəhəri, T.Ələkbərov küçəsi, 12A nömrəli fərdi yaşayış evinin dəyəri ilkin satış qiyməti 60000 manat, cavabdeh X1 məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın, 11-ci girişinin, 1-ci mərtəbəsində sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra, icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Qətnamə icraya yönəldikdən sonra, 12 oktyabr 2018-ci il tarixdən başlayaraq, 31 mart 2020-ci il tarixədək İddiaçı tərəfindən ümumilikdə 59837 (əlli doqquz min səkkiz yüz otuz yeddi) manat məbləğində banka ödəniş edilmişdir. Bu yaxınlarda, banka yaxınlaşaraq, qətnamə ilə ödənilməsi qət edilmiş pul vəsaiti ödənildiyi üçün girovla yüklü edilmiş evin ipotekadan azad edilməsi tələb edildikdə, bankdan onlara bildirilmişdir ki, ev artıq bankın balansındadır və əgər evin geri verilməsini istəyirlərsə, bu zaman banka 41000 (qırx bir min) manat məbləğində pul ödəməlidirlər. Bundan sonra, tərəflərindən Maraqlı şəxsnə müraciət olunmuş və müəyyən edilmişdir ki, Maraqlı şəxs sifarişi əsasında "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçirilmiş və 3-cü hərracın nəticələrinə əsasən evin dəyəri 38250 (otuz səkkiz min iki yüz əlli) manat müəyyən olunmaqla, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ev "xxxx" ASC tərəfindən alınmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, hər iki hərrac keçirilərkən borclu kimi onlara, hərracın keçirilməsi barədə heç bir bildiriş və ya digər formada məlumat verilməmişdir. Əmlakın açıq hərracda satılmasında məqsəd banka olan borcun ödənilməsidir. Lakin hərrac mərkəzi və onlara məlum olmayan başqa şəxslər əmlakın qiymətini heçə endirməklə banka olan borcun ödənilməsini mümkünsüz edirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, hərracın keçirilmə qaydaları, təkrar hərracın keçirilmə müddətləri qanunla birbaşa olaraq müəyyən olunmuşdur. Yəni, qanunvericiliklə birbaşa olaraq müəyyən edilmişdir ki, həm ilkin hərracın, həm də təkrar hərracın keçirilməsinə 30 təqvim günü qalmış ilk elan verilməlidir, 15 təqvim günü qalmış isə, təkrar elan verilməlidir. Lakin hərracın təşkilatçısı "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və hərracı müəyyən olunmuş qaydalara və müddətlərə riayət etmədən birinci və ikinci hərracları X2 heç bir bildiriş göndərmədən keçirmişdir. Bu səbəbdən də "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri ləğv edilməlidir. Bundan əlavə, bir daha məhkəmənin nəzərinə çatdırır ki, 12 oktyabr 2018-ci il tarixdən başlayaraq, 31 mart 2020-ci il tarixədək İddiaçı tərəfindən ümumilikdə 59837 (əlli doqquz min səkkiz yüz otuz yeddi) manat məbləğində banka ödəniş edilmişdir ki, bu məbləğ də qətnamə ilə ödənilməsi qət edilmiş məbləğdən də 5520 (beş min beş yüz iyirmi) manat məbləğində artıqdır. Bu hal, bank tərəfindən İddiaçı verilmiş hesabdan çıxarışla da təsdiq edilir. Beləliklə, sübut edilir ki, İddiaçı bank qarşısında öhdəliyini tamamilə yerinə yetirmişdir ki, bu da İddiaçı bank qarşısında əsas öhdəliyinə xitam verilməsi deməkdir. Bu halda isə, bankla İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə faktiki olaraq xitam verilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.2. əsas öhdəliyə xitam verildikdə; Bundan əlavə, hesab edir ki, İddiaçı bank qarşısında öhdəliyini yerinə yetirən zaman artıq ödəmiş olduğu 5520 (beş min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti də LPO "xxxx" ASC-dən alınaraq İddiaçı verilməlidir. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" ASC-nin uzun müddətdir ki. İddiaçı qarşı səbəbsiz yerə süründürməçiliyə yol verməsi, dayanmadan bankın müxtəlif əməkdaşları tərəfindən ona zəng edilərək, pulu ödəməsini tələb etməsi, pulu ödəməyəcəyi təqdirdə evinin əlindən alınacağı barədə hədə-qorxu gəlməsi, həmçinin, İddiaçı bank qarşısında öz öhdəliyini tam yerinə yetirməsinə baxmayaraq, onun əmlakının ipotekadan azad edilməməsi, əksinə əmlakının bankın balansına keçirilməsi nəticəsində İddiaçı mənəvi zərər dəymişdir. Belə ki, İddiaçı bankın bu qanunsuz hərəkətləri nəticəsində uzun müddət əsəb, gərginlik, mənəvi iztirab keçirmişdir. Çünki o, daim evinin əlindən alınacağı, ailəsinin, uşağının küçəyə atılacağı, həmçinin bunun nəticəsində qohum- əqraba, tanış, qonşular yanında biabır olacağı qorxusu ilə yaşayır. Bankın bu qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin məbləğini 50000 (əlli min) manat məbləğində dəyərləndirir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-nin faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 44 olduğundan, iddiaçı bunu nəzərə alaraq, iddia ərizəsini Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etmişdir. Lakin, Kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatları üzrə axtarış zamanı cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 3mişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 4hkəmə qeyd edir ki, Kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatları üzrə axtarış zamanı digər cavabdeh LPO Cavabdeh2 ASC-nin hüquqi ünvanının ünvan 5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, sözügedən işin aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və LPO Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi, mənzilin girovdan azad edilməsi, artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və LPO Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi, mənzilin girovdan azad edilməsi, artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair 2(004)-4384/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4384/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4384/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver