Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4390/2023 23.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı torpağın və tikilinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı torpağın və tikilinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, “Qanlı Göl” ətrafı (Qərb hissə, 167) ünvanında yerləşən 17 sot torpaq sahəsi və həmin sahədə yerləşən 2 mərtəbəli evin və digər tikililərin boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (azyaşlı uşağı), onun həyat yoldaşı və digər şəxslər ilə birlikdə həmin evdən və torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsi, evin və digər tikililərin onun, yəni İddiaçı istifadə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Əsgərova (Akbayeva) Gülnar Elgiz qızı məhkəməyə ərizə ünvanlayaraq, barışıq sazişinin təsdiq edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:
1. Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissədə yerşələn torpaq sahəsi və torpaq üzərində yerləşən 300 kv.m. yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı verilsin.
2. Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissədə yerşələn torpaq sahəsində yerləşən hazırda da yaşadıqları 80 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 istifadəsində qalsın.
3. hazırki saziş Qanunvericiliyin tələbləri uyğun, tərəflərin könüllülük və müqavilə azadlığı prinsipinə uyğun olaraq tərtib edilmişdir, hər bir tərəf öz hərəkətlərinin mənasını və onun yaradacağı hüquqi nəticəni dərk edir.
4. tərəflər iradə sərbəstliyi ilə bu Sazişi bağlayırlar. Saziş üzrə hüquq və vəzifələrini könüllü olaraq ucra edəcəklərini öz üzərinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı torpağın və tikilinin boşaldılması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin.
1. Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissədə yerşələn torpaq sahəsi və torpaq üzərində yerləşən 300 kv.m. yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı verilsin.
2. Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissədə yerşələn torpaq sahəsində yerləşən hazırda da yaşadıqları 80 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 istifadəsində qalsın. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı torpağın və tikilinin boşaldılması tələbinə dair 2(004)-4390/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Toğrul Axundov