Məhkəmə qərarları › İş №2(004)-4397/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4397/2024

11.09.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4397/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh cəlb edilməklə, “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Cavabdeh cəlb edilməklə, “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə itmiş yazının bərpa edilməsi və doğum haqqında şəhadətnamənin bərpası, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Ermənistanın Keşişkənd rayonu, Qabaxlı kəndində anadan olmuşdur. 1988-ci ildən qaçqın düşmüşdür. Hazırda Bakı şəhəri Yasamal rayonunda məskunlaşmışdır və qeydiyyatdadır. Nəzərə çatdırır ki, xx.xx.1962-ci ildə Ermənistanın Keşişkənd rayonu, Qabaxlı kəndində anadan olduğuna görə, doğum haqqında şəhadətnaməni də oradan almışdır. Lakin daha sonra doğum haqqında şəhadətnaməni itirmişdir. Bərpası zərurəti yarandığından Cavabdehnə müraciət etsə də, həmin şəhadətnaməni əldə edə bilməmişdir. Doğum haqqında şəhadətnamənin başqa formada əldə edilməsi mümkün deyildir. Doğum haqqında şəhadətnamə əldə olunmadan vərəsəliklə bağlı lazım olan sənədləri əldə edə bilmir. Ona görə də, ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1962-ci il tarixdə Ermənistan, Yexeqnadzor (Keşişkənd) rayonu, Qabaxlı kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli, xx.xx.2012-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan NZ ******* hərbi biletin surətindən görünür ki, hərbi biletin familiya, ad və soyad qrafasında “Ərizəçi”, doğum yeri “Yexeqnadzor rayonu, Qabaxlı kəndi” qeyd edilmişdir. İş materiallarında olan ZJ 269627 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X2 06 mart 1958-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan Sumqayıt Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ 069045 saylı xx.xx.2001-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 15 may 2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 242973 saylı xx.xx.2021-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 19 dekabr 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15/2839/24 nömrəli arayışından görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpası üçün aidiyyəti məhkəməyə müraciət edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Yexeqnadzor (Keşişkənd) rayonu, Qabaxlı kəndində anadan olmuşdur. Atasının adı Bəykişi, anasının adı Məleykədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1962-ci il, doğulduğu yer Yexeqnadzor (Keşişkənd) rayonu, Qabaxlı kəndi, ata qrafasında – X1 (milliyyəti azərbaycanlı), ana qrafasında – X2 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Ermənistan, Yexeqnadzor (Keşişkənd) rayonu, Qabaxlı kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1962-ci il, doğulduğu yer Yexeqnadzor (Keşişkənd) rayonu, Qabaxlı kəndi, ata qrafasında – X1 (milliyyəti azərbaycanlı), ana qrafasında – X2 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar