Məhkəmə qərarları › İş №2(004)-4444/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4444/2022

06.10.2022 · Müqavilələrin bağlanması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4444/2022 06.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 oğluna qarşı “alqı-satqı müqaviləsinin bağlanması, abonent kodunun verilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanması, abonent kodunun verilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı üçün alqı-satqı müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi vəzifəsinin qoyulmasını, iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 200 manat pul və dövlət büdcəsinə ödədiyi 130 manat dövlət rüsumu olan pul, mənəvi zərərin əvəzi olaraq 500 manat pul, yekun olaraq 830 manat pulun Cavabdeh1 ASC-dən tutularaq İddiaçı ödənilməsini, Cavabdeh1 ASC ilə vətəndaş Cavabdeh2 arasında bağlanılmış 10803044 saylı müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2022-ci il tarixinədək və **********001 saylı abonent kodu üzrə 682,67 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsi və İddiaçı tutulmamasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər Cavabdeh2 mülkiyyətində olmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2009-cu il tarixli qətnaməsinə uyğun olaraq, onun xüsusi mülkiyyətinə keçmiş, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış alınmışdır. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2327/2019 saylı 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və ailə üzvlərinin evdən istifadə hüquqlarına xitam verilmiş, adı çəkilən evdən çıxarılması qət edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdeh1 ASC-nin Yasamal rayonu Sukanal İdarəsinə ərizə verilərək adı çəkilən evin su təminatının dayandırılması və yaranmış borcun Cavabdeh2 tələb edilməsi xahiş edilmişdir. Lakin cavabdeh bu müraciətə əməl etməmiş, ona görə də X.Ə. Quliyevanın xx.xx.2022-cil tarixinə 682,67 manat borcu yaranmışdır. Nəhayət, xx.xx.2022-ci il tarixində Cavabdeh2 Yasamal rayon İcra şöbəsinin icra məmurları tərəfindən adı çəkilən fərdi yaşayış evindən çıxarılmış, ev təhvil verilmiş və sonda bəlli olmuşdur ki, Cavabdeh2 **********001 saylı abonent kodu üzrə 682,67 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh1 ASC-yə ərizə ilə müraciət olunuraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün onunla abonent müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi və **********001 saylı abonent kodu üzrə 682,67 manat borcun Cavabdeh2 aid edilməsi xahiş olunmuş, lakin cavabdeh bu müraciətə cavab verməmişdir. Belə ki, Cavabdeh1 ASC, baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı sahəsində təbii inhisar subyektidir, ondan başqa digər alternativ subyekt yoxdur, ona görə də onun onunla abonent müqaviləsi bağlamaqdan imtina etmək hüququ yoxdur. Həmçinin Cavabdeh1 ASC-nin onun xx.xx.2020-ci il tarixli ərizə ilə müraciətinə uyğun olaraq adı çəkilən ünvana su təminatını dayandırmaması, bu barədə tədbirlər görməli olduğu halda bunu etməməsi, sonda qeyd olunan hərəkətsizliyi onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və o bu illər ərzində mənəvi sarsıntılar keçirmişdir ki, buna görə də mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 ASC-dən 500 manat pul vəsaitinin ödənilməsini tələb edir. Belə ki, 4 saylı Vəkil bürosu ilə bağlanılmış müqaviləyə uyğun olaraq "Kapital Bank” ASC vasitəsi ilə vəkil bürosuna xx.xx.2022-ci il tarixində ödənilmiş 200 manat pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 130 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/09 saylı, 03 aprel 2009-cu il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 19,0 kv.metr yaşayış sahəsi, 29,7 kv.metr ümumi sahəsi olan iki otaqlı evin açıq hərracda satılması, satışdan əldə olunan məbləğin Cavabdeh2 İddiaçı olan 40000 manat borcunun ödənilməsinə yönəldilməsi, evin satışından əldə olunan artıq məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2327/2019 saylı, 26 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 qarşı tələbin əmlaka yönəldilməsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1485/2009 saylı, 03 aprel 2009-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/2009 saylı, 03 aprel 2009-cu il tarixli qətnaməsinin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2, X1 və X2 ünvan 3 ünvanında yerləşən evə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, X4 və X2 həmin mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil icra tədbiri çərçivəsində İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən ünvan 1 ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci il tarixə istifadə etdiyi su təchizatı və knalizasiya xidmətlərinə görə Cavabdeh1 ASC-yə 682,67 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmış, 7 iş günü ərzində borcunu ödəməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədə qeyd edilmişdir ki, əvvəllər Cavabdeh2 məxsus olan ünvan 1 məhkəmə yolu ilə onun adına rəsmiləşmişdir və xx.xx.2018-ci il tarixli qətnaməyə əsasən Cavabdeh2 ailəsi ilə birlikdə istifadə hüquqlarına xitam verilmişdir və həmin mənzildən çıxmalıdırlar. Bunları nəzərə alaraq xahiş edir ki, sözügedən evin su təminatı dayandırılsın və borc yaranarsa Cavabdeh2-dən tələb edilsin, çünki bugünə kimi sudan o istifadə edir. İstifadə olunan suya görə o cavabdehlik daşımır. İş materiallarında olan İddiaçı Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər Cavabdeh2 mülkiyyətində olmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2009-cu il tarixli qətnaməsinə uyğun olaraq, onun xüsusi mülkiyyətinə keçmiş, xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış alınmışdır. xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdeh1 ASC-nin Yasamal rayonu Sukanalı İdarəsinə ərizə verilərək adı çəkilən evin su təminatının dayandırılması və yaranmış borcun X.Ə. Quliyevadan tələb edilməsi xahiş edilmişdir. Lakin İdarə bu xahişə əməl etməmiş, ona görə də Cavabdeh2 xx.xx.2022- cil tarxinə 682,67 manat borcu yaranmışdır. Nəhayət xx.xx.2022-ci il tarixində X.Ə. Qulyeva Yasamal rayon İcra şöbəsinin icra məmurları tərəfindən adı çəkilən fərdi yaşayış evindən çıxarılmış, ev təhvil verilmiş və sonda bəlli olmuşdur ki, Cavabdeh2 **********001 saylı abonent kodu üzrə 682,67 manat borcu qalmışdır. Yuxarıda göstərilənlərə əsasən xahiş olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün onunla abonent müqaviləsi bağlanılsın, abonent kodu verilsin və **********001 saylı abonent kodu üzrə 682,67 manat borc Cavabdeh2 aid edilsin. İş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanından xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununun 15-ci maddəsinə əsasən su təchizatı müəssisələri tərəfindən su təchizatı bütün maraqlı tərəflər üçün qarşılıqlı əlverişli və sərfəli hesab olunan müqavilə şərtlərinə əsasən təmin edilir. Həmin qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2, X1 və X2 ünvan 3 ünvanında yerləşən evə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, X4 və X2 həmin mənzildən çıxarılması qət edilmişdir. Daha sonra qətnamə icraya yönəldilmiş və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil icra tədbiri çərçivəsində İddiaçı təhvil verilmişdir. Belə ki, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan MAPS arayışından da görünür ki, Cavabdeh2 ünvan 1 ünvanından xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Halhazırda İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanması, abonent kodunun verilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı üçün alqı-satqı müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi vəzifəsinin qoyulmasını, iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 200 manat pul və dövlət büdcəsinə ödədiyi 130 manat dövlət rüsumu olan pul, mənəvi zərərin əvəzi olaraq 500 manat pul, yekun olaraq 830 manat pulun Cavabdeh1 ASC-dən tutularaq İddiaçı ödənilməsini, Cavabdeh1 ASC ilə vətəndaş Cavabdeh2 arasında bağlanılmış 10803044 saylı müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2022-ci il tarixinədək və **********001 saylı abonent kodu üzrə 682,67 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsi və İddiaçı tutulmamasını məhkəmədən xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hal-hazırda ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli aktdan da görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil icra tədbiri çərçivəsində İddiaçı təhvil verilmişdir. Bu hal onu təsdiq edir ki, məcburi icra tədbirləri çərçivəsində Cavabdeh2 sözügedən mənzildən çıxarılana kimi həmin mənzildə yaşamış və Cavabdeh2 adına olan **********001 saylı abonent kodu üzrə 682,67 manat borcu qalmışdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, xx.xx.2022-ci il tarixə kimi mübahisəli mənzil İddiaçı təhvil verilmədiyindən həmin tarixə kimi suadan istifadəyə görə yaranmış borc İddiaçı aid edilə bilməz və həmin borc məbləği Cavabdeh2 aid edilməli və ondan tələb edilməlidir. İş materiallarında olan İddiaçı Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli ərizələrdən də görünür ki, qeyd edilən vəziyyətlə bağlı Cavabdeh1 ASC-yə məktublar ünvanlanmış, lakin cavabdeh tərəfindən zəruri tədbirlər görülməmişdir. Azərbaycan Respublikasının “Təbii inhisarlar haqqında” Qanununun 5-ci maddəsinin 1.9-cu maddəsinə əsasən baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı təbii inhisar subyektlərinin fəaliyyət sahələrindəndir. Həmin qanunun 10-cu maddəsinin 3-cü bəndinə əsasən təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Belə ki, Cavabdeh1 ASC, baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı sahəsində təbii inhisar subyektidir, ondan başqa digər alternativ subyekt yoxdur, ona görə də onun ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi İddiaçı ilə abonent müqaviləsi bağlamaqdan imtina etmək hüququ yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətində olduğundan Cavabdeh1 ASC-nin üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı üçün alqı-satqı müqaviləsinin bağlanması, abonent kodunun verilməsi vəzifəsi qoyulmalı, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanılmış 10803044 saylı müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün **********01 saylı abonent kodu üzrə yaranmış 682,67 manat borc Cavabdeh2 aid edilməli və İddiaçı tutulması qadağan edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 200 manat və dövlət rüsumu olaraq ödənilmiş 130 manat məbləğində pul vəsaitinin Cavabdeh1 ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 200 manat və dövlət rüsumu olaraq ödənilmiş 130 manat məbləğində pul vəsaiti Cavabdeh1 ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi mənəvi zərərin əvəzi olaraq 500 manat pulun Cavabdeh1 ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Ona görə də, iddiaçı 500 manat məbləğində mənəvi zərərin Cavabdeh1 ASC-dən tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüş olsa da, belə ziyanın həqiqətən ona vurulmasını məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh tərəfindən onun şüurunda müəyyən mənfi psixi reaksiyaya və fiziki əzab çəkməsinə səbəb olan hər hansı hüquq pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Bu baxımdan iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 ASC-nin üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı üçün alqı-satqı müqaviləsinin bağlanması, abonent kodunun verilməsi vəzifəsi qoyulsun. Hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 130 (yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh1 ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanılmış 10803044 saylı müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün **********01 saylı abonent kodu üzrə 682,67 manat borc Cavabdeh2 aid edilsin və İddiaçı tutulması qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar