Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4446/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MİK-ə qarşı “mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri sənədlərin verilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MİK-in qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə görə borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MİK-ə qarşı “mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınması üçün ünvan 1 ünvanında yerləşən yaşayış binasının ona məxsus 067 saylı və 5A ünvanda yerləşən yaşayış binasının ona məxsus 040 saylı mənzilləri üzərində mülkiyyət hüququnu qeydə aldırmaq üçün zəruri sənədlərin (mərtəbənin plan-cizgisi, kooperativ üzvlərinin iclas protokolundan çıxarış, maliyyə arayışı, binanın istismara qəbul aktı və binanın tikintisinə icazə sənədinin müvafiq qaydada təsdiq edilmiş surətinin) verilməsi öhdəliyi Cavabdeh Mənzil İstehlak Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MİK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə “yaşayış sahəsinə görə borcun ödənilməsi öydəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ilkin iddiasının rədd olunması və Yasamal rayonu Y.Yasamal yaşayış massivində D.Bünyadzadə küçəsi 5 saylı binanın 67-ci mənzili və 5a saylı binanın 40-cı mənzili üzrə yaşayış sahəsinə görə 01.08.2021-ci il tarixinədək yaranmış 1482,4 manat borcun ödənilməsi və sonrakı aylarda ödənişlərin vaxtında yerinə yetirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, ilk iddia üzrə cavabdehlə aralarında yaranmış problemi məhkəmədən kənar həll etdiklərindən, iddia ərizəsini geri götürdüyünü bildirmişdir. Həmçinin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MİK məhkəməyə eyni məzmunlu ərizə ünvanlayaraq, qarşılıqlı iddia üzrə cavabdehlə aralarında yaranmış problemi məhkəmədən kənar həll etdiklərindən, iddia ərizəsini geri götürdüyünü bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 155.3 maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə ilk və qarşılıqlı iddia üzrə iddiaçıların iddia ərizəsinin qaytarılmasına dair müraciətini və ilk və qarşılıqlı iddia üzrə cavabdehlərin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etməmələrini nəzərə alaraq hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MİK-ə qarşı “mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri sənədlərin verilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MİK-in qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə görə borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4446/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4446/2021
26.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver