Məhkəmə qərarları › İş №2(004)-4496/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4496/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4496/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “VAZ 21723” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş 1.091 manat sığorta ödənişinin (subroqasiya qaydasında) və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.121,40 manat pulun müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus “VAZ 21074” markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Qurumba kəndinin ərazisində əks hərəkət yoluna çıxaraq hərəkətdə olan “VAZ 21723” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Lerik rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 3(048)- 34/2012 nömrəli qərarında öz əksini tapmışdır. “xxxxxx” Firmasının xx.xx.2012-ci il tarixli aktına uyğun olaraq “VAZ 21723” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 1.441 manat ziyan dəymişdir. MİP-120322-B60 nömrəli sığorta müqaviləsinin 1528/2012 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC 350 manat azadolma məbləği çıxılmaqla 1.091 manat sığorta ödənişini həyata keçirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1.091 manat zərər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsini tələb edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, İddiaçı Sığorta Şirkətinin ödədiyi 1.091 manat sığorta ödənişini hissə-hissə ödəməyə razıdır. Bu barədə məhkəməyə ərizə təqdim edir. Cavadeh Cavabdeh2məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, İddiaçı Sığorta Şirkətinin ödədiyi 1.091 manat sığorta ödənişini Cavabdeh1 ilə birlikdə hissə-hissə ödəməyə razıdır. Bu barədə məhkəməyə birgə ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehlərin iddianı etiraf etmələrinə dair birgə ərizələrini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiatəmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatından və işdə olan rəsmi sənədlərdən müəyyən edilmişdir ki,Cavabdeh2 xx.xx.2012-ci il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus “VAZ 21074” markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Qurumba kəndinin ərazisində əks hərəkət yoluna çıxaraq hərəkətdə olan “VAZ 21723” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Lerik rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 3(048)-34/2012 nömrəli qərarında öz əksini tapmışdır. “xxxxxx” Firmasının xx.xx.2012-ci il tarixli aktına uyğun olaraq “VAZ 21723” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 1.441 manat ziyan dəymişdir. MİP-120322-B60 nömrəli sığorta müqaviləsinin 1528/2012 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC 350 manat azadolma məbləği çıxılmaqla 1.091 manat sığorta ödənişini həyata keçirmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin ödədiyi 1091 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən geri tələb etməkdə haqlıdır. İddiaçı Sığorta Şirkəti ASC cavabdehlərə geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdehlər müvafiq sığorta ödənişi məbləğini ödəməmişlər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İddiaçı Sığorta Şirkəti ASC sığorta müqaviləsi əsasında ödədiyi sığorta ödənişini zərərçəkənə ödədiyinə görə, qeyd olunan tələb hüququ Mülki Məcəllənin 936.2-ci maddəsinin tələbinə uyğun olaraq sığorta ödənişi qismində sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “VAZ-21723” markalı ** EL *** i/o dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş 1.091 manat sığorta ödənişi (subroqasiya qaydasında) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.121,40 manat pul müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “VAZ-21723” markalı ** EL *** i/o dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş 1.091 manat sığorta ödənişi (subroqasiya qaydasında) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1.121,40 (bir min yüz iyirmi bir manat qırx qəpik) manat pul müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar