Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-45/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin küçə tərəfə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş 1,2 metr enində özbaşına tikilinin cavabdeh X3 hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən “Uğur” market adlı qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh tərəfindən küçə tərəfə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş yolun zəbt edilməsi və həmin özbaşına tikilinin sökülərək piyada yolun açılmasına dair müraciətə cavab olaraq maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalama və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixlielektron cavabı ilə ünvan 3 ünvanda yerləşən 17 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin qarşısındakı ümumi istifadə üçün nəzərdə tutulmuş sahə “Uğur” marketin sahibi tərəfindən binanın fasadı boyu 1,2 metr enində zəbt olunaraq şüşə konstruksiyalarla bağlanması, bununla əlaqədar olaraq, rayon icra hakmiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq aktın tərtib edildiyi bildirilmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş Baş Planın eksplikasiyasının 1-ci bəndində qeyd edilən "xxxx" MTK-ya aid olan yaşayış binasının Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş layihəsindən də görünür ki,zəbt edilən sahə piyadalar üçün nəzərdə tutulmuşdur. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş foto şəkillərdən də açıq aşkar məlum olur ki, piyadalar üçün nəzərdə tutulmuş sahə zəbt edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən piyadalar üçün nəzərdə tutulmuş sahə özbaşına olaraq zəbt edilmiş və bu hal iddia ərizəsinə əlavə edilmiş sənədlər ilə tam sübuta yetirilir. Həmin sahə yaşadığım və yaşayış yeri üzrə qeydiyyatda olduğum ünvan 4 ünvan olduğndan mənim sahəm ilə bitişik yerləşir və bir başa mənim hüquqlarımı pozur, piyada keçidinin zəbt edilməsi qanunazidd oldğundan həmin keçi üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi hesab edir ki, cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxardılmalıdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Nürəddin oğlu iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 295 kvadratmetr olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən məhz obyektin qarşısı üçün nəzərdə tutulmuş pilləkən sahəsi de obyektin ərazisinə aid olmaqla cavabdehin mülkiyyətində olmuşdur. Cavabdeh hənin qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən X6 icarəyə vermişdir. Bildirir ki, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinin qarşısında yerləşən həyətyanı sahə, habelə piyada keçidi zəbt edilməmişdir, bir sözlə həmin obyekt heç kimin hərəkətinə maneə törətməyir. Tərəflərindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən açıq-aydın şəkildə görünür ki, həmin qeyri-yaşayış sahəsinin qarşısında şüşə örtüyünün olması piyadaların hərəkət yolunu bağlamamışdır. Belə ki, məhkəmə təqdim edilən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda belə müəyyən edilmişdir ki, hadisə yerinə baxış keçirilmiş və Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev 45 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan obyektin qarşısında şüşə örtüyün olması səbəbindən piyadaların hərəkət yolu bağlanmamışdır. Eyni zamanda həmin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir, ki, araşdırma nəticəsində Azadxan və Cavabdehlar tərəfindən özbaşına bina və yaxud da qurğuların tikilməsi halı olmamış, sonuncunun mülkiyyətində olmaqla istifadəsində olan qeyri-yaşayış obyektinin qarşısı şüşə konstruksiya ilə bağlanmışdır. Ona görə də toplanmış material üzrə Azadxan və Cavabdehların əməlində CM-nin 188-ci maddəsinin, yəni torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayət tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsi ilə, yəni cinayət hadisəsinin olmaması əsası ilə CM-nin həmin maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda belə həmin qeyri-yaşayış obyektinin iddiaçının mülkiyyətində olduğunu və həmin obyektin qarşısında şüşə örtüyünün olması piyadaların hərəkət yolunu bağlamadığını və həmin tikilinin özbaşına tikilmədiyini qeyd edir. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən özbaşına tikinti aparmış sexs həmin əmlaka mülkiyyət hüququ əldə etmir, onun tikintiyə dair sərancam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmur. Lakin, hazxırki mülki işdən görünür ki, həmin qeyriyaşayış obyekti cavabdehin xüsusi mülkiyyətində olmaqla ona məxsusdur və cavabdeh qanunverician xususi əsasən həmin qeyri-yaşayış obyektinə istədiyi kimi sahib ola bilər. Belə ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən əmlak üzərində sərəncam vermək onun tanınan və qorunan hüququdur. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırır ki, hazır ki, mülki iş üzrə iddiaçı onun hüququnun pozulduğunu iddia etsə də onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir, bir sözlə onun iddia vermək üçün subyektiv hüququ yoxdur. Belə ki, həmin qeyri-yaşayış obyekti cavabdehə məxsus olmaqla onun mülkiyyətindədir və məhkəməyə təqdim etdikləri foto şəkillərdən də açıqaydın şəkildə görünür ki, cavabdeh tərəfindən piyada keçidi zəbt edilməmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququnun pozulub- pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının iddia ərizəsinin dəlilləri əsassız hesab edilərək, İddiaçı iddiası təmin edilməməlidir. Odur ki, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, "xxxx" Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışının surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 74 kv.m olan 18 saylı mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışının surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 255,80 kv.m olan yaşayış məntəqələrinin torpaqları 3/8 hissəsi üzərində İddiaçı, digər 5/24 hissəsi üzərində Ağa X5, digər 5/12 hissəsi üzərində X2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, ev 45 ünvanında yerləşən ümumi sahəsi 295 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İcarədar – X7 ilə icarəçi – X9 arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarədar ünvan 9 ünvanında yerləşən 295 kvm olan qapalı qeyri-yaşayış sahəsini icarəyə vermişdir və icarəçi icarəyə (kirayə) götürmüşdür. 31 yanvar 2023-cü il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi barədə qərara əsasən, Cavabdeh əməllərində Cinayət Məcəlləsinin 312-ci maddəsi, yəni rüşvət vermə cinayətinin tərkib əlamətinin olmadığı müəyyən edildiyi üçün sonuncu barəsində Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi; Nümayəndə əməllərində Cinayət Məcəlləsinin 308-ci maddəsinin, yəni vəzifə səlahiyyətlərini aşma cinayətinin, yaxud da Cinayət Məcəlləsinin 311-ci maddəsinin, yəni rüşvət alma cinayətinin, eləcə də həmin Məcəllənin korrupsiya və qulluq mənafeyi əleyhinə olan bu və ya digər cinayətlərin tərkib əlamətlərinin olmadığı müəyyən edildiyi üçün sonuncu barəsində Cinayə Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi; Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev 45 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısındakı ərazinin zəbt edilməməsi müəyyən edildiyi üçün 413-C-22 nömrəli material üzrə Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işinin cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qəranın məzmunundan görünür ki, X4 araşdırma zamanı izahatında bildirmişdir ki, nə özü, nə də oğlu Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev 45 ünvanında yerləşən Memar-2 MTK-nın birinci mərtəbəsinin qarşısında yerləşən həyətyanı sahəni, habelə piyada keçidini zəbt etməmiş, heç kimin hərəkətinə maneə törətməmişlər. Nümayəndə və Mermar-2 MTK-da yaşayan bina sakinləri piyada keçidinin zəbt olunmasından şikayət etsələr də, bildirirəm ki, belə bir hal olmamışdır. Çünki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, məhz. obyektin qarşısı üçün nəzərdə tutulmuş pilləkən sahəsi də obyektin ərazisinə aid olmaqla mülkiyyətində olmuşdur. Nümayəndə 2019-cu ildə Bakı şəhəri Yasamal rayon icra hakimiyyətinin adını çəkmədiyi əməkdaşı ilə danışıqlar apararaq 4500 (dörd min beş yüz) manat qarşılığında guya zəbt olunmasını bildirdiyi sahə ilə bağlı sənədləşdirmə işlərinin aparılması üçün 4500 manat pulunu ələ keçirmişdir. Nümayəndə və digərləri şəxsi ziddiyyətləri səbəbindən əsassız olaraq şikayətlərlə müraciətlər etmişlər. Şəxsi ziddiyyətin səbəbi isə Nümayəndə icarəyə verdiyi obyektlərlə əlaqədar əsassız olaraq icarə haqqı istəməsidir. Cavabdeh atası Azadxan Xanməmmədovla eyni məzmunda izahat verərək onun bildirdiyi xüsusatları izahatında bir daha təsdiq etmişdir. Memar-2 MTK-nın sədri Nümayəndə araşdırma zamanı izahatında bildirmişdir ki. X1 oğlu Cavabdeh mülkiyyətində olan, faktiki olaraq Azadxan Xanməmmədova məxsus Memar-2 MTK-nın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısındakı 1.2 metr enində olan ərazi ərazi Azadxan Xanməmmədov tərəfindən zəbt şüşə konstruksiyaların qoyulması yolu ilə zəb etdilmiş, nə Azadxan Xanməmmədov, nə də digər şəxs ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış obyektinin qarşısındakı ərazinin şüşə konstruksiya ilə bağlanması üçün ona 4500 manat, habelə başqa məbləğdə pul verməmişdir. Dövlətə məxsus torpaq sahəsinin zəbt olunması, eləcə də özəlləşdirilməsi, bu və ya digər qaydada kimins istifadəsinə verilməsi kimi səlahiyyəti olmamışdır. Həmin ərazi, təxminən, 10 ildir ki. şüşə örtüklə bağlanmış, əraziyə həm Bakı şəhəri icra hakimiyyəti, həm Bakı şəhəri Yasamal ayın icra hakimiyyəti, həm də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları illər ərzində dəfələrlə gələrək baxış keçirsələr də, şüşə konstruksiya sökülməmişdir. Həmçinin. "xxxx" MTK-ya aid yaşayış binasının sakinləri İddiaçı Raul oğlu və digərləri 31 yanvar 2013-cü il tarixdə rayon prokūrorluğuna daxil olmuş müraciətlərində Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin bildimrişdirlər. qarşısında şüşə örtüyün olması ilə əlaqədar şikayət və tələblərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 04/02-207 saylı məktubundan görünür ki, Belə ki, ünvan 2 yaşayış binasının altında yerləşən qeyri-yaşayış sahəsinin küçə tərəfə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş yolun zəbt edilərək tikinti aparılması barədə İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli Ə-11 nömrəli elektron müraciəti əsasında keçirilmiş monitorinq nəticəsində müəyyən olunmuşdur ki, göstərilən ünvanda yerləşən 17 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyi-yaşayış sahələrinin qarşısındakı ümumi istifadə üçün nəzərdə tutulmuş sahə "Uğur" marketin sahibi tərəfindən uzun müddət öncə binanın fasadı boyu 1,2 metr enində zəbt olunaraq şüşə konstruksiyalarla bağlanmışdır. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli aktından görünür ki, M.A.Əliyev küçəsi, 45 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin qarşısındakı ümumi istifadə üçün nəzərdə tutulmuş sahənin “Uğur” marketin sahibi tərəfindən uzun müddət öncə binanın fasadı boyu 1-2 metr enində zəbt olunaraq şüşə konstruksiyalarla bağlandığı müşahidə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 avqust 2023-cü il tarixli, 3-35-1/2- 1876/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. “X15” MMC-nin 26 sentyabr 2023-cü il tarixli, ME 09/037 saylı məlumatından görünür ki, sputnik görüntülərində 2013-cü il tarixdən indiki dövrə kimi qeyri-yaşayış sahəsinin əlavə artırmasına rast gəlinməmişdir (mümkündür ki, sputnikdə aydın görünməsin). Həmçinin qeyd olunur ki, həmin ərazidə söküntü işləri 2018-ci ilin sonunda başlanmış, 2019-cu ilin sonunda yekunlaşmışdır. Dövlət tərdəfindən həmin ərazidə tikinti-quruculuq işləri 2020- 2022-ci illər aralığında aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8617 saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.A.Əliyev küçəsində yerləşən 45C saylı evin 14 və 18 saylı mənzillərin "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin daxilində olduğu müəyyən edilmişdir. ünvan 11 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin faktiki ümumi sahəsinin 321,0 kv.metr təşkil etdiyi, qeyri-yaşayış sahəsinin hazırkı faktiki ümumi sahəsi (321,0 kv.metr) ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəsinin (295,0 kv.m) üst-üstə düşmədiyi, sahələr arasında 26,0 kv.metr fərq yarandığı və yaranmış sahə fərqinin Texniki Pasport sənədində göstərilən 1, 6 və 10 saylı tikililərin qarşısında göstərilən və şüşə konstruksiyalardan bağlanaraq istifadə olunan faydalı sahəyə aid olduğu müəyyən edilmişdir. ünvan 11 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin giriş-çıxış qapısının qarşısında eni 3,0 metr olan piyadalar üçün nəzərdə tutulmuş səkinin olduğunu nəzərə alaraq, şüşə konstruksiyalı tikilinin ünvan 11C, 14 və 18 saylı mənzillərin mülkiyyətçisi - İddiaçı, eləcə də digər şəxslərin piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidən və piyada keçidindən istifadəsinə maneə yaratmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Mülki Məcəllənin qeyd olunan maddənin dispozitiv şərtlərindən məlum olur ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Lakin hazırkı iş üzrə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/8617 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.A.Əliyev küçəsində yerləşən 45C saylı evin 14 və 18 saylı mənzillərin "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin daxilində olduğu müəyyən edilmişdir. ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 321,0 kv.metr təşkil etdiyi, qeyri-yaşayış sahəsinin hazırkı faktiki ümumi sahəsi (321,0 kv.metr) ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəsinin (295,0 kv.m) üst-üstə düşmədiyi, sahələr arasında 26,0 kv.metr fərq yarandığı və yaranmış sahə fərqinin Texniki Pasport sənədində göstərilən 1, 6 və 10 saylı tikililərin qarşısında göstərilən və şüşə konstruksiyalardan bağlanaraq istifadə olunan faydalı sahəyə aid olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsinin ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəsi üst-üstə düşmür, yaranmış sahə fərqinin Texniki Pasport sənədində göstərilən 1, 6 və 10 saylı tikililərin qarşısında göstərilən və şüşə konstruksiyalardan bağlanaraq istifadə olunan faydalı sahəyə aid olduğu müəyyən edilir. Bu baxımdan məhkəmə qeyd edir ki, hazırda cavabdehin faktiki istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsində inşa edilmiş şüşə konstruksiyalı tikilinin özbaşına tikili olması halı istisna olunmur. Bundan başqa rəydən göründüyü kimi həmin şüşə konstruksiyalı tikilinin ünvan 11C, 14 və 18 saylı mənzillərin mülkiyyətçisi - İddiaçı, eləcə də digər şəxslərin piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidən və piyada keçidindən istifadəsinə maneə yaratmadığı müəyyən olunur. Bu isə onu deməyə əsas verir ki, mübahisəli şüşə konstruksiyalı tikili binanın sakini kimi iddiaçının əsas piyada yolunu və gediş gəlişini bağlamır. Göründüyü kimi mübahisəli şüşə konstruksiyalı tikilinin mövcud olması iddiaçının qanunla qorunan maraq və hüquqlarını pozmur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən “maraqlı tərəf” kimi qəbul edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyünə görə də rədd edilməlidir. Eyni zamanda məhkəmə izah edir ki, cavabdeh tərəfindən inşa edilmiş şüşə konstruksiyalı tikilinin özbaşına tikili olması müəyyən edildiyi halda onun sökülməsi barədə iddianı irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına və ya Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən “maraqlı tərəf” kimi qəbul edilə biləcək şəxslərə məxsusdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-45/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-45/2024
27.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver