Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4507/2025 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məcdi qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı payın naturada ayrılması tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, iddianın geri götürülməsi barədə ərizə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmdəli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məcdi qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi İddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Xaqan Daşadov küçəsi, ev 141 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən yaşayış evindən iddiaçıya məxsus 8/40 hissədə payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İş icraata qəbul edilmiş, ekspertiza təyin edilmiş, iddiaçının ərizəsi təqdim edildiyindən icraat təzələnərək, məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir.
3. İddiaçının vəkili nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
Məhkəmə icraat iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianın geri qaytarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 ərizənin qaytarılmasına etiraz etmədi.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 170.1. bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
Məhkəmənin mövqeyi
7. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri və iddiaçının vəkili və nümayəndəsinin ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
8. Belə ki, iddiaçı tərəf iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
9. Odur ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
10. Göstərilənlərə əsasən və MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məcdi qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə