Məhkəmə qərarları › İş №2(004)-4517/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4517/2021

29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4517/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu – İddiaçı cavabdeh Ə.Y (203 saylı) MTK-nın sədri Cavabdeh qızına qarşı "çıxarışın ləğv edilməsi tələbinə dair" iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Ə.Y (203 saylı) MTK-nın sədri Cavabdeh qızına qarşı "çıxarışın ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Yasamal rayon Məhkəməsinə 25.06.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən əgər bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadıqda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, 149.2.3-cü maddəsinə görə isə, cavabdehə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildiyindən, iddiaçının iddia ərizəsində cavabdehin ünvanı göstərmədiyi və cavabdehə qarşı yönələn tələb dəqiq göstərilmədiyi (çıxarışın tarixi və nömrəsi göstərilməyib) üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən,iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdeh Ə.Y (203 saylı) MTK-nın sədri Cavabdeh qızına qarşı "çıxarışın ləğv edilməsi tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar