Məhkəmə qərarları › İş №2(004)-4563/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4563/2024

26.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4563/2024 26.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavabdeh14, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh9, Cavabdeh11, Cavabdeh15, Cavabdeh4, Cavabdeh10 və Sultanova - Cavabdeh13, Cavabdeh14, Cavabdeh1 əməkdaşı Cavabdeh12 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh8 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh9, Cavabdeh11, Cavabdeh15, Cavabdeh4, Cavabdeh10 və Sultanova - Cavabdeh13, Cavabdeh1 əməkdaşı Cavabdeh12 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh8 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, təqsirli şəxslərin dairəsindən və təqsir dərəcəsindən asılı olmayaraq Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 278 və 34.4-cü maddələrində göstərilən mənalarda, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmiş cinayətkar birliyin fəaliyyət göstərməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Mülki iş təsadüfü qaydada paylanaraq əvvəllər işə baxmış hakim Cavabdeh11 icraatına verilmişdir. Hakim Cavabdeh11 özü-özünə etiraz etmişdir. Cavabdeh1 sədri Cavabdeh10 xx.xx.2024-cü il tarixli 2(004)-4187/2024 nömrəli qərardadı ilə etiraz təmin edilmişdir. Mülki iş xx.xx.2024-cü il tarixdə hakim Cavabdeh14 icraatına verilmişdir. İddiaçının müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı iddia ərizəsində təqsirli şəxslərin dairəsindən və təqsir dərəcəsindən asılı olmayaraq Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 278 və 34.4-cü maddələrində göstərilən mənalarda, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmiş cinayətkar birliyin fəaliyyət göstərməsi faktının müəyyən edilməsi xahiş etmişdir. İddiaçının tələbi, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, habelə cavabdehlərə qarşı yönələn tələblər göstərilməmişdir. Əksinə iddiaçı iddia ərizəsində məhkəmədə və Baş prokurorluqda cinayətkar birliyin fəailiyət göstərməsini qeyd etməklə, məhkəmənin və prokurorluğun qanuni fəaliyyətinə xələl gətirməklə məşğul olur, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcud olmadan həmin orqanları ağır və xüsusilə ağır cinayətlərin törətməsində ittiham edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının eyni məzmunlu ərizələrinin qəbul edilməsindən imtina edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadları mövcuddur. (2(004)-1391/2023; 2(004)-2145/2023; 2(004)-2108/2023; 2(004)-2256/2024; 2(004)- 2530/2024; 2(004)-2631/2024; 2(004)-2737/2024; 2(004)-3311/2024; 2(004)-3464/2024; 2(004)- 3572/2024; 2(004)-3770/2024; 2(004)-3858/2024, 2(004)-4187/2024) Cavabdeh1 2(004)-4187/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh9, Cavabdeh11, Cavabdeh15, Cavabdeh4, Cavabdeh10 və Sultanova - Cavabdeh13, Cavabdeh1 əməkdaşı Cavabdeh12 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh8 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilmişdir. İddiaçı yenidən eyni məzmunlu iddia tələbi ilə, yəni İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh9, Cavabdeh11, Cavabdeh15, Cavabdeh4, Cavabdeh10 və Sultanova - Cavabdeh13, Cavabdeh14, Cavabdeh1 əməkdaşı Cavabdeh12 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh8 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, təqsirli şəxslərin dairəsindən və təqsir dərəcəsindən asılı olmayaraq Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 278 və 34.4-cü maddələrində göstərilən mənalarda, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmiş cinayətkar birliyin fəaliyyət göstərməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Hesab edirəm ki, hazırkı iddia ərizəsi - Cavabdeh1nə və Cavabdeh1 hakimlərinə və əməkdaşına qarşı verildiyinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.4cü və 45.5-ci maddəsinin tələbinə uyğun olaraq işin aid olduğu məhkəməyə verilməsi məsələsinin həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən məhkəmə işi iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 44.2.4, 45.5, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh9, Cavabdeh11, Cavabdeh15, Cavabdeh4, Cavabdeh10 və Sultanova - Cavabdeh13, Cavabdeh14, Cavabdeh1 əməkdaşı Cavabdeh12 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh8 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin aid olduğu məhkəməyə verilməsi məsələsinin həll edilməsi üçün 2(004)-4563/2024 nömrəli mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Cavabdeh14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar