Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4647/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 İstehsalat Birliyi MMC və Azərbaycan Respublikası Dövlər Neft Şirkətinin “Cavabdeh2” İstehsalat Birliyi ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinədair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2cavabdehlər Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 İstehsalat Birliyi MMC və Azərbaycan Respublikası Dövlər Neft Şirkətinin “Cavabdeh2” İstehsalat Birliyi ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, mülki işin baxılmamış saxlanmasını, ərizənin və ona əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdirlər. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdirlər. Məhkəmə işin halları ilə bağlı yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185, 259, 260 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 İstehsalat Birliyi MMC və Azərbaycan Respublikası Dövlər Neft Şirkətinin “Cavabdeh2” İstehsalat Birliyi ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4647/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4647/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver