Məhkəmə qərarları › İş №2(004)-4670/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4670/2025

30.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4670/2025 30.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra orqanın xx.xx.2025-ci il tarixli qərarı əsasında keçirilmiş qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra orqanın xx.xx.2025-ci il tarixli qərarı əsasında keçirilmiş qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. İddia ərizəsində qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, iddia tələbinin əsasını icra orqanının hərəkətlərinin qanunsuzluğu xüsusatı təşkil edir. İddia ərizəsi üzrə cavabdeh qismində məhz icra orqanı qoyulmuşdur. Qiymətləndirmə hesabatını tərtib etmiş qiymətləndirmə şirkəti isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi müəyyən edilmişdir. Məhkəmə aparatı əməkdaşları tərəfindən iddiaçının vəkili ilə əlaqə saxlanılan zaman o, bildirmişdir ki, "xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkətinin sözügedən qiymətləndimə hesabatı iddiaçı tərəfindən Salyan rayon Məhkəməsində mübahisələndirilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir (2(057)-889/2025). Məhkəmə qeyd edir ki, icra orqanının hərəkətlərinin mübahisələndirilməsi barədə şikayətlərə iddia icraatı (2 indeksi) qaydasında deyil, icra orqanının yerləşdiyi yer üzrə icra icraatı (8 indeksi ilə) qaydasında mübahisələndirilməlidir. Yəni, hazırki tələbə icra icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra orqanın xx.xx.2025-ci il tarixli qərarı əsasında keçirilmiş qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar