Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4684/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “doktoranturaya və dissertonturaya xarici dil üzrə qəbul və Apellyasiya Şurasının imtahanla bağlı qərarların ləğv edilməsi və verdiyi imtahanın nəticələrinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “doktoranturaya və dissertonturaya xarici dil üzrə qəbul və Apellyasiya Şurasının imtahanla bağlı qərarların ləğv edilməsi və verdiyi imtahanın nəticələrinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat X1rşı olan Doktoranturaya və Dissertonturaya xarici dil üzrə qəbul və Apellyasiya Şurasının imtahanla bağlı qərarların ləğv edilməsi və verdiyi imtahanın nəticələrinin yenidən qiymətləndirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Həmin Məcəllənin 2.2-ci maddəsinə görə isə, inzibati aktın ləğvinə (mübahisələndirilmə), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, inzibati aktın ləğvinə (mübahisələndirilmə), inzibati orqanların üzərinə öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati məhkəmədə baxılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin qəbul olunmasından imtina edilməli və iddiaçıya məsələ ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsinin qəbulundan onun yolverilməzliyinə görə imtina edilməli və ona aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməsi tövsiyə olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “doktoranturaya və dissertonturaya xarici dil üzrə qəbul və Apellyasiya Şurasının imtahanla bağlı qərarların ləğv edilməsi və verdiyi imtahanın nəticələrinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4684/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4684/2021
07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver