Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4689/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.000 manat maddi ziyan, 30.000 manat mənəvi ziyan və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Əhmədov Feruz 6 ildir ki, daxili İşlər nazirliyi Bərdə rayon polis şöbəsində PPX da polis işləyirdi.Həmin vaxt oğlu Bərdə rayon DYP-nə düzəlmək üçün Niyaz adlı tanışına demiş,o da bidirmişdir ki, bu işi yalnız onun Rasim adlı dostu ilə görüşüb həll eləmək olar. O və Niyaz bu məqsədlə onun dostu Rasimlə Biləcəridə görüşmüş və həmin vaxtı onun qaynı Babayev Baloğlan, bacanağı Sayəddin və oğlunun iştirakı ilə ona məxsus avtomobildə Niyaza 10.000 manat pul vermişdir. Bundan sonra 10.12.2019-cu ildə oğlu cinayət hadisəsi törətdiyi üçün işdən azad edilmişdir. O, Niyaza həmin hadisəni bildirmiş və verdiyi 10000 manat pulu qaytarmasını demişdir. O isə müxtəlif bahənələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Bir müddət keçdikdən sonra Niyazin həmin pulu qaytarmayacağını anlamışdır. 21.01.2020-ci il tarixdə Binəqədi RPİ nin 6-cı Polis bölməsinə müraciət etmişdir. 6-cı polis bölməsinin tətqiqatçısı Nəsimi Musayev tərəfindən araşdırılmış, Niyaz da öz izahatında həmin pulu aldığını və Rasimə verdiyini etirah etməyinə baxmayaraq naməlum səbəbdən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.Bununla bağlı müxtəlif orqanlara şikayət yazmağıma baxmayaraq heç bir nəticə əldə edə bilməmiş və mənəvi və maddi ziyan çəkməyimə baxmayaraq qarşı tərəf heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Binəqədi RPİ-də sözügedən məsələ ilə bağlı şikayəti araşdırılan zaman cabadehin ona 1.000 manat qaytardığını etiraf edərək iddasının təmin olunmasını, cavabdehdən 9.000 manat maddi ziyan, 30.000 manat mənəvi ziyan və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil İddiaçı qeyd etdiklərinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı oğlunu Bərdə rayon DYP-nə düzətmək üçün Cavabdeh verdiyi 10.000 manat puldan 1000 manatını qaytarmış qalan 9000 manat pulu alıb qaytarmadığından ona 9.000 manat maddi və 30.000 manat mənəvi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin 24.02.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh həmin araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, Rasim adlı dostu iddiaçının oğlunu işə düzəltməyə köməklik göstərmək üçün 10.000 manat pul istəmiş, 2019-cu ilin noyabr ayında iddiaçının, Rasimin və digər tanımadığı şəxslərin iştirakı ilə Biləcəri qəsəbəsində görüşmülər və o, həmin məbləği İddiaçı alıb sayaraq Rasimə vermişdir. Eyni zamanda məhkəmə baxışı zamanı Cavabdeh polis orqanında araşdırma aparılarkən cavabdehin 1.000 manat pulu ona qaytardığını etiraf etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, maddi ziyan hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan, eyni zamanda polis orqanında araşdırma zamanı Cavabdeh verdiyi izahatında iddiaçıdan pulu aldığını etiraf etdiyindən qismən təmin edilməli, maddi ziyan olaraq, Cavabdeh 9.000 manat tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “dəymiş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsində iddia tələbi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 9.000 (doqquz min) manat, 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4689/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4689/2021
15.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver